Magistratura mərkəzi
Mərkəz haqqında
Azərbaycan Memarlıq və İnşaat Universitetində magistr hazırlığını təkmilləşdirilməsi məqsədilə AzMİU-nun Elmiş Şurasının 27 dekabr 2017-ci il tarixli qərarı ilə Magistratura şöbəsinin bazası əsasında Magistratura Mərkəzi yaradılmışdır. Mərkəzdə 25 ixtisas daxilində 42 ixtisaslaşma üzrə tədris təşkil olunub. Tədris üç dildə aparılır: Azərbaycan, ingilis və rus dillərində.
2019-2020-ci tədris ilində Magistratura Mərkəzində magistr proqramlarının beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədi ilə pilot layihə olaraq yeni standartların tətbiqinə başlanılmışdır. Yeni standartlar Avropa Kredit Transfer Sisteminin tələblərinə və Avropanın aparıcı universitetlərinin təcrübəsinə əsaslanaraq hazırlanmışdır. Standartlar yalnız AzMİU-nun 7 baza ixtisasları üçün nəzərdə tutulmuşdur. Bunlar “Memarlıq”, “İnşaat mühədisliyi”, “Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi”, “Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi”, “Nəqliyyat tikintisi mühəndisliyi”, “Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi” və “Materialşünaslıq mühəndisliyi” ixtisaslarıdır.
Tədrisin təşkili
Magistratura səviyyəsi üzrə dərslər layihə, mühazirə və məşğələ formatında tədris edilir. İxtisaslardan asılı olaraq layihə yönümlü fənlər kurs layihəsi, kurs işindən ibarətdir və bir-birini ardıcıl şəkildə tamamlayaraq bütün tədris boyu davam edir.
Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir:
dərsə davamiyyətə görə - 10 bal
sərbəst işə görə - 10 bal
məşğələ, seminar və ya laboratoriya dərslərinin nəticələrinə görə - 30 bal
Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğələ (seminar) və laboratoriya dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması və müdafiəsinə görə 10 bal verilir.
Tələbənin imtahanda topladığı bal, 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 25%-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.
Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:
51 baldan aşağı |
"qeyri-kafi" (F) |
51-60 bal |
"qənaətbəxş" (E) |
61-70 bal |
"kafi" (D) |
71-80 bal |
"yaxşı" (C) |
81-90 bal |
"çox yaxşı" (B) |
91-100 bal |
"əla" (A) |
Magistr tələbələr IV semestrdə (yeni stantdartlarla tədrisi aparılan ixtisaslarda III semestrdə) müvafiq ixtisaslara aid müəssisə və qurumlarda təyin edilmiş təcrübə rəhbərinin nəzarəti ilə 4 həftəlik Elmi-Tədqiqat təcrübəsi və 4 həftəlik Elmi-Pedoqoji təcrübəsi keçir və sonda 100 ballıq sistem üzrə universitetdə yaradılmış komissiya tərəfindən tələbənin hesabatları qiymətləndirilir. Sonda magistrantlar Yekun attestasiya üzrə dissertasiya işini müdafiə edərək magistr səviyyəsini bitirmiş hesab edilir.
Müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr təhsil aldığı müddətdə hər hansı fənn üzrə semestr imtahanını müvəffəqiyyətlə vermədiyi halda, akademik borc yaranır. Akademik borcun ləğv edilməsi üçün tələbənin Magistr mərkəzinə müraciəti əsasında müvafiq semestrdə fərdi və alt qruplar üzrə dərslərdə iştirak edir və semestrin sonunda imtahan təşkil edilir. “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli, 348 nömrəli qərarında dəyişikliklər edilməsi barədə 3.2.14 bəndinə əsasən akademik borcun ləğv edilməsi üçün tələbənin dekanlığa müraciəti əsasında uyğun semestr üzrə müvafiq fənnin kreditinin 25 % ödənişilə təkrar imtahan verərək akademik borcunu ləğv etməsi imkanı mövcuddur.
İmtahanlar universitet tərəfindən mərkəzləşdirilmiş test, yazılı və şifahi formatda təşkil edilir. İxtisaslar üzrə illik təhsil haqqı 1900-2400 AZN-dir. Mövcud qaydalara əsasən semestr nəticələri üzrə dövlət sifarişi ilə təhsil alan tələbələrin sayı qədər təqaüd yerləri ayrılır və müsabiqədə ödənişli tələbələr də iştirak etməklə onlara əlaçı, zərbəçi və adi təqaüdlər verilir.
