"Abidələrin bərpası və mühafizəsi" elmi - tədqiqat laboratoriyası

«Abidələrin mühafizəsi və bərpası» Elmi-Tədqiqat
 laboratoriyası

 Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində dövlət büdcəsindən maliyyələşdirilən «Abidələrin mühafizəsi və bərpası» elmi-tədqiqat laboratoriyası 02.04.2001-ci ildən fəaliyyət göstərir. 
Laboratoriyanın əməkdaşları:
Laboratoriyanın elmi rəhbəri MƏMMƏDOVA GÜLÇÖHRƏ HÜSEYN qızı, memarlıq üzrə elmlər doktoru, professor, Əməkdar memar, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru. 
Laboratoriyanın direktoru, böyük elmi işçi əvəzi üzrə ABDULLAYEV TOFİQ ƏLİ oğlu, memarlıq üzrə elmlər doktoru, professor, Əməkdar memar, «Memarlıq konstruksiyaları və abidələrin bərpası» kafedrasının professoru. 
Laboratoriyanın kiçik elmi işçisi HƏSƏNZADƏ SƏADƏT CABBAR qızı.  
Laboratoriyanın elmi istiqaməti:
Laboratoriyada ayrı-ayrı memarlıq abidələrinin qorunub saxlanılmasına dair tövsiyyələrin hazırlanması onların eskiz, bərpa və konservasiya layihələrinin tərtib olunması və qədim şəhərlərin tarixi mühitinin tədqiqi, tarixi abidələrin və Azərbaycan memarlığı haqqında şəkilli kataloqların, Azərbaycanın tarixi memarlığı haqqında dərsliklərin tərtibatı, Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən tərtib edilmiş, memarlıq abidələri siyahısına daxil olan, memarlıq abidələrinin memarlıq əhəmiyyəti nöqteyi-nəzərindən araşdırması, abidələrin indiki vəziyyətinin yoxlanılması kimi işlər yerinə yetirilir.
Gördüyümüz işlər:
2001-2010 illər zamanı tədqiqat mövzusu: «Azərbaycanın memarlıq irsinin tədqiqatı,
 mühafizəsi və bərpası problemləri» idi.

2001-ci il - Orta əsrin ilk abidələri. Müasir vəziyyət, abidələrin bərpası, mühafizəsi və istifadə edilməsi.
2002-ci il - Orta əsrin inkişaf etmiş abidələri. Müasir vəziyyət, abidələrin bərpası, mühafizəsi və istifadə edilməsi.
2003-cü il - Azərbaycanın tarixi şəhərləri. Rekonstruksiya problemləri.
2004-cü il- Azərbaycanın müasir şəhərlərində tarixi mühit və onun tədqiqatı, mühafizəsi və rekonstruksiyası problemləri.
2005-ci il - Memarlıq irsinin bərpası, mühafizəsi və istifadə edilməsi.
2006-cı il - Erkən orta əsrlərin abidələrin bərpası, mühafizəsi və istifadəsi
2007-ci il - Orta əsrin inkişaf etmiş abidələrinin bərpası, mühafizəsi və istifadəsi
2008-ci il - Azərbaycanın tarixi şəhərlərində tarixi mühitin saxlanılması və istifadəsi
2009-cu il - Memarlıq irsinin bərpası, mühafizəsi və istifadə edilməsi 
2010-cu il- Azərbaycan memarlığının şərq ölkələri ilə qarşılıqlı əlaqəsi. Azərbaycan memarlığının digər elmlər və incəsənətlə bağlılığı və əlaqəsi.

2011-2013 illər zamanı tədqiqat mövzusu: «Qafqaz Albaniyası memarlıq irsinin tətqiqi və qorunmasının aktual problemləri»

2011-ci il - Şimal-qərb regionunun memarlıq irsinin tətqiqi və qorunması vəziyyəti
2012-ci il -  Qarabağ və ətraf ərazilərin memarlıq irsinin tətqiqi və qorunması vəziyyəti
2013- cü il - Qafqaz Albaniyasının memarlıq irsinin aktual problemləri

2014-2018 illər zamanı tədqiqat mövzusu: «Azərbaycanın memarlıq irsinin tədqiqatı, mühafizəsi və bərpası problemləri»

2014-cü il - Gəncə-Qazax regionunun memarlıq irsinin tədqiqi və qorunması 
2015-ci il -  Quba-Qusar regionunun memarlıq irsinin tədqiqi və qorunması 
2016- cı il - Bakı-Abşeron regionunun memarlıq irsinin tədqiqi və qorunması 
2017-ci il -  Lənkəran regionunun memarlıq irsinin tədqiqi və qorunması 
2018-ci il - Naxçıvan Muxtar Respublikasının memarlıq irsinin tədqiqi və qorunması 

2018-2023 illər zamanı tədqiqat mövzusu: «Azərbaycanın memarlıq irsinin tədqiqatı və qorunma roblemləri» (Davam)

