Bizim şəhidlər

 Vətən müharibəsində şəhid olan tələbə və məzunlarımız!     

 Sentyabrın 27-dən başlayaraq Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq ordumuzun uğurlu əks-hücum əməliyyatları, xalqımızın 30 illik Qarabağ həsrəti Böyük Qələbə, işğal altındakı torpaqlarımızın azad edilməsi ilə başa çatdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz döyüş meydanında düşmənin dərsini verməklə yanaşı, dünyaya cəsarət, qorxmazlıq və vətənpərvərlik nümunəsi nümayiş etdirdi. Xalq-iqtidar birliyi bu tarixi qələbənin əsas özüllərindən biri oldu. Siyasət meydanında Ali Baş Komandan, ön cəbhədə rəşadətli ordumuz, mərd və qorxmaz xalqımızın inamı işğalçı dövlətin məğlubiyyətini boynuna almağa  məcbur etdi.
       44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu, sözün əsl mənasında, düşmənin sinəsinə çalın-çarpaz dağ çəkdi, düşməni tamamilə diz çökdürdü. Vətən oğulları öz canları, qanları bahasına torpaqlarımızı düşmən əsarətindən azad etdi. Bu Qurtuluş savaşında qəhrəmancasına şəhid olanlar, qazi adı qazananlar da oldu. 
         Vətən uğrunda ölmək, şəhadətə yüksəlmək ölümlərin ən şərəflisidir. Vətən müharibəsində şəhid olan, öz şəhidlikləri ilə bizə qələbə bəxş edən 2783 zəfər şəhidi içində Azərbaycan Memarlıq və İnşaat Universiteti, eləcə də  nəzdindəki İnşaat Kollecinin məzun tələbələri də xüsusi ilə seçildi.  Qorxubilməz və ölümün gözünə dik baxan  21  məzunumuz   əməlləri ilə hər kəsin başını uca etdi, qəhrəmanlıqları ölkəyə yayıldı. Canından artıq sevdikləri Vətən uğrunda, torpaq uğrunda şəhidlik zirvəsinə ucaldılar. Onları tanımaq hər birimizin borcudur.
        AzMİU kollektivi olaraq biz də canını torpaqlarımız  uğrunda fəda edən mərd və cəsur Azərbaycan oğullarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik! 

Vətən müharibəsində şəhid olmuş tələbə və məzunlarımızı tanıyaq


RAMİL  AĞAYEV 
Ramil Ağarəhim oğlu Ağayev  1994-cü il  sentyabrın 20-də Sabirabad rayonunda anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin 162a qrupunu bitirib. 2016-cı ildə Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb. Vətən borcunu layiqli başa vurduqdan sonra Abşeron rayon İcra Hakimiyyətində baş mütəxəssis vəzifəsində çalışıb. Vətən Müharibəsi başlayanda Ramil də digər İgid Azərbaycan oğulları kimi  torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılıb. Döyüşlərdə böyük şücaət göstərən Ramil oktyabrın 13-də Hadrut uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Ramil Ağayev ölümündən sonra  “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarıı ilə təltif edilib.

ZAUR  DÖVLƏTOV 
Zaur Zahir oğlu Dövlətov 1995-ci il martın 9-da anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsinin 203r qrupunu bitirib. 2-ci Qarabağ müharibəsinə könüllü olaraq qatılıb. Füzuli, Hadrut, Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Zaur Dövlətov ölümündən sonra  “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

İSMAYIL  KƏRİMLİ
İsmayıl Ceyhun oğlu Kərimli 1997-ci il oktyabrın 10-da Bakı şəhərində anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin  Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin 325r qrupunun məzunu olub. 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi  xidmət keçib. Vətən müharibəsi başlayan zaman könüllü orduya yazılıb, Hadrut, Şuşanın Daşaltı kəndi uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Noyabrın 3-də Daşaltı istiqamətində döyüş yoldaşlarını xilas edən zaman ağır yaralanıb və şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə  İsmayıl Kərimli ölümündən sonra "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.


