Təcrübə və Karyera Mərkəzi

Azərbaycan Memarlıq və İnşaat Universitetinin bakalavr və magistr səviyyələrində təhsil alan tələbələrinin təcrübə keçmələri Təcrübə və Karyera Mərkəzi tərəfindən  Azərbaycan Təhsil Nazirliyinin ali məktəb haqqında təlimatlarına uyğun olaraq planlaşdırılır. Hazırda Mərkəzin Respublikada fəaliyyət göstərən 150-ə yaxın müəssisəsi ilə təcrübə yönlü əməkdaşlıq müqaviləsi mövcuddur. Mövcud müqavilələr çərçivəsində Universitetin sonuncu kurs bakalavr və magistr səviyyələrində təhsil alan tələbələri həmin müəssisələrdə istehsalat və elmi-tədqiqat təcrübələri keçir. İstehsalat təcrübəsi müddətində tələbələrin tədris boyu yiyələndiyi nəzəri bilikləri təcrübədə tətbiq etmələri onların gələcək iş həyatlarında çox böyük rol oynayır.

Mərkəzin əsas vəzifələrindən biri 14 həftə davam edən istehsalat təcrübəsini izləmək və yaranan problemləri aradan qaldırmaqdır.

Universitetin qarşısında duran mühüm məqsədlərdən  biri də gələcəkdə dövlətimizin iqtisadi inkişafında vacib yer tutan inşaat sahəsi üçün savadlı, bacarıqlı gənc mütəxəssislər yetişdirməkdir. Bu baxımdan universitetimizi bitirən tələbə və məzunların gələcək karyeralarını qurmalarına dəstək olmaq universitetimiz üçün ən vacib məqamlardan biridir. Bu istiqamətdə universitetin nəzdində yaradılmış karyera mərkəzi tələbələrin və məzunların birinci dəstəkçisidir.

Təcrübə və Karyera mərkəzində universiteti bitirmiş tələbələr haqqında “Məzun məlumat bazası”, eləcə də tələbə və məzunların CV bazası yaradılmışdır. 

Mərkəzdə daima yenilənən “İşə düzəltmə” bölməsi də mövcuddur. Burada məzun və tələbələrin iş axtarışına dəstək olmaq üçün müxtəlif sahələrdə fəaliyyət göstərən ən qabaqcıl müəssisələrlə əlaqə yaradılaraq, tələbələrin müsahibələrdə iştirakları üçün şərait yaradılır. Mərkəz tərəfindən öz karyeralarını uğurla qura bilmiş bir sıra fəxri məzunlarımızın iştirakı ilə seminarlar, təlimlər, treninqlər və s. tədbirlər təşkil edilir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin

Təcrübə və Karyera Mərkəzinin

ƏSASNAMƏSİ

Ümumi müddəalar

Bu Əsasnamə Azərbaycan Respublikasının təhsil sahəsində qanunvericiliyinə, təhsil strategiyasının müxtəlif ixtisaslar üzrə kadr hazırlığının dövlət təhsil standartlarına və digər normativ hüquqi sənədlərə əsaslanaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinin Təcrübə və Karyera Mərkəzinin (bundan sonra – “TKM”) fəaliyyət istiqamətlərini, əsas vəzifələrini, hüququnu və fəaliyyətinin təşkili qaydasını müəyyən edir.

Mərkəz universitetin tədris hissəsinin struktur bölməsidir və ali təhsilin bakalavriat səviyyəsində səriştə əsaslı istehsalat təcrübəsinin, magistratura səviyyəsində elmi-tədqiqat, elmi-pedaqoji təcrübənin təşkilini və tənzimlənməsini həyata keçirir.

Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının aidiyyəti qanunlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmr və sərəncamlarını, AzMİU-nun nizamnaməsini və bu əsasnaməni rəhbər tutaraq verilən səlahiyyətlər çərçivəsində universitetin tələbələrinin və magistrantlarının ixtisas üzrə təcrübənin keçirilməsini, səriştə əsaslı praktiki bilik və bacarıqlarının artırılmasını, karyera imkanlarının artırılmasını, məşğulluqlarının tənzimləməsini həyata keçirir.

TKM öz vəzifəsini mövcud qanunvericiliyə uyğun olaraq, dövlət, özəl və xarici müəssisələrlə bağlanmış saziş, memorandum və müqavilələr əsasında həyata keçirir.

