“Bu şəhərdə kimsə yoxdur” - Tələbələrlə görüş keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən “Media” və “Cinema” klublarının təşkilatçılığı ilə "Bu şəhərdə kimsə yoxdur" adlı görüş keçirilib.
Görüşdə "Bu şəhərdə kimsə yoxdur" psixoloji romanının yazarı Rövşən Abdullayev, onun əsəri əsasında çəkilmiş eyniadlı serialın kollektivi, yaradıcı heyəti, tələbələr iştirak ediblər.
THİK-in sədri Şahmar Rəfili görüşün açılışını edərək gələn qonaqları salamlayıb. O, tələbələrə "Bu şəhərdə kimsə yoxdur" romanı barədə qısa məlumat verib, Rövşən Abdullayevin müəllifi olduğu kitabın gənclərin inkişafında, dünyagörüşünün formalaşmasındakı rolundan bəhs edib.
Yazıçı gənclər tərəfindən xüsusi sevilən romanın məzmun və obrazlarından danışıb. Seriala çevrilən kitabın izləyicilər tərəfindən də rəğbət qazandığını vurğulayıb.
Görüşün davamında serialın aktyorları və yaradıcı heyəti tələbələrə serialdan, serialın çəkiliş prosesindən, kulisdə baş verən hadisələrdən söhbət açıblar.