SAMİR  XƏLİLİ
Samir Əhməd oğlu Ağayev 1997-ci il sentyabrın 6-da Bakı Şəhərində anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Su təssərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin 304a4 qrup məzunu olub. 2018-ci ildə  universiteti bitib, hərbi xidmətə yollanıb. Hərbi xidmətdən qayıtdıqdan sonra polis orqanlarında işə qəbul olunub. Tovuz hadisələrindən sonra o da digər igid oğullarımız kimi könüllü olaraq hərbi xidmətə yazılıb. Oktyabrın 1-də Füzuli istiqamətində gedən ağır döyüşlərdə şəhid olub. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə  Samir Xəlilli ölümündən sonra "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

NURLAN  ZEYNALOV 
Nurlan Rafael oğlu Zeynalov 1989-cu il noyabrın 25-də Sabirabad rayonunda anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin 357a1 qrupunu bitirib. Universiteti müvəffəqiyyətlə bitirdikdən sonra  hərbi xidmətə yollanıb. Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində kursları uğurla başa vurub, ehtiyatda olan zabit kimi tərxis alıb. Müdafiə Sənaye Nazirliyinin Milli Aerokosmik Agentliyinin institutlarının birində kadr şöbəsinə müdir təyin edilib. 
Vətən müharibəsi başlayanda baş leytenant kimi Gəncədəki hərbi hissələrdən birinə rota komandiri təyin olunur. Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralansa da,  yenidən cəbhəyə can atır. Bu dəfə o, Xocavənd uğrunda gedən döyüşlərdə rota kamandiri kimi xüsusi ilə fərqlənir. Döyüşdə göstərdiyi böyük şücaətə görə məzunumuz baş leytenant rütbəsindən kapitan rütbəsinə yüksəlib. Noyabrın 9-da Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 
Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Nurlan Zeynalov ölümündən sonra “İgidliyə görə”, “Vətən Uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. 

RAFİQ  HEYDƏROV 
Rafiq Rahim oğlu Heydərov 1995-ci il iyul ayının 1-də Bakı şəhərində anadan olub.  Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin məzunu olub. Universiteti bitirdikdən sonra “ASK Ayaqqabı Fabriki” MMC-də işə başlayıb. 29 sentyabrda səfərbərliyə çağrılıb. Füzuli, Hadrut, Cəbrayıl, Xocavənd istiqamətində  gedən ağır döyüşlərdə iştirak edib. Oktyabrın 14-də Füzuli-Cəbrayıl azad olunması uğrunda gedən döyüşlərdə  qəhrəmancasına şəhadətə yüksəlib.   
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Rafiq Heydərov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. 

KƏMALƏDDİN  MƏMMƏDZADƏ 
Kəmaləddin Vüqar oğlu Məmmədzadə  1999-cu il sentyabrın 14-də Bakı şəhərində anadan olub.  2017-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin  Nəqliyyat fakültəsinə Geodeziya və Xəritəçilik mühəndisliyi ixtisasına  daxil olub. 2-ci kursda oxuyarkən təhsilini dondurub, hərbi xidmətə yollanıb.  Vətən müharibəsi başlayanda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Noyabrın 8-i döyüşün 44-cü günü Şuşa şəhərindən Xankəndi şəhərinə giriş edərkən səhər saat 05:00-da boynundan snayperlə vurularaq qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Kəmaləddin Məmmədzadə ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”,  “Cəsur döyüşçü” “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

ELTAC  ƏLİZADƏ
Eltac İsmayil oğlu Əlizadə  15 oktyabr 1996-cı ildə Tovuzda anadan olub.  Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin 484a qrup məzunu olub. Hərbi xidməti bitirdikdən sonra “Kristal Abseron” tikinti şirkətində mühafizəçi kimi fəaliyyətə başlayıb.  Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatı baş verdikdən sonra könüllü  orduya yazılıb. Vətən Müharibəsinin ilk günündən döyüşlərdə olub, sərrast pulemyotçu kimi  cəbhənin müxtəlif istiqamətlərində düşmənə ağır zərbələr endirib. Füzuli, Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşüb 27 oktyabr 2020-ci ildə şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə “Döyüşdə fərqlənməyə görə”, "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

