Keyfiyyət Təminatı və Monitorinq Mərkəzi


Azərbaycan Memarlıq və İnşaat Universitetin rektorunun 25 yanvar  2021-ci il tarixli 7/ş-d saylı əmri ilə təhsili səmərəli və yüksək keyfiyyətdə olmasını təmin etmək üçün təhsil sahəsində monitorinq, keyfiyyət və fəaliyyət göstəricilərinin yoxlanılması sisteminin inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə 10.11.2017-ci il tarixli 216 b/m saylı əmrlə yaradılmış Keyfiyyətə nəzarət qrupunun adı dəyişdirilərək  Keyfiyyətə Nəzarət Mərkəzi adlandırılmışdır.
    
Mərkəzin fəaliyyətinin məqsədi 
   
Mərkəzin fəaliyyətinin başlıca məqsədi, Universitetin bakalavr və magistratura səviyyələrində tədrisin keyfiyyətinin nəzarəti, onun daha da yüksəldilməsini və bu sahədə mütərəqqi təcrübələri tətbiq etməklə, rəqabət qabiliyyətli, bacarıqlı, savadlı mütəxəssislərin hazırlığına imkan verən səmərəli tədris mühiti yaratmaqdır.

Mərkəzin əsas vəzifələri
Mərkəzin vəzifələri aşağıdakılardır:
- tədrisin keyfiyyətinin yüksəldilməsi üzrə inkişaf konsepsiyalarının formalaşdırılması və onların həyata keçirilməsinə dair təkliflər hazırlamaqla yanaşı  icrasında iştirak etmək;
- professor-müəllim heyəti tərəfindən tədris olunan fənlərin proqramları və metodik materiallarının keyfiyyəti ilə ekspertizalar təşkil etmək;
- tədris-metodiki işin məzmunu, forma və metodlarının təkmilləşdirilməsi sahəsində metodiki tövsiyələri işləyib hazırlamaq;
- tədris prosesinin monitorinqi və tədris prosesinin təşkilində kafedralara və digər struktur bölmələrə metodiki yardım etmək;
- tədris-proqram sənədlərinin və metodiki materialların işlənib hazırlanmasının keyfiyyətinə nəzarət etmək;
- tədris olunan fənlər üzrə sillabusların müvafiq kafedralar tərəfindən müasir standartlara uyğun olaraq təkmilləşdirilməsini təmin etmək;
- bakalavr və magistratura səviyyələrində tədris olunan fənlərin elektron mühazirə və məşğələ materiallarının sillabuslara uyğun olaraq tələbələrin şəxsi kabinetinə yerləşdirilməsinə nəzarət etmək:
- bakalavr və magistrantlar arasında tədrisin keyfiyyəti ilə əlaqədar sorğular keçirmək; 
- mərkəzin fəaliyyəti ilə bağlı daxil olan şikayətlərə baxmaq və müəyyən edilmiş qaydada tədbirlər görmək;
- mərkəzdə işlərin yerinə yetirilməsi zamanı müvafiq qayda və tələblərin pozulması halları aşkar edildikdə, bu halları araşdırmaq və rektorluğa  məlumat vermək; 
- mərkəzin fəaliyyətinin və strukturunun təkmilləşdirilməsinə yönəlmiş təkliflər vermək və rektorluğun bu istiqamətdə verdiyi tapşırıqlarını yerinə yetirmək;
- mərkəzdə xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tətbiq edilən innovasiyaların  səmərəliliyinin artırılmasını təmin etmək;
- rektorluğun tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq və  mərkəzə tapşırılmış digər vəzifələri yerinə yetirmək; 

 























11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]