2019-cu il - Şəki-Zaqatala bölgəsinin memarlıq irsinin  tədqiqi və qorunması və istifadə olunması problemləri
2020-ci il -  Şəki-Zaqatala regionunun memarlıq irsinin  tədqiqi və qorunması və istifadə olunması problemləri
2021- ci il - İşgal olunmuş Yuxarı Qarabağ ərazisindəki abidələrin tədqiqi
2022-ci il -  Azərbaycan memarlıq irsinsə bədii-kompozisiya elementlərin tədqiqi
2023-cü il - Abidələrin qoruq zonalarının tərtib edilməsinə dair təkliflər

Laboratoriyada aparılan elmi-tədqiqat fəaliyyətinin nəticəsində aşağıdakı bərpa layihələri həyata  keçirilib:

1. Şəki rayonunun Kiş kəndində yerləşən məbədin bərpası və muzeyləşdirilməsi. (Azərbaycan-Norvec birgə «Kiş» layihəsi), 2000-2003-cü il.
Layihə nəticəsində abidə tədqiq edilib, bərpa layihəsi işlənib, muzeyə çevrilmə layihəsi işlənib, bərpa və muzeyləşdirmə işlərinə nəzarət aparılıb.

Layihənin rəhbəri memarlıq doktoru, professor G.H.Məmmədova, 
layihənin müəllifləri - G.H.Məmmədova, S.X.Hacıyeva, T.Ə.Abdullayev.

2. Qəbələ rayonunun Nic kəndində yerləşən məbədin bərpası. (Azərbaycan-Norvec birgə «Nic» layihəsi), 2003-2005-ci illər.
Layihə nəticəsində abidə tədqiq edilib, bərpa layihəsi işlənib, kilsə kimi istifadəsi üçün layihəsi işlənib və bərpa işlərinə nəzarət aparılıb.
Layihənin rəhbəri memarlıq doktoru, professor G.H.Məmmədova, 
layihənin müəllifləri - G.H.Məmmədova, S.X.Hacıyeva, T.Ə.Abdullayev.

3. Qax rayonunun Qum kəndində yerləşən  bazilikanın konservasiyası layihəsi (ABŞ səfirinin «mədəniyyət fondu»), 2006-cı il.
Layihə nəticəsində abidə tədqiq edilib, bərpa layihəsi işlənib, muzeyə çevrilmə layihəsi işlənib, bərpa və muzeyləşdirmə işlərinə nəzarət aparılıb.
Layihənin rəhbəri memarlıq doktoru, professor G.H.Məmmədova, 
layihənin müəllifləri - G.H.Məmmədova, S.X.Hacıyeva. 

4. “Memarlıq irsinin bərpası, mühafizəsi və istifadə edilməsi barədə göstərişlərin tərtib edilməsi” mövzusunda elmi tədqiqat işi. (Ayrı-ayrı memarlıq abidələrinin bərpa və konservasiya yollarının təyin edilməsi; tipologiyası və təsnifatı; bərpa tədbirlərinin vacibliyi; ayrı-ayrı memarlıq abidələr üzrə göstərişlərin hazırlanması; Azərbaycanın müxtəlif şəhər və regionlarında aşkar edilmiş memarlıq abidələrinin mühafizə zonalarına alınması, qoruq tədbirləri görülməsinə dair təkliflər, göstrişlərin hazırlanması işləri aparılıb.
5. “Azərbaycan memarlığının şərq ölkələri ilə qarşılıqlı əlaqəsi. Azərbaycan memarlığının digər elmlər və incəsənətlə bağlılığı və əlaqəsi» 2010-cu il. mövzusunda elmi tədqiqat işi (Azərbaycan memarlıq abidələrinin təsnifatının tərtib olunması; Şərq ölkələri memarlıq abidələri ilə Azərbaycan memarlığının müxtəlif növ abidələrinin qarşılıqlı əlaqəsinin tədqiqi, oxşar və fərqli xüsusiyyətlərin aşkar olunması; Azərbaycan memarlıq abildələrində incəsənət nümunələrinin öyrənilməsi və memarlığın incəsənət ilə bağlılığı) işləri aparılıb.
6. “Şimal qərb regionunun memarlıq  irsinin tətqiqi və qorunması vəziyyəti» 2011-ci il mövzusunda elmi-tədqiqat işi (abidələrin indiki vəziyyətinin öyrənilməsi, fotofiksasiyası, abidələrin indiki qorunma vəziyyətinə görə təsnifat cədvəlləri işlənib).
7. “Qarabağ və ətraf ərazilərin memarlıq irsinin tətqiqi və qorunması vəziyyəti” 2012-ci il mövzusunda elmi-tədqiqat işi (abidələrin indiki vəziyyətinin öyrənilməsi, fotofiksasiyası, abidələrin indiki qorunma vəziyyətinə görə təsnifat cədvəlləri işlənib).
8. “Qafqaz Albaniyasının memarlıq irsinin aktual problemləri” 2013-cü il mövzusunda elmi-tədqiqat işi (abidələrin indiki vəziyyətinin öyrənilməsi, fotofiksasiyası, abidələrin indiki qorunma vəziyyətinə görə təsnifat cədvəlləri işlənib).
9. “Gəncə-Qazax regionunun” memarlıq  irsinin tətqiqi və qorunması vəziyyəti» 2014-cü il mövzusunda elmi-tədqiqat işləri aparılıb.
10. “Quba-Qusar  regionunun” memarlıq  irsinin tətqiqi və qorunması vəziyyəti» 2015-ci il mövzusunda elmi-tədqiqat işləri aparılıb.
11. 2020-2021-ci il “Abidələrin bərpası və mühafizəsi” elmi-tədqiqat laboratoriyası Layihə İnstitutu ilə birlikdə yerinə yetirdikləri “Şəki şəhəri “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində tikinti və yenidənqurma işləri” və “Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu ərazisində qəzalı evlərin təmir və bərpası işləri” üzrə tədqiqat işləri çərçivəsində həmin zonalarda yerləşən tarixi abidələrin və binaların bərpası, rekonstruksiyası, möhkəmləndirilməsi və uyğunlaşması layihələri hazırlanmışdır. Birinci layihə çərçivəsində aşağıda qeyd olunmuş binaların layihəsinin hazırlanması nəzərədə tutulmuşdur:

