Muzey

Heyder Əliyev Muzeyi
     Ulu öndərin anım günü ərəfəsində - 2013-cü il dekabr ayının 11-də Azərbaycan Memarlıq və İnşaat Universitetində Heydər Əliyev Muzeyinin açılışı olmuşdur.  Ümummilli liderin xatirəsinə dərin ehtiramın ifadəsi olan Muzey forma və məzunun orjinallığı ilə seçilir. Ulu öndərin burada toplanmış memarlıq və inşaat sahələrində gördüyü işləri əks etdirən sənədlər, foto və video materiallar elektron vasitələrlə təqdim olunur. 
    Muzeydə 4 ədəd interaktiv monitor qurulmuşdur. Monitorlarda əks olunan irimiqyaslı layihələrin həyata keçirilməsində Heydər Əliyev şəxsən iştirak etmişdir. Muzeyin tərtibatinda interaktiv lövhələrdən ona görə istifadə olunur ki, yeni materiallar daim həmin lövhələrdə öz əksini tapsın. Monitorlardakı materiallar ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə 1969-1980-ci və 1993-2003-cü illərdə həyata keçirilən böyük tikinti işlərini və Heydər Əliyev siyasi kursunun laiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş layihələri əks etdirir.
       Ümummilli liderin həyat və fəaliyyətini ictimayyətin geniş təbəqələrinə, xüsusən də yeniyetmə və gənclərə öyrədilməsi isdiqamətində Azərbaycan Memarlıq və İnşaat Universitetinin Heydər Əliyev Muzeyində konkiret işlər görülür. Muzeydə “Gənc nəslin formalaşdırılmasında Heydər Əliyevin rolu”, Ümummilli lider Heydər Əliyevin müsdəqil Azərbaycan dövlətçiliyində rolu”,  və digər mövzularda Yasamal rayon ziyalı və ağsaqqallarının, o cümlədən müəllimlərin iştirakı ikə tədbirlər keçirilir, söhbətlər aparılır, orta məktəb və lisey şagirdlər, Universitetdə təhsil alan tələbə-gənclər tez-tez muzeyə gəlir, burada dahi rəhbərin həyat və fəaliyyətini, zəngin irsini əks etdirən videomatiriallarla tanış olurlar.
       Muzeyin direktoru Gülmira Məmmədova buraya gələn gənclərə ulu öndərin həm sovet dövründəki, həm də Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi ilk illərdəki fəaliyyətindən ətraflı məlumat verir. Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən sənədlər, irimiqyaslı quruculuq layihələri, foto və video materiallar elektron lövhələrlə, interaktiv formada tələbə, şagird və müəllimlərə çatdırılır. 
      Heydər Əliyev Muzeyi AzMİU-da təhsil alan tələbə gənclərin ulu öndərin zəngin irsinin öyrədilməsi baxımından mühüm rol oynayır. Ümummilli liderin memarlıq və inşaat sahəsində genişmiqyaslı fəaliyyətinin gənc nəslə çatdırılmasında, əhatəli təbliğ olunmasında Heydər Əliyev Muzeyinin böyük rolu vardır.
 

AzMİU-nun Tarixi Muzeyi

Azərbaycan Memarlıq və İnsaat Universitetinin yaradılmasının 25 illik yubileyi münasibətiilə 2000 – ci ilin fevralında universitetin rektoru, memarlıq doktoru,  Beynəlxalq Elmlər Akademiyasının akademiki, millət vəkili, professor Gülçöhrə xanım Məmmədovanın təşəbbüsü ilə Universitetin Tarixi Muzeyi və Sərgi salonu yaradılmışdır.Universitetimiz böyük və şərəfli yol keçmiş, respublika iqtisadiyyatının inkişafında yüksək ixtisaslı memar və inşaatçı kadrların hazırlanmasında önəmli rol oynamışdır.
 Muzeyin iki guşəsi ümummilli liderimiz Heydər Əliyevin respublikada təhsilin inkişafı, tikinti, quruculuq və abadlıq işləri ilə bağlı həyat fəaliyyətinə həsr edilmişdir. 

        Ümumiyyətlə, muzey 12 güşədən ibarətdir. Burada Universitetin tarixini, keçdiyi şanlı yolu əks etdirən sənədlər, universitetin nəşrləri barədə əyani vəsaitlər, tədris müəssisəsinin yarandığı gündən ona rəhbərlik etmiş rektorlar haqqında məlumat və onların portretləri, ayrı-ayrı illərdə AzMİU-da işləmiş alim, müəllim və görkəmli inşaatçı, memar, sənət adamları haqqında məlumatlar, onların elmi-tədqiqat işlərindən bəhs edən sənədlər, əlyazmalar, ixtira və səmərələşdirici təkliflər, elmi əsərlər toplusu, monoqrafiyalar, fotomateriallar, qəzet, jurnal məqalələri, müxtəlif suvenirlər, albomlar, video kasetlər, disklər, maketlər, muzeyə bağışlanan hədiyyələr və s. toplanib nümayiş etdirilir.