TKM öz vəzifələrini yerinə yetirərkən AzMİU-nun digər struktur bölmələri, dövlət orqanları, elm və təhsil qurumları, özəl sektor habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə əlaqədə fəaliyyət göstərir.

Mərkəzin fəaliyyət istiqamətləri

TKM-in fəaliyyət istiqamətləri aşağıdakılardır:

Universitetdə istehsalat, elmi-tədqiqat, elmi-pedaqoji təcrübənin təşkili, dövlət və özəl sektorların səlahiyyətli nümayəndələri ilə əməkdaşlıqların qurulması və inkişaf etdirilməsi, ali təhsili bitirdikdən sonra təhsil haqqında sənədin verilməsi, gənclərin məşğulluqlarına yardım edilməsi, əmək bazarına kadr inteqrasiyasının izlənilməsini təşkil edir;

Təhsil alanların əmək bazarının tələbatına uyğun potensial kadr hazırlığı fəaliyyətinə, istehsalat təcrübələrinin bu əsasnaməyə uyğun təşkilinə rəhbərliyi həyata keçirir.

  1.  
 
Tələbə, magistrant və məzunların məlumat bazasını yaradır.

Yerli və xarici şirkətlərin , müəssisələrin məlumat bazasını yaradır.

  1.  
 
Şirkət və müəssisələrə tələbələrin səfərlərini təşkil edir və onlarda məzunların işlə təmin edilməsi haqda danışıqlar aparır.

Dövlət, özəl və xarici şirkət və müəssislərdən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə təlimlər və seminarlar təşkil edir.

Tələbə və magistrantlara işə müraciət formalarının hazırlanması və işə qəbul prosesinə müsahibəyə hazırlıq üçün maarifləndirmə təlimləri keçir.

  1.  
 
Dövlət və özəl şirkət və müəssisələrdə olan vakant iş yerləri haqqında məlumat toplamaq və onun məzunlar arasında yayılmasını təmin edir.

Digər universitetlərlə birgə məzun yarmarkaları təşkil edir.

Tələbə və magistrantları müxtəlif tədris-inkişaf mərkəzlərində kurslar keçmək haqqında maarifləndirmək və onları bu kurslara yönləndirməklə məşğul olur.

Tələbə və magistrantların müxtəlif müəssisələrdə könüllülük əsasda qismən ödənişli, yaxud ödənişsiz fərdi təcrübə keçməsini təşkil edir.

Universitetin digər struktur bölmələri, Tələbə Həmkarlar və Tələbə Gənclər təşkilatları ilə birgə müxtəlif tədbirlər keçirmək.

Mərkəzin vəzifələri

Əsasnaməyə uyğun olaraq, sahənin xüsusiyyətlərini nəzərə almaqla təcrübənin keçirilməsinə dair ayrı-ayrı ixtisaslar üzrə tövsiyələr (tədris plan və proqramlarını hazırlamaq və təsdiq etmək ) hazırlayır.

Təcrübənin əsas növləri aşağıdakılardır:

İstehsalat (pedaqoji) təcrübəsi, o cümlədən diplomqabağı təcrübə - İstehsalat (pedaqoji) təcrübəsi bir qayda olaraq, peşə hazırlığı və diplomqabağı təcrübədən, magistr pilləsində isə elmi tədqiqat və elmi pedaqoji mərhələlərdən ibarət olur. Diplom qabağı təcrübə təlimin yekun mərhələsi olmaqla, bütün nəzəri dərslər və digər təcrübə növləri başa çatdıqdan sonra həyata keçirilir.

Bakalavriat səviyyəsinin bütün ixtisasları üçün istehsalat təcrübələrinin keçirilməsi üçün ümumiyyətlə 14 tədris həftəsi (21 kredit ) nəzərdə tutulur və kurslar üzrə aşağıdakı kimi bölüşdürülür:

Magistratura səviyyəsində elmi –tədqiqat və elmi pedaqoji təcrübələr nəzərdə tutulur.

  1.  
 
Tələbələri ixtisasın profilindən və xüsusiyyətindən asılı olaraq, yeni texnologiyalarla, iş üsulları ilə, elmi-tədqiqatlarla və digər məsələlərlə tanış etmək;

  1.  
 
