Dünya universitetlərinin fəaliyyətini Birləşmiş Millətlər Təşkilatının 17 Dayanıqlı İnkişaf Məqsədləri üzrə qiymətləndirilən bu reytinqdə AzMİU dünya universitetləri arasında yer alıb.
Azərbaycan Memarlıq və İnşaat Universiteti, Böyük Britaniyanın Ümumdünya Universitetlərinin Reytinq Təşkilatı olan “Quacquarelli Symonds” (QS) reytinq təşkilatı 2016-cı ildən dərc etdiyi “QS Regional” reytinq bazasında ən yaxşı universitetlər arasında qərarlaşır.
Universitetlərin beynəlxalq reytinq sistemidir. Azərbaycan Memarlıq və İnşaat Universiteti 2017-ci ildən, dünyanın müxtəlif ən yaxşı universitetləri arasında bu siyahıya daxil olub.
2017-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universiteti "UI Green Metric World University" reytinq bazasında ekoloji cəhətdən dünyanın ən ekoloji universitetləri arasında qərarlaşır.
Azərbaycan Memarlıq və İnşaat Universiteti ilk dəfə olaraq 2015-ci ildə bu reytinqə daxil olmuş və Avropa ekspertləri tərəfindən qiymətləndirilərək hər il olduğu kimi yüksək kateqoriya almışdır.
WeboMetrics 4 göstərici üzrə universitetləri qiymətləndirir. Ən əsas göstərici isə universitetin veb səhifədə yer alan ixtisasların sillabuslarına keçid, tələbələr üçün elektron kitabxana sistemi və mühüm olan səhifələrə keçiddir. Digər göstəricilər isə universitet müəllimləri tərəfindən çap olunan məqalələr, kitablar, elmi əsərlərin çoxluğu və onlara olan tələbata əsaslanır. Azərbaycan Memarlıq və İnşaat Universiteti ilk dəfə 2018-ci ildə bu reytinqə daxil olub.
Bu reytinqin məqsədi keyfiyyətli təhsil baxımından dünya universitetləri və kolleclərinin qlobal sıralanmasını təqdim etməkdir. Azərbaycan Memarlıq və İnşaat Universiteti 2018-ci ildə ilk dəfə sözü gedən reytinq sisteminə qoşulub.