ELSƏVƏR  ƏHƏDZADƏ 
Elsevər Ağacan oğlu Əhədzadə 1995-ci il iyun ayının 3-də  Bakı şəhərində anadan olub. 2012-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat-texnologiya fakültəsinin  Tikinti materialları və məmulatlarının texnologiyası ixtisasına qəbul olub.   2016-cı ildə AzMİU-nu bitirən Elsevər hərbi xidmətə yollanır. Tovuz rayonu Əlibəyli kəndində N saylı hərbi hissədə xidmət edir. Vətən müharibəsi başlayanda bir çox vətənpərvər gəncimiz kimi könüllü müharibəyə yollanır. Döyüş yolu Füzulidən başlayır,  Füzulinin kəndləri, strateji yüksəklikləri istiqamətindəə olan döyüşlərdə iştirak edib.  Oktyabrın 24-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.      
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Füzulinin azad olunmasına görə” və  "Vətən uğrunda" medalları ilə təltif edilib.

RAUF İBADOV 
 Rauf Məhərrəm oğlu İbadov 4 may 1996-cı ildə Abşeron rayonu Saray qəsəbəsində anadan olub. 2013-2017-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat-texnologiya fakültəsinin 673a qrupunda oxuyub. Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2020-ci ilin iyulunda  Tovuz döyüşləri zamanı Hərbi Komisarlıqda könüllü olaraq qeydiyyata düşüb. Oktyabrın 7-də cəbhəyə yola düşüb,  ilk gündən Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı cəbhələrində böyük qəhrəmanlıq göstərib. Oktyabrın 23-də Laçın dəhlizi ərazisində gedən döyüşlərdə qəhramancasına şəhid olub. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra  "Vətən Uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzilinin azad olunmasına görə" medalları və Fəxri Fərmanla təltif olunub. 

OSMAN  CƏFƏROV 
Osman Elsever oğlu Cəfərov 1998-ci il iyunun 17-də İmişli rayonunun 32- lər kəndində anadan olub. 2016-ci ildə Azərbaycan Memarlıq və İnşaaat Universitetinin  Tikinti-iqtisad fakültəsinin 746a3 qrupunda təhsil alıb. Vətən müharibəsi başlayanda digər İgid Azərbaycan oğulları kimi  torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılıb,  Cəbrayıl və Qubadlının alınmasında iştirak edib.  Noyabr ayının 4-də Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. 
Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə  “Vətən Uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə", “Laçının azad olunmasına görə”medalları ilə təltif edilib.
   
SƏMURAL  FƏTƏLİYEV 
Səmural Ayaz oğlu   Fətəliyev 1997-ci il martın 13-də Qubanın Əlibəyqışlaq kəndində anadan olub. 2014-cü ildə  Azərbaycan Memarlıq  və İnşaat Universitetinin Tikinti-iqtisad fakültəsinin 744a4 qrupunda təhsil alıb. Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb, hərbi xidmətdən sonra SOCAR-ın Təhlükəsizlik İdarəsində çalışıb.  Vətən müharibəsi başlayanda könüllü hərbi xidmətə yollanıb.  Füzulinin kəndlərinin və strateji yüksəkliklərinin azad edilməsi istiqamətində böyük şücaətlə vuruşub.  Oktyabrın 5-də əks-hücum əməliyyatlarının birində düşmən mərmisinin partlaması nəticəsində döyüş meydanında şəhadətə yüksəlib. 
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş komandanı İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”,  “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

KƏNAN  HƏSƏNOV
Kanan Elşad oğlu Həsənov 1997-ci ildə  sentyabrın 16-da Salyan rayonunun Arxarası kəndində anadan olub. 2014-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin  Mexanika informasiya texnologiyaları fakültəsinin  884a qrupunda oxuyub. 2018-ci ildə hərbi xidmətə yollanıb. 2-ci Qarabağ müharibəsi zamanı çox böyük igidliklər göstərib. Talış kənd, Tapqaraqoyunlu, Kəlbəcər, Laçın, Hadrut və Suqovuşan uğrunda gedən döyüşlərin birbaşa iştirakçısı olub. 11 oktyabr 2020-ci ildə Suqovuşan istiqamatində erməni postuna hücum zamanı  şəhidlik zirvəsinə yüksəlib.  
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə  Kənan Həsənov ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

