Kitabxana
Kitabxana
AzMIU-nun Kitabxanası 1977-ci ildə yaranmışdır. Hal-hazırda fondunda 514.285 nüsxə ədəbiyyat, jurnal və referatlar vardır. Kitabxana fondunun başlıca vəzifəsi professor-müəllim və tələbələrin tədris və elmi-tədqiqat fəaliyyətlərində kömək etməkdir. Fond materiallarının keyfiyyəti universitetin profilinə uyğun mütəxəssislərin hazırlanması üçün qoyulan tələblərə cavab verir.
Kitabxanamız müəllim və tələbələrə keyfiyyətli informasiya xidməti göstərə bilən bütün növ elmi məlumatlarla məşğul olan güclü və zəngin informasiya mərkəzidir. Bizim məqsədimiz, tədqiqatçıların kitabxanamızı hər cür elmi informasiya ehtiyacının başlanğıc nöqtəsi kimi görməsi, elm ocağı olmaq və biliklərin paylaşılması üçün sürətli, effektiv və universal məlumat axını təmin etməklə müəllim və tələbələrin tədris və elmi fəaliyyətlərində ehtiyaclarını təmin etməkdir.
Universitetdə həmçinin tələbə, müəllimlər və bütün oxucular üçün nəzərdə tutulmuş elektron kitabxana fəaliyyət göstərir.
AzMİU-nun elektron kitabxanası tədris prosesində və elmi fəaliyyətdə istifadəçilərin informasiya ehtiyaclarını təmin etməyə yönəldilmişdir. Burada elm və texnologiyanın müxtəlif sahələri, normativ-texniki və dövri nəşrlər, dissertasiyaların avtoreferatları, universitet tarixinə dair sənədlər və digər materiallar üzrə dərs vəsaitləri və elmi ədəbiyyatlar mövcuddur.
Elektron Kitabxananın resursları AzMİU-nun Kitabxanasının əsas fondunun bir hissəsidir. Bu resurslar kitabxananın elektron kataloquna daxil edilmişdir. Lakin elektron kataloqdakı axtarış nəticələri bir qədər fərqlənə bilər, çünki elektron kitabxanada tam mətnli və multimediya resurslarına yönəlmiş xüsusi texnologiyalardan istifadə edilir. Hər bir elektron resursun giriş şərtləri üzrə öz məhdudiyyətləri var. Bir qayda olaraq AzMİU-nun oxucuları (səlahiyyətli istifadəçiləri) resursla işləmək üçün daha geniş hüquqlara malikdirlər. Səlahiyyətli istifadəçilər Şəxsi kabinetin əlavə xidmətlərindən istifadə etmək, o cümlədən elektron resursların siyahısını hazırlamaq, axtarış sorğularını yadda saxlamaq, elektron əsərlərin fraqmentlərindən konspektlər yaratmaq imkanına malikdirlər. Yalnız köçürülməsinə icazə verilən resurslardakı əsərlərin fraqmentlərinin surəti çıxarıla bilər.
Elektron kitabxanadakı materiallardan əlavə olaraq, universitetimizin üzv olduğu elmi-tədqiqat resurs bazalarından da Web of Science (http://apps.webofknowledge.com), Polpred Onlayn Xəbərlər Bazası (https://polpred.com/) və s.) istifadə qaydaları ilə tanış olurlar:
Elektron kitabxana və elektron kataloqla tanış olmaq üçün aşağıdakı ünvana keçin: https://library.azmiu.edu.az/index.php