Mexanika və İnformasiya Texnologiyaları fakültəsi

   Fakültə haqqında: Tikinti sektorunda inşaat texnikasının rolunun əhəmiyyətli dərəcədə artması və is­teh­sal proseslərində müasir informasiya texnologiyalarının tətbiqinin vacibliyi, bu sahələr üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması zərurəti nəticəsində fakültə 1997-ci ildə "Mexanikləşdirmə və avtomatlaşdırma" adı ilə yaradılmışdır və rektorun 14.03.2013-cü il tarixli, 98/ş-d saylı əmri ilə adı dəyişdirilərək "Mexanika və İnformasiya Texnologiyaları" adlandırılmışdır. Fakültənin qarşısında duran əsas məqsəd müxtəlif istiqamətlər üzrə sənaye və mülki, hidrotexniki və meliorasiya, nəqliyyat tikintilərində texnoloji proseslərin av­tomatlaşdırılması, bu sahələrə xidmət edən maşın, mexanizm, avadanlıqların və av­tomatiki idarəetmə sistemlərinin düzgün seçilməsi, təhlükəsiz idarə olunması, sə­mərəli istismarı, informasiya texnologiyaları və telekommunikasiyaların istifadə mər­kəzləri ilə məşğul olan yüksək ixtisaslı mütəxəssislər hazırlamaqdır. Fakültənin ida­rəetmə orqanları Elmi şura və dekanlıqdır. Elmi şura 15 nəfərdən iba­rət­dir. 

   Fakültənin dekanı: texnika elmləri  namizədi, dosent Sabir Baladin oğlu Məmmədov.

  Fakültədə təhsil. Fakültəmizdə ölkə iqtisadiyyatının müxtəlif sahələri üçün 4 ixtisas üzrə bakalavr səviyyəsində mütəxəssis hazırlığı aparılır. Həmin ixtisaslara Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanları müvəffəqiyyətlə keçənlər qəbul olunur. Fakültədə tədris azərbaycan, ingilis, rus dillərində olmaqla, əyani və qiyabi əsaslarla aparılır. Fakültədə 835 tələbə təhsil alır. Onlardan 753 nəfər Azərbaycan dili, 58 nəfər ingilis dili, 24 nəfər rus dili bölməsində təhsil alır. Hal-hazırda fakültədə aşağıdakı ixtisaslar üzrə kadr hazırlığı aparılır.   

Bakalavr səviyyəsi

Magistratura səviyyəsi

050616 – İnformasiya texnologiyaları

-İdarəetmədə informasiya sistemləri

050622 - Maşın mühəndisliyi

-İnşaat yol maşınları və avadanlıqları

050628 - Mexanika mühəndisliyi

-Maşınların möhkəmliyi və dinamikası 

050634 - Proseslərin avtomatlaşdırılması mühəndisliyi 

-Texnoloji proseslərin avtomatlaşdırılması və idarə edilməsi 

 Bu ixtisaslara qəbul Dövlət sifarişli (DS) və Ödənişli əsaslarla aparılır. Ödənişli əsaslarla qəbul olunan tələbələr üçün illik təhsil haqqı bütün ixtisaslar üzrə 2000 azn təşkil edir. Təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi prosesi tədris olunan fənlərdən asılı olaraq semestrin (payız və yaz semestri) sonunda test və yazılı imtahan üsulu ilə keçirilir. Qaydalara uyğun olaraq semestrin nəticəsi üzrə dövlət sifarişi ilə təhsil alan tələbələrin sayı qədər təqaüd yerləri ayrılır və ödənişli əsaslarla təhsil alan tələbələr də müsabiqədə iştirak edir və onlara imtahan nəticələrinə əsasən əlaçı, zərbəçi və adi təqaüdlər verilir. 

 Tədrisin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və universitetin müvafiq qərar və əmrləri əsasında aparılır. Tələbələr hər semestr dərs başlamazdan əvvəl fərdi tədris planlarını dekanlıqda təsdiq edir, onlara özünə nəzarət qrafikləri və kredit təhsil sisteminə aid əsasnamələr təqdim olunur. 

 Fakültədə yüksək ixtisaslı kadrların hazırlığında 1 akademik, 6 professor, 25 dosent olmaqla ümumilikdə 65 professor-müəllim heyəti tərəfindən tədris prosesi aparılır. Həmçinin Azərbaycan Respublikasında fəaliyyət göstərən nüfuzlu şirkətlərin aparıcı mütəxəssisləri müasir texnika və texnologiyalardan istifadə etməklə tədris prosesində iştirak edir. Fakültənin bütün kafedraları və ixtisaslaşdırılmış auditoriyaları yüksək sürətli in­ternetlə təmin olunmuş, müasir tələblərə cavab verən 100-dən çox kompüterə ma­lik 10 dərs otağı formalaşdırılmışdır. Xüsusi mühazirə auditoriyaları isə mühazi­rə­­lərin elektron formada aparılması üçün proyektor və elektron lövhələrlə təchiz edil­mişdir. Yeni yaradılıb tələbələrin istifadəsinə verilmiş tədris laboratoriyaları da ən müasir cihaz və avadanlıqlara malikdir. Bütün bunlar təlim-tədrisin daha key­fiy­­yətli və maraqlı keçirilməsinə şərait yaradır. 