ELNUR  ŞİRİNZADƏ 
Elnur Xaliqverdi oğlu Şirinzadə  1998-ci il  fevralın 10-da Yevlax rayonunda anadan olub. Subbakalavr kimi Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika və informasiya texnologiyaları fakültəsinə qəbul olub. Lakin tələbə kimi əmri verilmədən hərbi xidmətə yollanıb.  44 günlük Vətən Müharibəsinə könüllü yollanıb, döyüşlərdə böyük şücaət göstərib. Oktyabrın 7-də Suqovuşan istiqamətində gərgin keçən döyüşdə şəhid olub.      
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Elnur Şirinzadə ölümündən sonra  “Suqovuşanın azad olunmasına görə” və  "Vətən uğrunda" medalları ilə təltif edilib.

EMİN  QƏDİROV 
Emin Asif oğlu Qədirov 1995-ci il aprelin 25-də Zirə qəsəbəsində  anadan olub. 2013-2017-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika və informasiya texnologiyaları fakültəsinin 893a qrupunda təhsil alıb. Təhsilini başa vurduqdan sonra  hərbi xidmətə yollanıb. Hərbi xidmətdən qayıtdıqdan sonra  “Papa Johns” pizza restoranlar şəbəkəsində menecer kimi çalışıb. 
Tovuz hadisələrindən sonra könüllü olaraq hərbi xidmətə yazılıb. Əks hücum əməliyyatı başlayan zaman cəhbəyə yollanıb,  Füzuli istiqamətində döyüşlərə qatılıb. Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində döyüşlərdə iştirak edib. Qubadlı uğrunda gərgin keçən döyüşlərin birində şəhidlik zirvəsinə yüksəlib. Oktyabrın 21-də Füzulinin Gecəgözlü kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. 
Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin sərəncamı ilə Emin Qədirov ölümündən sonra  “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

AZAD  BƏKİRLİ 
Azad Rasim oğlu Bəkirli 1992-ci il sentyabrın 27-də Bakı şəhərində anadan olub. 2010-2014-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika və informasiya texnologiyaları fakültəsinin 840a2 qrupunda oxuyub. Hərbi xidmətini bitirdikdən sonra Bakı metropolitenində və "SOCAR Polymer" şirkətində çalışıb. Tovuz döyüşlərindən sonra könüllü şəkildə qeydiyyata yazılıb, Vətən müharibəsində iştirak edib. Cəbrayıl və Füzuli rayonları uğrunda gedən döyüşlərdə şücaət göstərib, oktyabrın 21-də Füzulinin Gecəgözlü kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. 
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Azad Bəkirli ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin alınmasına görə” və  “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

RAFAEL  MAİLOV
Rafael İlqar oğlu Mailov 1994-cü il aprelin 16-da  Bakı şəhərində anadan olub. 2012-2016-cı illərdə  Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika və informasiya texnologiyaları fakültəsinin 841r qrupunda təhsil alıb.  Könüllü olaraq Vətən müharibəsində iştirak edib. Füzuli və Cəbrayılda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub. Oktyabrın 14-də  Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsiznə ucalıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Rafael Mailov ölümündən sonra “Vətən uğrunda”  və “Xocavəndin azad olun masına görə” medalları ilə təltif edilib.

QOŞQAR  ÖMƏROV 
Qoşqar Səxavət oğlu Ömərov 1994-cü il  fevralın  9-da Kürdəmir rayonunun Şilyan (Qarasu) kəndində anadan olub. 2011-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin  riyaziyyat-informatika fakültəsinə daxil olub. 2015-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində İnformasiya texnologiyaları ixtisası üzrə magistraturaya daxil olsa da, hərbi xidmətə yola düşüb. 2016-2018-ci illərdə magistr təhsili alıb. 2018-ci ildə Masazır kənd 5 nömrəli tam orta  məktəbdə  riyaziyyat müəllimi kimi  pedaqoji fəaliyyətə başlayıb. 
Vətən müharibəsi başlayanda Ordu sıralarına daxil olub. 27 sentyabrda Füzuli cəbhəsindən müharibəyə qatılıb, döyüşlərdə xüsusi fəallığı və igidliyi ilə seçilib. Noyabrın 4-də Şuşanın Daşaltı kəndi ətrafında gedən döyüşlərdə şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Qoşqar Ömərov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”,  “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