Muzeydə bundan başqa universitetin tarixi güşəsi, universitetin fəxri doktoru, Türkiyənin eks prezidenti Süleyman Dəmirələ həsr edilmiş bölmə, universitetimizi bitirmiş adlı-sanlı məzunlar, Azərbaycanın dövlət, elm və mədəniyyət xadimləri  (S.Dadaşov, M.Hüseynov, K.Bağırov, H.Həsənov), qabaqcıl müəllimlər, Böyük Vətən müharibəsi veteranları, Əfqanıstan döyüşçüləri, 20 Yanvar hadisələrində şəhid olmuş tələbələrimiz ( Ə.Y.Qayıbov, F.Y.Babayev, M.Ə.Muradov, B.M.Əliyev),  Qarabağ uğrunda gedən döyüşlərdə həlak olmuş şəhid, əlil və veteranları (universitet bu müharibədə 50-dən çox müəllim və tələbə itirib, həlak olub) onlardan 7-nəfərinə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib (Ç.F.Mustafayev, R.B.Qənbərov, K.Ə.Mirzəyev, B.T.Ağayev, M.İ.Rüstəmov, K.B.Nəsibov, E.S.Hüseynov) muzeydə onlara həsr edilmiş şəhidlər güşəsi təşkil edilmişdir. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib şəhid olmuş tələbə və müəllimlərimizə məxsus olan əşyalar, materiallar burada nümayiş etdirilir.Toplanmış materiallar əsasında 19 Yanvar 2001-ci ildə universitetin I saylı tədris binasının foyesində Şəhidlər guşəsi, 2 aprel 2007-ci ildə isə Memarlıq fakültəsində III saylı tədris binasının foyesində memar, şair, Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhid tələbəmiz Fuad Qərib oğlu Əsədova həsr edilmlş qarelyef açılmışdır. 2012-ci il yanvarın 19-da 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr edilmiş mərasimdə isə universitetin 1 saylı tədris binasının foyesindəki "Şəhidlərin xatirə guşəsi"nin binanın əsaslı təmirindən sonra yeni tərtibatda açılışı olmuşdur. Şəhidlik zirvəsinə ucalan tələbələrimizin əziz xatirəsi daim anılır.Onların ailə üzvüləri və cəbhə yoldaşları ilə görüşlər keçirilir, məzarları ziyarət olunur.
Muzeydə ayrı-ayrı fakültələrin inkişaf yolu, tələbə şəhərciyi, əcnəbi tələbələrin həyatı, onların istirahəti, tələbə inşaat dəstələri, tələbə gənclər təşkilatı, müəllim və tələbələrimizin beynəlxalq əlaqələri, konfranslar, simpoziumlar haqqında informasiyalar da nümayiş etdirilir.
Muzeydə “Tanınmış səyyah, tarixçi və etnoqraf Tur Heyerdal və AzMiU”, universitetin elmi şurası, kitabxanamız, “İnşaatçı kadrlar” qəzeti, ictimai təşkilatlar- Həmkarlar təşkilatı, Qadınlar Şurası, Veteranlar Şurası güşələri də nümayiş etdirilir.





      

 

 

 

 

         Onu da qeyd etmək lazımdır ki, muzey fəaliyyətə başladığı gündən onlarca maraqlı tədbirlər, görüşlər, sərgilər keçirmişdir.
Universitetdə bədən tərbiyyəsi və idman yüksək səviyyədə inkişaf etmişdir. Bunu  tələbələrimizin beynəlxalq yarışlarda qızıl, gümüş medalların, kubokların qazanması da sübüt edir. Muzeydə tələbələrimizin qazandığı mükafatlar, fəxri fərmanlar, diplomlar, kuboklar nümayiş etdirilir.