Tələbələrdə işgüzarlıq, təşkilatçılıq və ünsiyyətlilik vərdişləri aşılamaq;

Tələbələrin kompüter texnologiyaları sahəsindəki biliklərini təkmilləşdirmək;

Tələbənin universitetdə aldığı nəzəri bilikləri möhkəmləndirmək, istehsalat müəssisələrinin müxtəlif xidmət sahələrin strukturu və iş prinsipi ilə tanış olmasından, təhsil aldığı müddətdə qazandıqları nəzəri bilik və bacarıqlarını təcrübədə tətbiq etmək imkanları təmin etmək səriştəsinə yiyələnməkdən və və sonrakı əmək fəaliyyətində istifadəsini təmin etmək ;

Ali təhsilli, yüksək ixtisaslı, peşəkar mütəxəssislərin hazırlanması yönümündə nəzəriyyə və təcrübənin inteqrasiyasına nail olmaq və onu müasir standartlara uyğunlaşdırmaq;

Tələbə və magistrantlara onların karyera inkişafında və işlə təmin olunmasında yardım göstərmək ;

Xarici və yerli universitetlərin, şirkət və müəssisələrin bu sahədə olan təcrübəsindən səmərəli istifadə etmək;

Karyera tədbirlərinin həyata keçirilməsi məqsədi ilə dövlət və özəl sektordan mütəxəssislər cəlb etmək;

Məzunların hazırlıq səviyyəsinin əmək bazarının tələblərinə uyğunluğunu müəyyənləşdirmək məqsədi ilə kompleks tədbirləri həyata keçirmək;

Mərəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək;

Mərkəzin hüquqları

Təcrübə və Karyera Mərkəzi Tədris hissəsinin nəzdində fəaliyyət göstərir.

Mərkəzin işinə rəhbərliyi universitetin rektorunun əmri ilə təyin edilmiş müdir həyata keçirir. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada rektor tərəfindən təyin olunmuş digər şəxs həyata keçirir.;

Mərkəzin ştat cədvəli və işçi heyətinin tərkibi mövcud qanunvericiliyə əsasən rektor tərəfindən müəyyənləşdirilir.

Mərkəzin fəaliyyətinin təşkili

Mərkəzin əsas fəaliyyəti tədris təcrübəsinin təşkilidir. Tədris təcrübəsi Universitetin müvafiq struktur bölmələrində (laboratoriyalarda, təcrübə-sınaq və uçuş poliqonlarında, trenajorlarda, elmi-tədqiqat laboratoriyalarında, tədris emalatxanalarında və s.) keçirilir.

İxtisasların xüsusiyyətlərindən asılı olaraq, zəruri hallarda tədris təcrübəsi istehsalatlarda və digər struktur bölmələrində keçirilə bilər.

  1.  
 
İstehsalat (pedaqoji), diplomqabağı təcrübə bir qayda olaraq, müəssisə, idarə və təşkilatlarda (bundan sonra - istehsalat müəssisələri) keçirilir. Magistr pilləsində təhsil alanlar isə pedaqoji və elmi-tədqiqat təcrübələrini Universitetdə və ölkədə fəaliyyət göstərən elmi-tədqiqat qurumlarında keçirlər.

İstehsalat (pedaqoji) təcrübəsi Universitet ilə istehsalat müəssisələri arasında bağlanmış ikitərəfli müqavilələr əsasında həyata keçirilir. Həmin müqavilələrə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, istehsalat müəssisələri Universitet tələbələrinin təcrübə keçmələri üçün təcrübə yerləri ayırmalıdırlar.

  •  

İstehsalat (pedaqoji) təcrübəsinin təşkili və keçirilməsi üçün tərəflərin aşağıdakı vəzifə və öhdəlikləri vardır:

Azərbaycan Memarlıq və İnşaat Universiteti:

hər təqvim ilinə müəssisələrlə müqavilə bağlayır, istehsalat (pedaqoji) təcrübəsinin proqram və qrafikini onlarla razılaşdırır;

təcrübə bazasının profilini nəzərə almaqla, ixtisası uyğun gələn və kifayət qədər iş təcrübəsi olan professor-müəllim heyəti sırasından təcrübə rəhbəri təyin edir;

təcrübə keçirilən müəssisəni, eləcə də tələbələri müvafiq proqramlarla təmin edir;

təcrübənin müəyyən olunmuş müddətdə keçirilməsinə və məzmununa nəzarət edir;

zəruri hallarda təcrübəyə göndərilən tələbələrin tibbi müayinədən keçməsini təşkil edir.

