"Texnoloji maşın və avadanlıqların təkmilləşdirilməsi" elmi - tədqiqat laboratoriyası
“Texnoloji maşın və avadanlıqların təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyası
“Texnoloji maşın və avadanlıqların təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyası Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14.03.2013-cü il tarixli 421 saylı əmri ilə yaradılmışdır. “Texnoloji maşın və avadanlıqların təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının elmi rəhbəri texnika elmləri doktoru, professor Arif Rza oğlu Şərifovdur. Laboratoriyanın əməkdaşlarının tərkibi Universitet üzrə 301 ş/d saylı 25.10.2019-cu il tarixli əmrə əsasən belədir:
1.Şərifov Arif Rza oğlu – t.e.d., professor.Elmi-tədqiqat laboratoriyasının elmi rəhbəri
2. Mehrəliyev Əlif Talıb oğlu – t.e.n., Texnoloji maşın və avadanlıqlar kafedrasının dossenti. Elmi-tədqiqat laboratoriyasının rəhbəri
3. Cəlilova Günel İsa qızı – kiçik elmi işçi.
“Texnoloji maşın və avadanlıqların təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasında aşağıda qeyd olunan mövzuların tədqiqat işləri aparılmışdır. Bunlar “Faza dəyişməsi prinsipi ilə işləyən nasosun tədqiqi”. “Faza dəyişməsi prinsipi ilə işləyən nasosun tədqiqinə aid tövsiyələrin işlənməsi, tədqiqi”. “Hidravlik intiqallı texnoloji maşın və avadanlıqların işçi mayelərinin çirklənmə səbəblərinin araşdırılması”, “İşçi mayeni təmizləyən qurğuların təkmilləşdirilməsi”.
Tədqiqat zamanı əldə edilmiş nəticələr: Tədqiqatda ikinci növ faza keçidləri zamanı kritik nöqtə yaxınlığındakı mühitin fiziki keyfiyyətlərinin dəyişilməsi tədqiq edilmışdır. Müəyyən edilmişdir ki, faza keçidləri zamanı təzyiqin artması ilə yanaşı mühitin struktur dəyişilməsi və kondensasiya ilə əlaqədar olaraq vakuum da yaranır. Bu effekti istifadə edərək istilik enerjisi ilə işləyən, maye kütlə nəql edə bilən istilik nasosunun cizgisi işlənmişdir.Tədqiq olunan qurğunun işçi parametrləri təyin olunmuş, konstruksiyası dəqiqləşdirilmiş və tətbiq sahələri müəyyənləşdirilmişdir.
Hidravlik intiqallı texnoloji maşın və avadanlıqların işçi mayelərinin çirklənmə səbəbləri araşdırılmış, onlara tələblər işlənmiş, xassələri və xarakteristikası öyrənilmiş və onlar beynəlxalq standarta MS İSO 6443/4-ə uyğun qruplaşdırılmış, işçi mayelərin təmizliyi məsələlərinin və mənbələrinin müəyyən edilməsinə və çirklənmənin azalmasına yönəldilən qabaqlayıcı təkliflər irəli sürülmüşdür. Hidravlik intiqallı texnoloji maşınların işçi mayeləri təmizləyən qurğular üzərində tədqiqat aparılmışdır. Tədqiqatda maye sərfi 60-120 l/dəq olan maşınlar üçün yeni təkmilləşdirilmiş təmizləyici qurğu işlənmişdir.
ET laboratoriyanın əməkdaşları ardıcıl olaraq aparıcı tikinti şirkətlərinin maşın parklarının mütəxəssisləri ilə fikir mübadiləsi və yeniliklərin müzakirəsi aparılmışdır. Laboratoriyada tədqiqat işləri üçün hazırlanmış sınaq stendindən və ekspres-analizatordan magistr, tədqiqatçılar və doktorantlar istifadə edirlər. Bu illər ərzində laboratoriya əməkdaşları elmi məqalələr nəşr etdirmiş, elmi konfranslarda və seminarlarda məruzələrlə çıxış etmişlər.
Hazırda Respublikamızın tikinti kompleksində əsasən ABŞ, Yaponiya, Almaniya, Rusiya, İtaliya, Türkiyə, Çin və digər xarici ölkələrdən gətirilmiş texnikadan istifadə olunur. Göstərilən maşın və avadanlıqların etibarlılığını və uzunömürlülüyünü artırmaq məqsədilə onların konstruksiyalarının təkmilləşdirilməsi istiqamətində görülən işlər günün aktual məsələsidir və elmi-tədqiqat laboratoriyası bu problemlər“Texnoloji maşınlardan istifadənin səmərəliliyinin yüksəldilməsi” mövzusu üzərində öz tədqiqat işlərini davam etdirir.
Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.
Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.
Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.
Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.
İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.