ELÇİN HƏSƏNLİ
Elçin Vaqif oğlu Həsənli 1993-cü il iyunun 16-da Ağstafa rayonunda anadan olub. 2010–2014-cü illərdə Azərbaycan Texniki Universitetində təhsil alıb, 2015–2017-ci illərdə həmin universitetdə magistratura pilləsi üzrə oxuyub. Şirvan şəhərində mühəndis işləyib. 2017-ci ildə İtaliyanın Roma şəhərində UNİNETTİNO Universitetində “Bərpa olunan enerji qaynaqları” üzrə kursda iştirak edib, sertifikat alıb. 2018-ci ildə “Azərişıq” ASC Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin Salyan Elektrik Şəbəkəsində paylayıcı şəbəkə sahəsi üzrə mühəndisi olub,  Sabirabadda “ASAN Xidmət”in əməkdaşı kimi çalışıb.

AzMİU-nun nəzdindəki İnşaat Kollecinin Vətən müharibəsində şəhid olan tələbə və məzunları


CAVANŞİR  ƏHMƏDOV 
Cavanşir Xeyrulla oğlu Əhmədov 1999-cu il  noyabrın 12-də  Qaradağ rayonu Ələt qəsəbəsində anadan olub. 2016-cı ildə orta məktəbi bitirərək, İnşaat Kollecində təhsilini davam etdirib. Hərbiyə olan marağı onu atıcılıq kurslarına da yazılmağa sövq edib. 2020-ci ilin iyul ayında isə kolleci mühəndislik ixtisası üzrə bitrərək, hərbi xidmətə yollanıb.
Müharibə başlayan ilk gündən Xüsusi Təyinatlı Qüvvələrin əsgəri kimi ön cəbhədə vuruşub, Murovdağ zirvəsinin, Cəbrayıl, Zəngilan rayonlarının və Hadrut qəsəbəsinin düşməndən azad olunmasında fəal iştirak edib. Xocavənd döyüşlərində iştirak edib və 15 oktyabr tarixində şəhid olub. 
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Cavanşir Əhmədov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə"  medalları ilə təltif edilib.

XƏYAL  HƏSƏNOV 
Xəyal Əliyulla oğlu Həsənov 1998-ci il noyabrın 30-da Şabran şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra İnşaat Kollecinə daxil olub. Sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı könüllü xidmətə yollanıb.  Xüsusi Təyinatlı Qüvvələrin əsgəri kimi Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Həsənov oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub..
 Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Xəyal Həsənov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və  “Füzulinin azad olunmasına görə”  medalları ilə təltif edilib.
        
ZAHİD  ZAİRLİ
Zahid Azad oğlu Zairli 2000-ci il mayın 10-da Yardımlı rayonunun Dəlləli kəndində anadan olub. 2015-2019-cu illərdə  İnşaat Kollecində təhsil alıb.  2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 
Snayperçi kimi  Vətən müharibəsi zamanı Murovdağ, Suqovuşan, Hadrut, Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 8-də Cəbrayıl döyüşlərində əsgər yoldaşlarını xilas edən zaman şəhid olub. 
 Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Zahid Zairli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

NAHİD  MƏMMƏDOV 
Nahid Vahid oğlu Məmmədov 1996-cı il iyunun 11-də Xəzər rayonunun Binə qəsəbəsində anadan olub.  2012-2014-cü illərdə  İnşaat Kollecində təhsil alıb. 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
 Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 14-də Suqovuşan istiqamətində gedən döyüşlərdə  şəhid olub. 
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Nahid Məmmədov ölümündən sonra Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