5.1.5 İstehsalat müəssisələri:

tələbələrin təcrübəsini təşkil edir və keçirir;

kifayət qədər təcrübəsi olan işçilər arasından təcrübə rəhbərini təyin edir;

tələbələrə təcrübə proqramı əsasında təcrübə yerlərini müəyyən edir;

tələbələrin texniki sənədlərdən və ədəbiyyatdan, kompüter və çoxaldıcı texnikadan istifadəsinə imkan yaradır;

tələbələri əmək mühafizəsi və təhlükəsizlik, müəssisənin daxili nizam-intizam qaydaları üzrə müvafiq təlimatlarla təmin edir;

təcrübə keçən tələbələri qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, vakansiya olduqda, müvafiq vəzifələrə təyin edə bilir;

təcrübə müddətində istehsalat müəssisəsinin təqsiri üzündən baş verə biləcək bədbəxt hadisələrə cavabdehlik daşıyır.

  •  

Təcrübə rəhbərləri həm təhsil, həm də istehsalat müəssisəsinin işçilərindən təyin olunurlar. Tədris təcrübəsi fənnin davamı olduğu halda, bu təcrübəyə rəhbər kimi həmin fənni tədris edən müəllim təyin edilir.

Universitet tərəfindən təyin olunmuş rəhbərin tədris yükü müvafiq normalara uyğun müəyyən edilir.

Universitet tərəfindən təyin olunan rəhbər:

istehsalatdan olan rəhbərlə birlikdə təcrübənin keçirilməsinə dair işçi proqramını hazırlayır;

tələbələrin əmək mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət etmələrinə cavabdehlik daşıyır;

tələbələrə fərdi tapşırıqların, təcrübə mövzularının müəyyənləşdirilməsində və onların iş yerlərinə təhkim olunmasında iştirak edir;

tələbələrə fərdi tapşırıqların yerinə yetirilməsində metodiki yardım göstərir və onlara buraxılış işi üçün lazım olan materialların toplanmasında kömək edir;

tələbələrə təcrübə proqramının yerinə yetirilməsi barədə hesabat tərtib edilməsində metodiki yardım göstərir.

təcrübə proqramının yerinə yetirilməsi üzrə nəticələr Universitet tərəfindən müəyyənləşdirilmiş formada qiymətləndirilir.

Zəruri hallarda, istehsalat təcrübəsi Universitet yerləşən şəhərdən kənarda keçirilə bilər.

Qiyabi təhsil alanlar təhsil aldıqları istiqamət (ixtisas) üzrə kifayət qədər iş stajı olduğu halda, müvafiq kafedranın (fənn komissiyasının) rəyinə əsasən tədris və istehsalat (diplomqabağı təcrübə istisna olmaqla) təcrübələrindən azad oluna bilər.

Yaş həddinə görə tələbələrin təcrübə müddətində həftəlik iş saatı Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq müddəaları ilə tənzimlənir.

Təcrübə keçməsi barədə tələbənin hesabat forması və təcrübənin yekunlarına dair attestasiya forması Universitet tərəfindən müəyyənləşdirilir.

Təcrübələrin yekunlarına görə alınan qeyri-müvəffəq qiymət akademik borc hesab edilir. Təcrübədə müxtəlif səbəblərdən iştirak etməyən və qeyri-müvəffəq qiymət alan tələbələr təkrarən təcrübədən keçməlidirlər.

Tələbələr təcrübə zamanı yarımqruplara bölünə bilər (10-12 nəfərə qədər). İxtisasın xüsusiyyətindən asılı olaraq (musiqi, incəsənət və s.), qrupdakı tələbələrin sayı 5-6 nəfər də müəyyənləşdirilə bilər.

