Lisey
Azərbaycan Memarlıq və İnşaat Universitetinin
nəzdində fəaliyyət göstərən
Fizika-riyaziyyat təmayüllü lisey
Yaranma tarixi
AzMİU-nun nəzdində yaradılmış fizika-riyaziyyat təmayüllü lisey təbiət elmləri üzrə ixtisaslaşan VII-XI siniflər üçün nəzərdə tutulmuş və Təhsil Nazirliyinin 07 yanvar 1997-ci il 12 saylı əmrinə əsasən fəaliyyətə başlamışdır. 2001/2002-ci tədris ilindən fəaliyyətini müvəqqəti olaraq dayandırmış və Təhsil Nazirliyinin 19 yanvar 2005-ci il 46-03-214/17 saylı məktubuna və AzMİU-nun rektoru, professor G.H.Məmmədovanın iyun ayının 2005-ci il tarixli 212/t-d əmrinə əsasən fəaliyyətini bərpa etmişdir.
Məqsəd
Liseydə təhsil alan şagirdlərin potensial imkanlarını üzə çıxarmaq, onların gələcəkdə yiyələnəcəkləri ixtisasların sirlərinə bələd olmağa istiqamətləndirmək, Azərbaycan Respublikasının prezidentinin 17 aprel 2006-cı il tarixli 1414 aylı əmrinə uyğun olaraq onların yaradıcılıq potensialını artırmaq, texniki ali məktəblərinə o cümlədən Universitetimizə daha istehdadlı şagirdlərin qəbul olunmasında müstəsna rol oynamaqdır.
Tədrisin keyfiyyəti
Dərin bilik, bacarıq, yüksək əxlaqi dəyərlər zirvəsinə gedən yol təlimlən keçdiyindən liseydə universitetimizin ən təcrübəli müəllimləri fəaliyyət göstərirlər. Onlardan 8 nəfəri elmi adlara malikdirlər, ( 1 elmlər doktoru, 7 fəlsəfə üzrə doktor). Dərslərin aparılmasında müasir tələblərə cavab verən əyani vasitələrdən geniş istifadə olunur. Liseydə şagirdlərin ixtiyarında olan ayrıca kompyüter otağı yaradılmışdır. Şagirdlərimiz Respublika səviyyəli olimpiyadalarda, Universitetimizdə təşkil olunan yaradılcılıq sərgilərində fəal iştirak edirlər. Liseydə şagirdlərin yüksək təlimlə yanaşı onların vətənpərvərlik və estetik tərbiyələnmələrinə ciddi fikir verilir. Məzunlarımız Universitetimizə və digər universitetlərə yüksək ballarla qəbul olunurlar.
Liseyə qəbul: 2023-2024-cü tədris ili üçün qəbul qaydaları aşağıdakı məlumatda yerləşdirilib.
2023/2024-cü tədris ili üçün hazırda ümumtəhsil məktəbləri, lisey və gimnaziyalarda təhsil alan 6,7,8,9-cu sinif şagirdləri iştirak edə bilərlər.
Qəbul imtahanı 7 və 8-ci siniflər üçün tədris dili və riyaziyyat fənləri üzrə, 9 və 10-cu siniflər üçün isə tədris dili, riyaziyyat və fizika fənlərindən keçirilir.
Liseyə qəbul imtahanı aşağıdakı fənlər üzrə test üsulu ilə aparılır:
1) 7-ci sinfə qəbul:
- Tədris dili (Azərbaycan dili və ya rus dili) – 20 sual;
- Riyaziyyat – 30 sual.
2) 8-ci sinfə qəbul:
- Tədris dili (Azərbaycan dili və ya rus dili) – 25 sual;
- Riyaziyyat – 35 sual.
3) 9-cu sinfə qəbul:
- Tədris dili (Azərbaycan dili və ya rus dili) – 20 sual;
- Riyaziyyat– 20 sual;
- Fizika – 20 sual.
4) 10-cu sinfə qəbul:
- Tədris dili (Azərbaycan dili və ya rus dili) – 20 sual;
- Riyaziyyat – 20 sual;
- Fizika – 20 sual.
Qeyd edək ki, sənəd qəbulu mayın 15-dən iyunun 10-a kimi aparılacaq. Liseydə təhsil ödənişlidir və illik təhsil haqqı 1500 manat təşkil edir.
İmtahanda iştirak edəcək şagirdlər buraxılış vərəqi üçün iyun ayının 3-dən 7-nə kimi liseyə yaxınlaşmalıdırlar.
Lazım olan sənədlər:
- 2 ədəd 3x4 şəkil;
- şəxsiyyət vəsiqəsinin surəti.
Qəbul imtahanının keçiriləcəyi yer haqqında əvvəlcədən məlumat veriləcək.
Ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələri ilə əlaqə saxlaya bilərsiniz.
Tel: (012) 539 54 48
(055) 551 51 63
E-Mail: [email protected]