     Muzeyin nəzdində Sərgi salonu fəaliyyət göstərir. Sərgi salonunda Universitetin əməkdaşlarının və təhsil alan tələbələrinin, magistrlərin, elmi işçilərin qrafiki, dizayn, şəhərsalma, qədimi memarlıq abidələrin bərpası, landşaft memarlığı, yeni tikililər, isdilik-qaz təchizatı, tunellər, körpülər və s. layihə işləri, maketlər, heykəltəraşlıq, rəsm və əl işləri, xarici səfərlərlə bağlı layihələr nümayiş etdirilir.
    YUNESKO-nun dünya irsi siyahısına daxil edilmiş “İçəri – Şəhər” Dövlət Tarixi Memarlıq Qoruğu, Qobustan Dövlət Tarixi Bədii Qoruğu, “Atəşgah məbədi” kompleksi, qalalar, karvansaraylar və s. əhəmiyyətli abidələr tələbələrimizin gözü ilə adlı layihə, rəsm, foto sərgilər təşkil edilir. 
     Foto sənəti tələbələrin fikir və ideyalarını bədii formada əks etdirməyə, sadə vasitələrlə baş verenlərlə fərdi münasibət bildirməyə imkan verir. Sərgi salonunda layihələrin, həvəskar rəssamların, fotoqrafların sərgi-müsabiqəsi keçirilmiş, müsabiqənin qalibləri mükafata laiq görülmüşlər. 
    Sərgi salonunda ənənəvi olaraq hər ilin may ayında ümummilli liderimiz Heydər Əliyevin ad gününə həsr edilmiş sərgi təşkil olunur. Sərgidə ulu öndərin həyat və yaradıcılığını əks etdirən əsərlər nümayiş olunur.
    Azərbaycan Respublikasının təcavüzkar Ermənistan ordusu tərəfindən işğal olunmuş torpaqlarımızda, Dağlıq Qarabağda qalan tarixi abidələrimizi əks etdirən tələbə və rəssamların əsərləridə sərgidə vaxtaşırı yer alır. Buna şuşalı rəssam Rövşən Bayramovun “Şuşa lovhələri” adlı sərgisini misal göstərmək olar.


    Sərgi salonunda 137-dən çox müəllim və tələbələrimizin Almaniya, Misir, Türküyə, İtaliya və s. memarlarının, tanınmış sənətkarların sərgiləri təşkil edilmişdir. Bir saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin gənc sakinlərinin sərgi salonlarında əl işləri və rəsimlərdən ibarət yaradıcılıq sərgisinin, içəri şəhərdə sərgi salonunda və “İstiqlal” muzeyində tələbələrin 4 sərgisi təşkil olunmuşdur.
     Universitetimizin Muzey və Sərgi salonuna gələn insanlar, alimlər, sənətkarlar, dövlət elm və mədəniyyət xadimləri, siyasi iş adamları, məzun tələbələr, xarici qonaqlar öz ürək sözlərini Muzeyin və Sərgi salonunun “Xatirə kitabı” na qeyd edirlər.

   Əlbəttdə hər bir muzey aid olduğu sahənin elmi-tədqiqat beşiyi olmalıdır. Bu mənada AzMİU-nun Tarix muzeyi də istisna deyil, milli adət-ənənələrimizi yeni nəsillərə çatdırmaq və onların bu ənənələr əsasında tərbiyə etmək üçün muzeyləri qoruyub saxlamaq vətəndaşlıq borcumuzdur. 

 

 


        2020-ci il 44 günlük Vətən mühariəsində Azərbaycan tarixi günlərini yaşadı. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində işğalda olan şəhər, qəsəbə və kəndlərimiz azad edildi. Bu, zəfər tariximizin ən şanlı səhifəsidir.

         Bu qələbə Azərbaycan əsgərinin əzmini, qəhrəmanlığını, vətənsevərliyini göstərdi. Vətən müharibəsindən qalib ayrılan igid əsgər və zabitlərimiz, qanını Vətən torpağına qarışdıran şəhidlərimiz, sağlamlıını itirən qazilərimiz göstərdikləri şücaətlə dövlətimizin, Ordumuzun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər.

         Universitetimizin yüzlərlə gənci könüllü olaraq cəbhəyə yollandı. Onlar dünyaya göstərdi ki, Vətəni qorumaq – şərəf, ləyaqət, namus deməkdir! Milyonların ürəyində əbədi məşələ çevrilən şəhdlərimiz bu amal, qayə, məqsəd, hədəf uğrunda canlarından keçib əbədiyyətə qovuşdular.

         Bizim universitetin 24 tələbə və məzunu (onlardan 4-ü universietin nəzdindəki İnşaat kollecinin məzun və təəbələridir) Vətən, torpaq uğrunda qəhrəmanlıqla vuruşaraq Azərbaycanın yeni hərb tarixini, döyüş səlnaməsini yaratdılar.