Karyera imkanları
İxtisaslar üzrə magistr səviyyəsini bitirən tələbələr “Azərbərpa” ETLİ, “Azərdövlətlayihə”, “Azərtikintilayihə”, “Bakıdövlətlayihə” Layihə İnstitutlarında, “İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda, “PAŞAINŞAAT”, PMD, “EmbaWOOD”, “Aksessuar İnşaat”, Knauf, İnşaat mühəndisliyi, Sənaye və Mülki Tikinti, Şəhər Bələdiyyə Tikintisi və Təsərrüfatı, Daşınmaz Əmlakın İdarə Olunması və Ekspertizası sahəsində, Azərbaycanın Su obyektlərində, ''Azəriqaz'' Qapalı Səhmdar Cəmiyyəti, ''Azərsu'' Açıq Səhmdar Cəmiyyəti, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, H.Əliyev adına Dərin Özüllər Zavodu, Azərbaycan Dövlət Dəniz Nəqliyyat Layihə və Elmi-Tədqiqat İnstitutu, Bakı Şəhəri İstilik İdarəsi, Neft-qaz Tikinti Trestində, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində, Avtomobil Yolları Tikintisi Şirkətlərində, Akkord STİK ASC, Norm MMC, “Gilan Beton” MMC, “Sika” Group, “Basf Caspian Yapı Kimyasallar Sənaye” MMC, “Mətanət A” şirkəti, Garant İnşaat Sənaye, Holcim (Azərbaycan) ASC, AS İnşaat MMC, "Expert Beton" MMC müəssisələrində, FHN – nin müxtəlif qurumlarında, Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin Obyektlərində, Azərbaycan Respublikası Auditorlar palatasında,“Standart İnsuarance”-sığorta şirkətində, “Azəri” çox profilli inşaat firmasında, “Neft-qaz” Tikinti Tresti SOCAR-da, “Azər İnşaat” Layihə İnstitutunda, “AECOM EXP” Rusiya Limited şirkətinin Azərbaycan Respublikası filialında , “Caspian Servise” MMC-də , “Təlim Tədris və Sertifikatlaşdırma” idarəsində, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda, “Maşınqayırma Texnologiyası” Elmi Tədqiqat İnstitutunda, EF İnşaat LTD MMC-də, ARDNŞ-SOCAR-da, “Az VİRT” MMC-də, AMEA-nın İdarəetmə Sistemləri İnstitutu, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Hidrotexnika və Meliorasiya Elmi-İstehsalat Birliyi, Sumqayıt Texnologiyalar Parkı (STP) MMC, "Neftqazmaş" MMC, İmprotex İndustries MMC, Azərtunel MMC, Bakı Neft Maşınqayırma Zavodu, Zabrat Maşınqayırma Zavodu, "Binəqədi Tikinti Mexanikləşdirmə" ASC) və s. şirkətlərdə çalışa bilərlər.
Beynəlxalq əlaqələr
Artıq 4 ildir AzMİU-la İSPANİYANIN Koruna Universiteti arasında “Ekologiya mühəndisliyi” ixtisası, PORTUQALİYANIN Leiria Texnik İnstitutu ilə “İnşaat mühəndisliyi” ixtisası üzrə ikili diplom proqramlarına qəbul aparılır. Bundan əlavə tələbələrə Avropa Birliyinin Erasmus+, Türkiyənin Mövlanə mübadilə proqramları və dünyanın bir çox aparıcı universitetləri ilə qarşılıqlı müqavilə çərçivəsində öz təhsillərini xaricdə davam etdirilmələrinə şərait yaradılır.
Təcrübə bazaları
Magistrturada təhsil alan tələbələrin təcrübələri Azərbaycan Memarlıq və İnşaat Universitetinin 74 elmi-tədqiqat bazalarında təşkil olunur. Mövcud tədqiqat bazalarının 13-ü AzMİU-nun nəzdində, 24-ü dövlət müəssisələrində və təşkilatlarda, 37-si isə özəl şirkətlərdədir.
Mərkəzin missiyası
Əsas missiyamız memarlıq və inşaat sahəsi üçün müasir tələblərə cavab verən peşəkar kadrlar hazırlamaq, o cümlədən yaradıcı təfəkkürə, tədqiqat aparma və idarəetmə qabiliyyətinə malik olan mütəxəssislər yetişdirmək.
Mərkəzin məramı
Beynalxalq arenada rəqabətə davamlı, respublikada və regionda memarlıq, inşaat və mühəndislik tədrisini həyata keçirən ən qabaqcıl təhsil, tədqiqat və innovasiya mərkəzlərindən biri olmaq.
Ünvan
Az 1073, Bakı şəhəri, Ayna Sultanova küçəsi, 11.
1-ci tədris binası, 715-ci otaq
Tel: (+994 12) 538 57 93
Email: [email protected]
Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.
Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.
Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.
Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.
İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.