  • Qala divarlarının bərpa və təmir işləri.
  •  Qalada yerləşən bir sıra binaların bərpa layihəsi
  • Xan Məscidi və Qəbirstanlığın əsaslı təmiri və bərpa işləri (məktəb və uşaq bağçası əlavə)
  • Şəkixanovların evi
  • Ağvarlar hamamı və başqaları.

Layihənin 70%-i artıq icra olunmuşdur
İkinci layihə çərçivəsində isə 60 qəzalı evin bərpa və rekonstruksiya cizgiləri işlənmişdir. Ölçmə və müayinə işləri aparıldıqdan sonra ərazidə yerləşən 60 ev fiksasiya edilib və rekonstruksiya layihələri işlənilmişdir. Layihə çərçivəsində Xınalıq kəndinin tarixi, mədəniyyəti və inşaat ənənələri tədqiq olunmuş, müvafiq tarixi arayış və kəndin renovasiyası üzrə tövsiyyələr hazırlanmışdır.  
27 sentyabr – 6 oktyabr tarixində Şərqi və Mərkəzi Asiyanın tarixi şəhərlərinin planlaşdırma və inkişaf problemlərinə həsr edilmiş III Beynəlxalq simpoziumunu AzMİU-da keçirildi. Bundan əlavə, laboratoriyanın əməkdaşları tədqiqatın əsas nəticələri barəsində dəfələrlə müxtəlif beynəlxalq konfranslarda məlumat vermişlər.
Layihələr zamanı çox sayda Respublika daxilində və xaricində nəşr olunmuş məqalələr, tezislər, kitablar, bukletlər və təqvimlər çap olunmuşdur. Adları qeyd olunan kitablar Azərbaycanın memarlıq abidələrinin tanınmasında mühüm rol oynayır və eyni zamanda dərslik kimi də istifadə olunur.

KİTABLAR və MƏQALƏLƏR

1.    Məmmədova G., Hacıyeva S., Abdullayev T. – «Kiş-Qafqaz Albaniyasının-Azərbaycanın görkəmli memarlıq abidəsi» XXI-YNE Bakı-2002
2.    Məmmədova G., Hacıyeva S., Abdullayev T. Ağamalıyeva Y. – «Şəki Memarlıq abidələri» Çaşıoğlu Bakı -2003
3.    Məmmədova G., Vaqif Aslan –«Kiş kəndi və onun məbədi» Çaşıoğlu Bakı -2003
4.    Məmmədova G., Hacıyeva S., Abdullayev T. “Nic-udilərin məbədi», Bakı- Çaşıoğlu, 2006
5.    Hacıyeva S. Architecture of the North- Western district of Azerbaijan. Study, analyses and the projects on restoration of the main architectural monuments Germany: LAP-Lambert Academic Publishing GmbH &Co. KG, 2011
6.    HacıyevaS.X. Аrxitektura Şeki- Zaqatalğskoy zonı Аzerbaydjana (istoriçeskaə levoberejnaə kavkazskaə Аlbaniə- severo-zapadnıy reqiona Аzerbaydjanskoy Respubliki) Bakı: Elm, 2011, ISBN 978-9952-453-07-2
7.    Məmmədova G.H., Hacıyeva S.X. Azərbaycan memarlıq tarixi. Qədim və orta əsrlər dövrü Azərbaycan memarlığı. I cild. Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi. 2013. 268 səh. (azərbaycan-rus və azərbaycan-ingilis dillərində)
8.    Məmmədova G.H., Hacıyeva S.X. Azərbaycan memarlıq irsi. Azərbaycanin şimal-qərb regionunun  memarliq abidələri. Bakı. “Şərq-Qərb” Nəşriyyat Evi. 2013. çapda.
 
Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.