NİYAMƏDDİN SULTANZADƏ
 Niyaməddin Hüsaməddin oğlu Sultanzadə 1998-ci il  sentyabrın 10-da Masallı şəhərində anadan olub. 2016-cı ildə İnşaat Kollecində oxuyub, təhsilini yarımçıq qoyub. 2019-cu ildə Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinə daxil olub. 2018-ci ildə 3 saylı Regional Su Kanal İdarəsinin Masallı su kanal sahəsində xlorator su təmizləyici qurğularının operator peşəsi üzrə çalışıb. 
2016-2018-ci illərdə hərbi xidmətdə olub, II kursda oxuyanda Vətən müharibəsinə könüllü qoşulub.  Cəbrayıl, Füzuli və Qubadlı rayonlarında düşmən hücumunun qarşısının alınmasında şücaət göstərib. 31 oktyabr 2020-ci il tarixində Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Niyaməddin Sultanzadə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. 
Doktorantura pilləsi üzrə təhsilinə isə 2019-cu ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində başlayıb. 
2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. 
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Elçin Həsənli ölümündən sonra “Vətən uğrunda”,  “Cəsur döyüşçü” və  “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. 

20 yanvar faciəsi


      Azərbaycan xalqının tarixinə qanlı yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi səkkiz il keçir. Sovet dövlətinin hərb maşınının həmin gün həyata keçirdiyi hərbi təcavüz tarixdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qaldı. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
      20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Bu, uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

      1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə gözü dönmüş Sovet tankları Bakıya yeridildi. Sovet qoşunları Bakıda silahsız mülki vətəndaşlara qarşı hücuma keçməzdən əvvəl o dövrdə yeganə telekanal olan Azərbaycan Dövlət Televiziyasının enerji blokunu partlatdı. Xalqı televiziyasız qoyan, informasiyadan uzaq tutan mənfur ordu ən müasir silahlardan istifadə edərək dinc, əliyalın əhaliyə divan tutdu. Həmin gecədə əliyalın, silahsız insanlar Sovet tanklarına meydan oxudular, Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda sinələrini siper edərək tanklar qarşısına çıxdılar. Meydanlara axışan, dünyadan xəbərsiz, Sovet ordusunun qüdrətinə, dinc insanlara atəş atmayacaqları yalanına inanan onlarla insan qətlə yetirildi, yaralandı, şikəst oldu. Beləliklə, Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq səlnaməsinə daha bir parlaq səhifə yazdı, ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirdilər. Faciədən sonrakı tarixi proseslər xalqımızın siyasi iradəsinin, müstəqillik arzularının yenilməzliyini bir daha təsdiqlədi.
      Xalqımız milli qəhrəmanlıq ənənələrinə sadiq qalaraq Vətən uğrunda şəhid vermək qüdrətinin olduğunu bir daha bütün dünyaya göstərdi. Həmin gecə qətliamın qarşısını almaq, ədalətsizliyə etiraz etmək üçün neçə-neçə mərd oğul və qızlarımız gözü dönmüş Sovet qoşununa qarşı gələrək düşmən gülləsinin qurbanı oldu. Belə vətənpərvər, qeyrətli oğullar arasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin 4 tələbəsi də var idi. Gəlin onları tanıyaq.
Bizim şəhidlər
Babayev Fuad Yavər oğlu      
Babayev Fuad Yavər oğlu - 14 avqust 1967-ci ildə Bakı şəhərində anadan olub, Bakı şəhəri 54 saylı orta məktəbi bitirib. 1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Tikinti-iqtisad fakültəsinə daxil olub. 1985-1987- ci illərdə Çexoslovakiyada hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vuraraq instituta qayıdan Fuad Babayev təhsilini yenidən davam etdirib. İnstitutda təhsil aldığı müddət ərzində intizamlı, savadlı və vətənpərvər gənc kimi digər tələbələrdən fərqlənib. Qanlı yanvar gecəsi institutun hələ IV-cü kursunda təhsil alan Fuad Babayev “azadlıq” qışqıran izdihamın üzərinə tanklarla gələn Sovet qoşunlarına qarşı sinəsini sipər edir. Bakının keçmiş XI Qızıl Ordu meydanına toplaşan kütləni sovet əsgərləri gülləbarana tutur. Kütləyə qarşı yönələn bu amansız addım nəticəsində atılan güllələrdən bir neçəsi Fuad Babayevə tuş gəlir və o, həmin gecə şəhadət zirvəsinə yüksəlir. 2 gün sonra onun meyidi tapılaraq Şəhidlər Xiyabanında dəfn olunur.


