"İnşaat materiallarında Nanotexnologiyaların tətbiqi" laboratoriyası
“İnşaat materiallarında nanotexnologiyalar” elmi - tədqiqat laboratoriyası
“İnşaat materiallarında nanotexnologiyalar” elmi-tədqiqat laboratoriyası 01.03.2019-cu ildən etibarən fəaliyyətə başlamışdır.
Laboratoriyanın elmi istiqaməti “Kiçik təsir və həyəcan effekti” əsasında nanosistemlərin istifadəsi ilə yüksək istismar göstəricilərinə malik tikinti materiallarının alınması və istehsalatda tətbiqindən ibarətdir.
Gördüyümüz işlər:
2019-cu ildə
• “Nanohissəciklərin əldə edilməsi və onların beton istehsalında tətbiqi perspektivlərinin müəyyənləşdirilməsi",
• İnnovativ texnologiyalar silsiləsindən olan nanotexnologiyaların tikinti materiallarına tətbiqinin elmi və praktiki əsasları.
2020-ci ildə
• “Nanohissəciklərin beton qarışığının tərkibinə verilmə üsullarının işlənilməsi (nanohissəciklərin optimal daşıyıcılarının hazırlanması)”
• Neft və qaz quyularının qazılmasında nanosement təkibinin işlənməsi və tədqiqi.
Perspektivdə
• zol-gel üsulu ilə nanohissəciklərin alınması,
• alınmış nanohissəciklərin dayanıqlığının təmin edilməsi,
• Nanohissəciklərin beton qarışığının reoloji xassələrinə və betonun strukturəmələgəlməsinə (kimyəvi-mineraloji və struktur tərkibinin analizi) təsirinin tədqiqi.
• təcrübi-istehsalat sınaqlarının aparılması.
• beton istehsalında tətbiqinin təmin edilməsi
• Nanohissəciklərin prefabrik beton məmulatları istehsalında tətbiqi.
Təqdiqat işlərinin əsas elmi nəticələri aşağıdadı dərgilərdə dərc olunmuşdur:
1. Guvalov A.A., Shahbazov E.G., Kazimov E.A., Ahmadli N.Z. Development and research of nanosement composition, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi Əsərləri, 2020, №2. Bakı, Səh.60-67
2. Guvalov A.A., Abbasova S.İ Role of naphtalinsulfonate and polycarboxylate modificators in the formation of the structure of cement stone, PPOR, Vol. 22, No. 1, 2021, pp. 13-23 ISSN: print - 1726-4685;
3. Guvalov A.A., Abbasova S.İ. Effect of organic and fine disperser additions on rheological properties of mineral suspensions Chemical problems 2020 no.4 (21) ISSN 2221-8688 p. 469-476. DOI: 10.32737/2221-8688-2020-1-26-32, 2020, Səh.469-476;
4. Shahbazov E.Q., Quvalov A.A., Kazımov E.A. Tikinti materialları üçün nanobentonitin işlənməsinin elmi əsasları, Azərbaycan Neft Təsərrüfatı jurnalı, 2021, №5, səh.46-53.
Patentlər:
1. Patent ixtira a20200045, Beton və inşaat qarışıqları üçün üzvi-mineral modifikatorların alınması. Sənaye mülkiyyəti, İxtiralar, faydalı modellər. Rəsmi Bülleten, 2021, № 4, Səh.5-6.
2. Patent ixtira a20200038, Qeyri-filiz materialların dispersləşdiricilərinin alınma üsulu. Sənaye mülkiyyəti, İxtiralar, faydalı modellər. Rəsmi Bülleten, 2021, № 4, Səh.5-6.
Laboratoriyanın əməkdaşları:
Laboratoriya müdiri – t.e.d., prof. Quvalov Abbas Abdurəhman oğlu
Elmi rəhbər - t.e.d., prof. Şahbazov Eldar Qəşəm oğlu
Kiçik elmi işçi – Hüseynov Ceyhun Nəsib oğlu
Kiçik elmi işçi – Əhmədli Nahid Zahid oğlu
Laboratoriyanın istiqamətinə uyğun olaraq kiçik elmi işçi Əhmədli Nahid Zahid oğlu t.e.d., prof., A.A.Quvalovun rəhbərliyi ilə “Kompleks nanomodifikatorlarla sement sistemlərinin xassələrinin tənzimlənməsi” mövzusunda dissertasiya işini yerinə yetirir.
Əlaqə vasitələri: [email protected]
Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.
Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.
Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.
Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.
İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.