Müəllimlərimiz beynəlxalq "İOSH" sertifikatını əldə etmək imkanı qazanıblar

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 9 müəllimi iki aylıq beynəlxalq “İOSH” Təhlükəsiz İdarəetmə kurslarına qoşulub. 

Strateji  planlaşdırma  şöbəsinin təşkil etdiyi kursları AzMİU-nun partnyor şirkəti olan TCS şirkətinin yüksək ixtisaslı mütəxəssisləri aparacaq. İki aylıq təlimin sonunda müəllimlər beynəlxalq imtahana girəcəklər. Yekunda imtahanı müvəffəqiyyətlə keçmiş müəllimlərimizə beynəlxalq “İOSH" sertifikatı təqdim olunacaq.

Bildirək ki, TCS təlim kursları normativ sənədlər və üstün sənaye təcrübəsi əsasında hazırlanmış və müvafiq beynəlxalq standartların tələblərinə cavab verən beynəlxalq akkreditasiyadan keçmiş şirkətdir. AzMİU və TCS şirkəti arasında imzalanmış memoranduma əsasən həyata keçirilən bu işlər gələcəkdə müəllim və tələbələrin beynəlxalq tələblərə cavab verən kadrlar kimi tanınmasında vacib rol oynayacaq. 

Universitetin müvafiq ixtisasları üzrə SƏTƏM ( Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) dərslərində müəyyən boşluqların olduğunu nəzərə alaraq AzMİU öz müəllimlərini bu  kurslara cəlb edib. Layihə müddətində müəllimlər  kurslardan yararlanacaq və yekunda beynəlxalq sertifikat imtahanı verəcək. Və həmin sertifikatdan sonra müəllimlərimiz beynəlxalq səviyyəli müəllim sayılacaq. Gələcəkdə həmin müəllimlər beynəlxalq SƏTƏM imtahanı vermək istəyən AzMİU tələbələrindən imtahan götürəcək və nəticələr TCS şirkətinə göndəriləcək. İmtahanı uğurla verən tələbələr beynəlxalq sertifikatlar əldə edəcəklər. 

Hansı ki, bu beynəlxalq sertifikat tələbələr qarşısında böyük şirkətlər tərəfindən qoyulan sağlamlıq, əməyin mühafizəsi, iş yerlərində təhlükəsiz işləmək, özlərinə və digər işçilərə daha az risk yaradan müvafiq səriştələri bilmək baxımından gələcək karyeralarında  üstünlük qazandıracaq.
 

08-05-2024