A.B-nin 7-ci Çərçivə Proqramı

Elmi- Tədqiqat Qabaqcıl texnologiyaların İnkişafı Üzrə Avropa Birliyinin Yeddinci Çərçivə Proqramının (FP7) Azərbaycandakı

 Milli İnformasiya Mərkəzi (MİM)

Elmi- Tədqiqat Qabaqcıl texnologiyaların İnkişafı Üzrə Avropa Birliyinin Yeddinci Çərçivə Proqramının (FP7) Azərbaycandakı Milli İnformasiya Mərkəzi (MİM) 2003- ilin dekabr ayından fəaliyyətə başlamışdır.

Çərçivə proqramları (ÇP) vahid Avropa Elmi Məkanının (AEM) yaradılmasında əsas mexanizmdir. Onların məqsədi aşağıdakılardır:

·         Milli sərhəd hüdudlarla ayrılmayan elmi məkan yaratmaq;

·         Avropanın elmi üstünlüyünə nail olmaq;

·         Rəqabət aparmaq bacarığının innovasiya aktivliyinin artırılması;

·         Avropa elminin bütün- lokal, regional, milli beynəlxalq səviyyələrdə inteqrasiyası.

Ölkə Prezdentinin fərmanı ilə Azərbaycanda aparılan bütün elmi- tədqiqat işlərinə rəhbərlik Milli Elmlər Akademiyasına həvalə edildiyindən, ÇP üzrə MİM Azərbaycan MEA- nın nəzdində yaradılmış onun bir bölməsi sayılmaqdadır.

Çərçivə Proqramının (ÇP) Azərbaycandakı Milli İnformasiya Mərkəzi (MİDM):

·              Azərbaycanın elmi ictimaiyyətinin Avropa Elmi Məkanına (AEM) cəlb edilməsinə, xüsusilə Yeddinci Çərçivə Proqramının (FP7) maliyələşdirdiyi müxtəlif tədbirlərdə Azərbaycanlı alim tədqiqatçılarının iştirakına yardım edir;

·              Avropa Elmi Məkanında iştiraka yönəldilmiş, milli tədqiqat təşkilatlarının fəaliyyətini stimullaşdıran zəruri informasiya kommunikasiya kanallarını yaradır ÇR- nın müsabiqələri haqqında məlumatları Azərbaycanın elmi ictimaiyyəti üçün əldə edir.

·              Azərbaycanlı alim tədqiqatçılara partnyorların axtarışında, onların təkliflərinin hazırlanıb təqdim edilməsində köməklik edir, Keçmiş Sovet İttifaqı respublikalarından olan alimlərin iştirakının maliyyələşdirilməsi qaydalarını izah edir, Avropa Komissiyası (AK) ilə müqavilələrin qanuni aspeklərini müzakirə edir, mövcud portallara daxil olmanı asanlaşdırır JORDIS ilə (ÇP- nın web- səhifəsi) yeni əlaqələr yaradır.

·              Tədqiqatçıların fəaliyyətlərinin analiz edilməsi yolu ilə potensial iştirakçıları aşkara çıxarır, onların elmi- tədqiqat sahələrinin 7ÇP müsabiqələrinə uyğunluğunu araşdıraraq müvafiq verilənlər bazasını hazırlayır;

·              7ÇP ilə əlaqədar olan ən son informasiyaların internet, e- mail adi poçt vasitəsilə yayılması ilə məşğul olur. Avropai Komissiyasından 7ÇP ilə işləyən digər xarici təşkilatlardan daxil olan məlumatların yayılması məqsədilə müxtəlif mühazirələr, seminarlar məlumat günləri  təşkil edir.

·              Azərbaycanlı alimlərin 7ÇP- da iştirakını izləyir qiymətləndirir.

Milli İnformasiya Mərkəzinin əməkdaşları 7ÇP bu proqramda iştirak etmək imkanları haqqında məlumatların təqdim edilməsi məqsədilə Milli Elmlər Akademiyasının institutlarında, müxtəlif elmi- tədqiqat sahə institutlarında, universitet digər elmi təşkilatlarında olurlar. Onlar həmçinin, təklif layihələrin tərtib təqdim edilməsi, 7ÇP- a idair müqavilələrin hazırlanması üzrə Azərbaycanlı alim tədqiqatçılar üçün fərdi məsləhətlər (elektron informasiya vasitələri ilə şəxsi görüşlər zamanı) həyata keçirirlər, ölkədaxili xarici partnyorların axtarışında köməklik göstərirlər.

7ÇP- da iştirak etmək üçün cavan elmi işçilərə mütəxəssislərə böyük imkanlar verilir. Bu səbəbdən Milli İnqformasiya Mərkəzi cavan alimlərlə işləməyə xüsusi diqqət yetirir, eyni zamanda, Azərbaycanlı alim tədqiqatçılara 7ÇP- da beynəlxalq ekspert statusunda da iştirak etməyi təklif edir.

Azərbaycanın elmi ictimaiyyətinin Avropa Birliyinin proqramlarında iştirak etmək imkanları barədə hərtərəfli məlumatlandırmaqla yanaşı Milli İnformasiya Mərkəzinin fəaliyyətinin əsas istiqamətlərindən biri ölkənin qanunverici orqanları da daxil olmaqla, elm texnologiya siyasətinə cavabdeh olan dövlət təşkilatları nümayəndələri ilə qarşılıqlı şəraitinin qurulmasıdır məlumatlandırılmasıdır. MİM- nin fəaliyyətinə Hökumət səviyyəsində verilən dəstək onun fəaliyyətinin uğurla həyata keçirilməsinin ən zəruri şərtlərindən biridir.

MİM- nin qarşısında duran uzun müddətli problem bizim elmi cəmiyyətlərimizin Avropa elmi cəmiyyətləri ilə inteqrasiya olunması üçün çalışmaqdır.

Bu gün bizim alimlər üçün ən vacib məsələ avropalı alimlərin dilində danışmağı öyrənməkdir. İngiliscə, fransızca ya almanca deyil, məhz müsabiqələrə ərizələrin hazırlanması təqdim edilməsi üçün lazım olan rəsmi sənədlərin dilində. Bu hər bir alimə öz potensialını doğru effektiv təqdim etmək, xarici partnyorları axtarmaq tapmağı öyrənmək, konsorsiumların yaradılmasında iştirak etmək üçün çox vacibdir. Bütün bunlar ən sonda onun üçün vacibdir ki, hər bir alim bir müddət sonra artıq müstəqil olaraq Avropa Birliyinin müvafiq strukturları ilə əlaqə yaradaraq Avropa Elmi- Tədqiqat Məkanında öz layiqli yerini tuta bilsin.

Milli İnformasiya Mərkəzinin ofisi Azərbaycan Milli Elmlər  Akademiyasının binasında, Bakı şəhəri, H.Javid pr. 31, otaq 138 AZ 1143 ünvanında yerləşir. Bizə saat 10.00- dan 17.00- dək (99 412) 438-73-60 telefonuna zəng edərək ya məktublarınızı  nip-fp6@baku.ab.az  elektron ünvanına göndərməklə müraciət edə bilərsiniz. Bizim internet saytımızhttp://cordis.europa.eu/fp7/

Fərdi məsləhətlər əvvəlcədən telefonla qeydiyyatdan keçmək şərtilə hər gün saat 11.00-dan 13.00- dək keçirilir.

S.İ.Azakov

Azərbaycanda 7ÇP üzrə Milli İnformasiya Mərkəzinin rəhbəri

 Faylı bütünlüklə yükləmək üçün buraya:http://cordis.europa.eu/fp7/ daxil ola bilərsiniz.