   Fakültədə tədris olunan fənlər: "Sistem mühəndisliyi", "İnformasiya təhlükəsizliyi", "Kompüter şəbəkələri", "Əməliyyatların tədqiqi və optimallaşdırma üsulları", "Maşın və mexanizmlər nəzəriyyəsi", "Maşın hissələri və konstruksiyaetmənin əsasları", "Konstruksiya materiallarının texnologiyası", "Tərsimi həndəsə və mühəndis qrafikası", "Torpaq işləri üçün maşınlar", "İnşaat maşınları və avadanlıqları" və s.

   Təcrübə sahələri: Fakültədə tədris və istehsalat təcrübələri bağlanılmış müqavilələrin şərtlərinə uy­ğun olaraq respublikanın müxtəlif istehsalat, xidmət müəssisələrində, şirkətlər­də, elmi-tədqiqat institularında (AMEA-nın İdarəetmə Sistemləri İnstitutu, AMEA-nın İnformasiya texnologiyaları İnstitutu, Azərbaycan Hidrotexnika və Meliorasiya Elmi-İstehsalat Birliyi, Sumqayıt Texnologiyalar Parkı (STP) MMC, "Neftqazmaş" MMC, İmprotex İndustries MMC, Azərtunel MMC, Bakı Neft Maşınqayırma Zavodu, Zabrat Maşınqayırma Zavodu, "Binəqədi Tikinti Mexanikləşdirmə" ASC) həm onlar həm də Universitet tərəfindən təyin olun­­muş təcrübəli mütəxəssislərin rəhbərliyi ilə aparılır. 

   Tədqiqat istiqamətləri: Yarım keçirici elementlər üzərində yaddaş elementlərinin qurulması, inşaat maşınlarında dinamiki yükün optimallaşdırılması və onların hissələrinin elektrokimyəvi korroziyadan mühafizə olunması, texnoloji proseslərin identifikasiyasının adekvatlığı və nəzarətin dəqiqliyinin yüksəldilməsində informasiya texnologiyalarının yaradılması. 
2003-cü ildə aparılan elmi-tədqiqat işlərinə görə 1 patent; 2005-ci ildə 1 Beynəlxalq patent, 2006-cı ildə 2 Beynəlxalq patent; 2007-ci ildə 3 patent və 1 Beynəlxalq ixtira; 2008-ci ildə 11 patent, bunlardan 5-i Avrasiya patenti; 2009-cu ildə 1 Beynəlxalq və 5 Avrasiya patenti;  2010-cu ildə 1 Beynəlxalq patent, 2019-cu ildə 1 patent alınmışdır.

   Fakültədə tədris olunan fənlər üzrə respublika daxilində və xaricdə çoxlu sayda dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar çap olunmuşdur:

1. Ə.H.Kərimov “Yükdaşıyan maşınlar”, 2021.

2. M.İsayev, L.Mahmudbəyli, F.Qurbanov “İnformasiya Sistemləri və Verilənlər bazası”, 2020.

3. T.A. Əliyev “Noise control of the beginning and development dynamics  of  accidents”, 2019.

4. M.M. İsayev “Ölçmə sistemlərinin dəqiqliyinin yüksəldilməsinin alqoritmik-test üsulları”, 2018.

5. A.K.Kazım-zadə, S.F.Əliyeva “Kompüter texnika­sının əsasları”, 2018.

6. R.M. İsgəndərov. “Sistem proqramlaşdırılması və əməliyyat sistemləri”, 2018.

7. N.F. Musayeva, R.Ö.Hüseynova, Z.Y.Qasımova “Kompüter modelləşdirilməsi”, 2017.

8. S.Ə.Əzizov, K.İ.Sultanova “İntellektual idarəetmə sistemləri”, 2017.

9. A.R.Şərifov, T.A.Talıbov, R.Q.Qardaşov “Kommunal təsərrüfat maşınları”, 2016.

10. A.R.Şərifov, A.M.Bayramov “Birçalovlu ekskavatorlar”, 2016

11. N.F. Musayeva “Riyazi model­lərin qurulması. Üsullar və müasir kompüter texno­logiya­ları”, 2015.

12. A.Ə.Tağıyev, R.C.Məmmədova, S.B.Məmmədov, L.N.Rəhimov “Tərsimi həndəsə”, 2012.

13. T.A.Əliyev “Defektlərin yaranmasının rəqəmsal səs monitorinqi”, 2012.

14. T.A.Əliyev "Siqnalların emalında küylərin analizi üçün robast texnologiyalar", 2012.

15. T.A.Əliyev "Zəlzələ fəlakətlərinin minimumlaşdıran noise texnologiyalar", 2012.

16. F.C.Məmmədov, T.A.Talıbov, A.M.Bayramov "İnşaat maşınları", 2010.

  Fakültənin tərkibində 3 kafedra fəaliyyət göstərir:

"İnformasiya texnologiyaları və sistemləri" kafedrası.
"Texnoloji maşın və avadanlıqlar" kafedrası.
"Tərsimi həndəsə və mühəndis qrafikası" kafedrası.

Beynəlxalq əlaqələr üzrə koordinator: ass. Məmmədov Nemət İlqar oğlu

Əlaqə:

Ünvan: Az 1073, Bakı, Sultanova küçəsi 11, 1-ci tədris binası, otaq 1313
Tel: (+994) 12 539 05 73
Facebook səhifəsi: https://www.facebook.com/AzMIU.MAF1/?ref=br_rs
E-mail: mit@azmiu.edu.az

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.