         Şəhidlərimiz: Ağayev Ramil Ağarəhim oğlu, Bəkirli Azad Rasim oğlu, Cəfərov Osman Eldəniz oğlu, Dövlətov Zaur Zahir oğlu, Əhədzadə Elsevər Ağacan oğlu, Əhmədov Cavanşir Xeyrulla oğlu, Əlizadə Eltac İsmayıl oğlu, Fətəliyev Səmural Ayaz oğlu, Həsənli Elçin Vaqif oğlu, Həsənov Kənan Elşad oğlu, Həsənov Xəyal Əliyulla oğlu, Heydərov Rafiq Rahim oğlu, İbadov Rauf Məhərrəm oğlu, Kərimli İsmayıl Ceyhun oğlu, Mayılov Rəfayıl İlqar oğlu, Məmmədov Nahid Vahid oğlu, Məmmədzadə Kəmaləddin Vüqar oğlu, Ömərov Qoşqar Səxavət oğlu, Qədirov Emin Asif oğlu, Şirinzadə Elnur Xalıqverdi oğlu, Xəlili Samir Əhməd oğlu, Zairli Zahid Azad oğlu, Zeynalov Nurlan Rəfael oğlu, Sultanzadə Niyaməddin Hüsaməddin oğlu.

         Biz şəhidlərimizi, cəsur Azərbaycan oğullarının əziz xatirəsini ehtiramla yad edir, ruhları qarşısında baş əyir, Allahdan rəhmət diləyirik!

         Muzeyimizdə şəhid, qazi müharibə iştirakçılarının döyüş meydanında keçdiyi yol, göstərdiyi şücaət, rəşadət və uğurları haqqında məlumatlar toplanır, ailələri ilə əlaqə saxlayırıq, görüşürük, şəhidlərin dəfn olunduqları məzarlıqları yad edirik. Eyni zamanda Universitetdə onlara həsr edilmiş tədbirlər, sərgilər, görüşlər təşkil olunur.  

         2021-ci il noyabrın 4-də AzMİU-da Zəfər gününə həsr olunmuş tədbirdə Vətən müharibəsində şəhid olan 23 gəncin adları həkk olunduğu yeni lövhənin açılışı oldu. Mərasimdə universitetin rektorluğu, professor-müəllim heyəti, Vətən müharibəsi qaziləri olan tələbələrimiz və şəhid ailələri iştirak edirdilər. Tədbir Zəfər gününə həsr olunmuş “Qarabağ Azərbaycandır! Möhtəşəm Zəfər”  adlı sərgi-müsabiqənin açılışı ilə davam etdi. Mərasimin iştirakçıları Universitetin Sərgi salonunda tələbələrimizin Qələbəmizə həsr etdikləri tarixi Zəfəri əks etdirən rəsm əsərləri, zirehli maşınların maketləri, işğaldan azad olunmuş rayonlarımızda abadlıq-quruculuq işlərini əks etdirən eskizlər, layihələr və s. tanış oldular. Müsabiqə-sərgidə mükafata layiq görülən tələbələrə diplom və hədiyyələr təqdim olundu.

         AzMİU-nun kollektivi Vətən müharibəsində şəhid olub Bakıda, II Fəxri Xiyabanda, bölgələrimizdə dəfn olunan şəhid tələbə və məzunlarımızın məzarlarını həmişə ziyarət edir, xatirələrini ehtiramla yad edirlər, ruhlarına dualar oxuyurlar.

        Onu da qeyd edim ki, Muzeyimizdə eyni zamanda işğaldan azad edilən ərazilərdə ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın dağıdılmış şəhər və kəndlərinin bərpa və yenidən qurulması, Qarabağ və Şərqi Zəngəzurun 14 iqtisadi rayonunun bərpası, irimiqyaslı abadlıq-quruculuq işləri, şəhərsalma layihələri ilə bağlı materiallar, azad olunmuş ərazilərdə tarixi-mədəniyyət abidələri haqqında materiallar toplanır.Tələbələrimizin regionlarda tikinti-quruculuq və bərpa-abadlıq işləri ilə bağlı Şuşanın, Ağdamın, Xocavəndin, Zəngilanın, Xocalının və başqa şəhər və kəndlərimzin, “ağıılı kənd” layihələrini göstərə bilərəm. Bu layihələr beynəlxalq müsabiqələrdə yüksək qiymətləndirilib və qalib gəlib. Biz ümidvarıq ki, qüdrətli Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzuru nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevirəcək.

        Muzeyin əsas və köməkçi fondunda 8.000 –dən çox muzey materialı mühafizə olunur. İndiyədək muzeyə 7.000-dən çox tamaşaçı baxmışdır. Onların böyük əksəriyyəti gənclər və yeniyetmələrdir.
  

         

 

 

 

 

 

 


Ünvan: Az 1073, Bakı, A.Sultanova küçəsi,11, I  tədris binası, 2-ci mərtəbə

Muzeyin direktoru: Gülmira Seyfulla qızı Məmmədova
Telefon: (+994 12) 539 10 81 daxili: 5-48

































































































Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.