Qayıbov Ələsgər Yusif oğlu       
Qayıbov Ələsgər Yusif oğlu - 15 mart 1966-cı ildə Gürcüstan Respublikası Borçalı mahalının Qaraçöp kəndində
anadan olub.1983-cü ildə orta məktəbi bitirib, hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra 1988-ci ildə AzİMİ-nin Yol-inşaat fakültəsinə qəbul olub. 20 Yanvar hadisələri baş verəndə gənc Ələsgər universitetin II-ci kursunda təhsil alırdı. Millətimizə qarşı yönələn bu amansız qətliamın qarşısını almaq üçün o da yaşıdları kimi meydanlara atılmışdı. Həmin gecə Ələsgər Qayıbov Sovet qoşununun atdığı güllələrə tuş gələn yaralıların xəstəxanalara çatdırılmasında yaxından köməklik göstərirdi. Lakin gecənin amansız təlatümündə nakam tələbəmiz xalqımızın azadlıq əzminin məhv olmasına yönəlmiş ədalətsizliyin qurbanı oldu, amansız güllələrə tuş gəldi.

 

Əliyev Bayram Mədət oğlu
      Əliyev Bayram Mədət oğlu -1950-ci ildə Qərbi Azərbaycanın Kalinino rayonunun Qızıldaş kəndində anadan olub. İlməzli orta məktəbini bitirdikdən sonra Bakıya gəlib sənədlərini Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna verib . İnstitutu bitirdikdən sonra Bayram 1990-cı ildə ali təhsilli gənc kimi Ev tikmə kombinatında iş icraçısı vəzifəsində çalışıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə hamı kimi o da meydanlarda idi. Həmin gecədə o da digər şəhidlərimiz kimi baş verən qəddarlığın qurbanı oldu və Sovet silahlarından atılan güllələrə tuş gələrək, şəhidlik zirvəsinə yüksəldi. Bayram 20 yanvar şəhidləri kimi Şəhidlər Xiyabanında dəfn olunub.

 

Muradov Mehman Əsəd oğlu       
Muradov Mehman Əsəd oğlu -1961-ci ildə Göyçay rayonunda anadan olub, 3 saylı orta məktəbi fərqlənmə ilə bitirib. 1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitunun Sənaye və mülkü tikintisi fakültəsinə daxil olub. Təhsilini yarımçıq dayandıraraq 1979-cu ildən 1981-ci ilədək hərbi xidmətə yollanıb. Hərbi xidmətdən qayıtdıqdan sonra təhsilini davam etdirib.1987-ci ildə Mehman Muradov institutu bitirərək işləməyə başlayıb. 1990-cı ilin yanvar hadisələrində vətənpərvər gənc olaraq o da meydanlarda haqq səsini ucaldır,Sovet ordusunun dinc insanlara qarşı yönəltdiyi güllə yağışına tuş gəlir. Azadlığa gedən yolda şəhadət zirvəsinə yüksələn Mehman Göyçay rayonunda dəfn olunur.
      Hər il yanvarın 20-də ölkə başçısı İlham Əliyev, dövlət orqanlarının, yerli və xarici təşkilatların əməkdaşları, xalqımız Şəhidlər xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur, şəhidlərimizin xatirəsini ehtiramla yad edillər.
      1991-ci il yanvarın 19-da isə ilk dəfə Azərbaycan İnşaat Mühəndisləri İnstitunun şəhid tələbələri Fuad Babayev və Ələsgər Qayıbovun institutda şəkillərindən ibarət xatirə lövhəsi yaradıldı. Daha sonra azadlıq mübarizəsinin şanlı səhifələri Qarabağ müharibəsinin qanlı qadalı illərinə şahidlik etdi. İnstitutun vətənpərvər, mərd gəncləri təhsillərini yarıda qoyaraq müharibəyə yollandılar. Ağır keçən o dövrlərdə institut neçə-neçə şəhid tələbələrinin xəbərlərini aldı.
      Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Əməkdar memar, professor Gülçöhrə Məmmədovanın təşəbbüsü ilə universitetin şəhid tələbə və məzunlarının xatirələrini əbədiləşdirmək məqsədi ilə universitetin əsas korpusunun birinci mərtəbəsində “Qəhrəmanlar güşəsi” yenidən qurulmuşdur.
 

 

 

 

                               

 

































































































Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.