Əcnəbi tələbələrin təhsili dekanlığı
Universitetdə əcnəbi vətəndaşların təhsili 1976-cı ildən həyata keçirilir.
Bu müddət ərzində dünyanın 60-dək ölkəsindən 3000-ə yaxın əcnəbi vətəndaş universiteti bitirmişdir.
Əcnəbi tələbələrin təhsili dekanlığı öz fəaliyyətində Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi Əsasnaməyə istinad edərək əcnəbi vətəndaşların universitetə qəbulu, yerləşdirilməsi, qeydiyyatı, Miqrasiya Xidməti ilə bağlı müvafiq işləri görür, Beynəlxalq təşkilatlar və səfirliklərlə əməkdaşlıq edir, əcnəbi tələbələr üçün mədəni proqramlar təşkil edir.
Universitetdə təhsil alan əcnəbi tələbələr azərbaycanlı tələbələr üçün müəyyən olunmuş hüquq və təminatlardan istifadə etmək imkanına malikdirlər.
Universitetimizin zəngin kitabxanası və kitabxanadakı atmosfera və sistem tələbələri daha da əzmlə çalışmağa sövq edir (Library).
Universitetimizdə “İnşaat materialları”, “Abidələrin bərpası və mühafizəsi”, “Metal və ərintilər fizikası”, “Texnoloji maşın və avadanlıqların təkmilləşdirilməsi”, “Su təsərrüfatı və suyun ekologiyası”, “İnşaat materiallarında nanotexnologiyaların tətbiqi” adlı elmi-tədqiqat laboratoriyaları fəaliyyət göstərir ki, bu da laboratoriya dərslərinin təşkilində və tələbələrin elmi təcrübə aparmasında böyük rol oynayır.
Yeni təmir olunmuş yataqxana korpusu tələbələrin istifadəsinə verilmişdir. Yataqxanada kombi istilik sistemi qurulmuş,otaqlar tələbələrin rahat işləmələri üçün müasir mebel və avadanlıqla təchiz olunmuşdur. Yataqxana internet xətti ilə təmin olunmuş ,kompüter, idman.trenajor zalları tələbələrin istifadəsinə verilmişdir.Yataqxananın universitetin tədris korpuslarına yaxınlığı da tələbələr üçün çox əlverişlidir.
Əcnəbi tələbələrin yaşayış yeri ilə təmin olunması məqsədilə digər ATM-lərin boş qalan yerlərindən,özəl şirkətlərin kirayə evlərindən də istifadə olunur (univerium.az), (tələbə yataqxanası).
Dekanlıq tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsini təşkil edir. Universitet şəhərciyi, Tələbə klubları, Sosial fəaliyyət, İdman kompleksi.
Əcnəbi tələbələr universitetin ictimai–siyasi, sosial, iqtisadi və mədəni həyatında fəal iştirak edirlər, beynəlxalq tədbirlər, konfranslara qatılırlar (xəbərlər və tədbirlər).
Əcnəbi vətəndaşlar üçün TOOLBOX