İnnovasiya xüsusiyyətli işlər
:İstehsalatda tətbiq üçün hazır olan innovasiya xarakterli elmi işlər
- Yüksək möhkəmlikli beton. Sement klinkerinə xüsusi maddələrin təsiri ilə aləınmış nanohissəciklərin beton qaışığına verilməsi ilə onun reoloji xassələri yaxşılaşır. Alınmış beton yüksək möhkəmliyə malik olması ilə bərabər ilkin möhkəmliyini tez yığır. İcraçılar: Quvalov A.A., Abbasova S.İ., Hüseynov C.N. (2023)
- Qeyri filiz materiallarının dispersləşdiricisinin alınma üsulu. Vulkan süxurları əsasında hazırlanmış kompleks nanodispersləşdiricinin 1,1-1,3% miqdarında tətbiqi zamanı betonun sıxılmada möhkəmlik həddini 41-56% yüksəldir, eyni zamanda betonun sukeçirməzliyini W22-yə, şaxtayadavamlılığını isə F300-ə qədər artırır. İcraçılar: Quvalov A.A., Abbasova S.İ., Əkmədli N.Z. (2023)
- Sadə superfosfatın alınması üsulu. Sadə superfosfatın –fosforlu gübrənin alınması texnologiyasına aiddir. Texnologiya təbii sərvətlərdən səmərəli istifadəyə və sənaye tullantılardan istifadə olunmaqla həyata keçirilir. İcraçı: Hümbətov M.O. (2023)
- Küyqarışıq siqnalların faydalı komponentlərinin yüksək tərtibli ehtimal modellərinin qurulması, alqoritm və proqram vasitələrinin hazırlanması, hesablama eksperimentlərinin aparılması, alınan nəticələrin müqayisəli analizinin keçirilməsi. İcraçılar: akademik Əliyev T.A., t.e.d., prof. Musayeva N.F. (2023)
- Kiçik və orta biznes subyektləri üçün resurs səmərəli dairəvi istehsalın təşkili sahəsində təlimlərin təşkili. “Fövqəladə hallar və Həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrasının müdiri: prof. Mustafayev İ.İ.(2022)
- Kompleks nanomodifikatorların alınması və onların betonun xassələrinin yaxşılaşdırılmasında tətbiqi. “İnşaat materiallarında nanotexnologiyalar” laboratoriyası üzrə layihə. Prof.Quvalov A.A.(2022)
- Torpaq bəndlərin yuxarı yamacının dağıdıcı təsirlərdən mühafizəsi və gövdəsində baş verən sızma proseslərinin tədqiqi. “Meliorasiya və su təsərrüfatı tikintisi” kafedrasının müdiri: dos. E.P.Paşayev.(2022)
- Membran (nanosüzülmə) üsulu ilə duzlu sulardan suvarma və texniki məqsədlər üçün şirinləşdirilmiş suyun alınma texnologiyasının işlənilməsi. “Mühəndis sistemləri və qurğularının tikintisi” kafedrasının müdiri: dos. Məmmədov N.Y.(2022)
- Suvarma və Drenaj Sisteminin Təkmilləşdirilməsinə Hazırlıq (PIDSD). Su təsərrüfatı və suyun ekologiyası ETL. Laboratoriya rəhbəri - k.t.ü.f.d E.R.Atababayev.(2022)
- Miniatur akkumlyatorlar yaratmaq. Metal və ərintilər fizikası ETL. Laboratoriya rəhbəri: dos.. f.-r.ü.f.d.H.İ.Hüseynov.(2022)
- Improved Support for Entrepreneurial Development in Rural Areas of Azerbaijan. Layihənin rəhbəri: İslam Mustafayev İsrafil oğlu (2020-2022)
- Azərbaycanda karbon emissiyalarinin azaldilmasini təmin edən milli fəaliyyət planlari (nama) -nationally appropriate mitigation actions (namas) for low-carbon end-use sectors in Azerbaijan. Layihənin rəhbəri: Məmmədov Nurməmməd Yaşar oğlu (2021)
Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.
Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.
Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.
Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.
İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.