Memar tələbələr üçün seminar – “İkinci Dünya Müharibəsindən sonra İtaliyanın yenidən qurulması və konservasiyasında-orijinallıq”


Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Memarlıq fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə memar tələbələr üçün seminar keçirilib. 

Seminar “İkinci Dünya Müharibəsindən sonra İtaliyanın yenidən qurulması və konservasiyasında-orijinallıq” mövzusuna həsr edilib. 

Memarlıq fakültəsi TEC sədri Fidan Mustafayeva və ERASMUS layihəsi ilə Milan Politexnik Universitetindən AzMİU-ya ezam olunmuş Miriam Terzonini 
tərəfindən təqdim olunan mövzu böyük gənc memarların böyük marağına səbəb olub. 

Fidan Mustafayeva seminarda əldə olunmuş məlumatların tələbələrin gələcək fəaliyyəti və memarlıq istiqamətində biliklərinin artmasına müsbət təsirini vurğulayıb. 

Təqdimatdan sonra tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb, birgə fikir mübadiləsi aparılıb.
 

06-05-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]