İstehsalat (pedaqoji) təcrübəsinin təşkili və keçirilməsi üçün tərəflərin aşağıdakı vəzifə və öhdəlikləri vardır:

Universitet:

hər təqvim ilinə müəssisələrlə müqavilə bağlayır, istehsalat (pedaqoji) təcrübəsinin proqram və qrafikini onlarla razılaşdırır;

təcrübə bazasının profilini nəzərə almaqla, ixtisası uyğun gələn və kifayət qədər iş təcrübəsi olan professor-müəllim heyəti sırasından təcrübə rəhbəri təyin edir;

təcrübə keçirilən müəssisəni, eləcə də tələbələri müvafiq proqramlarla təmin edir;

təcrübənin müəyyən olunmuş müddətdə keçirilməsinə və məzmununa nəzarət edir;

zəruri hallarda təcrübəyə göndərilən tələbələrin tibbi müayinədən keçməsini təşkil edir;

İstehsalat müəssisələri:

tələbələrin təcrübəsini təşkil edir və keçirir;

kifayət qədər təcrübəsi olan işçilər arasından təcrübə rəhbərini təyin edir;

tələbələrə təcrübə proqramı əsasında təcrübə yerlərini müəyyən edir;

tələbələrin texniki sənədlərdən və ədəbiyyatdan, kompüter və çoxaldıcı texnikadan istifadəsinə imkan yaradır;

tələbələri əmək mühafizəsi və təhlükəsizlik, müəssisənin daxili nizam-intizam qaydaları üzrə müvafiq təlimatlarla təmin edir;

təcrübə keçən tələbələri qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, vakansiya olduqda, müvafiq vəzifələrə təyin edə bilir;

təcrübə müddətində istehsalat müəssisəsinin təqsiri üzündən baş verə biləcək bədbəxt hadisələrə cavabdehlik daşıyır.

Təcrübə rəhbərləri həm Universitet, həm də istehsalat müəssisəsinin işçilərindən təyin olunurlar. Tədris təcrübəsi fənnin davamı olduğu halda, bu təcrübəyə rəhbər kimi həmin fənni tədris edən müəllim təyin edilir.

Universitet tərəfindən təyin olunmuş rəhbərin tədris yükü müvafiq normalara uyğun müəyyən edilir.

Universitet tərəfindən təyin olunan rəhbər:

istehsalatdan olan rəhbərlə birlikdə təcrübənin keçirilməsinə dair işçi proqramını hazırlayır;

tələbələrin əmək mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət etmələrinə cavabdehlik daşıyır;

tələbələrə fərdi tapşırıqların, təcrübə mövzularının müəyyənləşdirilməsində və onların iş yerlərinə təhkim olunmasında iştirak edir;

tələbələrə fərdi tapşırıqların yerinə yetirilməsində metodiki yardım göstərir və onlara buraxılış işi üçün lazım olan materialların toplanmasında kömək edir;

tələbələrə təcrübə proqramının yerinə yetirilməsi barədə hesabat tərtib edilməsində metodiki yardım göstərir.

təcrübə proqramının yerinə yetirilməsi üzrə nəticələr Universitet tərəfindən müəyyənləşdirilmiş formada qiymətləndirilir.

Zəruri hallarda, istehsalat təcrübəsi Universitet yerləşən şəhərdən kənarda keçirilə bilər.

Qiyabi təhsil alanlar təhsil aldıqları istiqamət (ixtisas) üzrə kifayət qədər iş stajı olduğu halda, müvafiq kafedranın (fənn komissiyasının) rəyinə əsasən tədris və istehsalat (diplomqabağı təcrübə istisna olmaqla) təcrübələrindən azad oluna bilər.

Yaş həddinə görə tələbələrin təcrübə müddətində həftəlik iş saatı Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq müddəaları ilə tənzimlənir.

Təcrübə keçməsi barədə tələbənin hesabat forması və təcrübənin yekunlarına dair attestasiya forması Universitet tərəfindən müəyyənləşdirilir.

Təcrübələrin yekunlarına görə alınan qeyri-müvəffəq qiymət akademik borc hesab edilir. Təcrübədə müxtəlif səbəblərdən iştirak etməyən və qeyri-müvəffəq qiymət alan tələbələr təkrarən təcrübədən keçməlidirlər.

Tələbələr təcrübə zamanı yarımqruplara bölünə bilər (10-12 nəfərə qədər). İxtisasın xüsusiyyətindən asılı olaraq (musiqi, incəsənət və s.), qrupdakı tələbələrin sayı 5-6 nəfər də müəyyənləşdirilə bilər.

Mərkəzin ümumilikdə fəaliyyətinin təşkilinə görə müdir məsuliyyət daşıyır.

Mərkəzin yaradılması və ləğv edilməsi

TKM AzMİU-nun Elmi Şurasının qərarı və rektorun əmri əsasında yaradılır və ləğv edilir.

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.