Haqqında


Tariximiz:

1920-ci ildə Bakı Politexnik İnstitutunun tərkibində İnşaat mühəndisləri fakültəsi;

1932/1934-cü illərdə Azərbaycan İnşaat İnstitutu (Azİİ);

1934-cü ildən Azərbaycan Sənaye İnstitutunun tərkibində Memarlıq və inşaat fakültələri;

1950-ci ildə Azərbaycan Politexnik İnstitutunun tərkibində Memarlıq, inşaat, nəqliyyat və hidromeliorasiya fakültələri;

1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu;

2000-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universiteti

AzMİU bugün:

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə adlandırılmış Azərbaycan Memarlıq və İnşaat universiteti 1975-ci ildən  yüksək ixtisaslı memar, inşaatçı-mühəndis və digər sferalarda ali-təhsilli kadr hazırlığında böyük və şərəfli yol keçmişdir. Universitetimizdə Dövlət Mükafatı laureatları, Milli Elmlər Akademiyasının üzvü olan 550 nəfər professor – müəllim heyəti fəaliyyət göstərir. Universitetdə tədris azərbaycan, rus və ingilis dillərində aparılır. 2023/2024-cü tədris illərində universitetdə 8 fakültə və 53 ixtisas üzrə tələbə təhsil alır. Həmçinin universitetin nəzdində İnşaat Kolleci, Fizika-riyaziyyat təmayüllü Lisey, 2010-cu ildən etibarən isə Layihə İnstitutu fəaliyyət göstərir.

Universitet kampusu 5.56 ha sahəni əhatə edir və müasir infrastruktura malik 4 tədris binası, elmi-tədqiqat və tədris laboratoriyaları, elektron və əyani kitabxana, yeməkxanalar, muzey-sərgi salonları, idman kompleksini özündə cəmləşdirir.

Missiyamız:

Azərbaycan Memarlıq və İnşaat Universiteti ölkəmizdə yüksək ixtisaslı memarlıq, inşaat, mühəndis sistemləri, hidrotexniki qurğular və digər sahələrdə mütəxəssis hazırlayan ən böyük elm-təhsil ocağıdır. Missiyamız professional biliklərə və müstəqil düşüncə tərzinə malik yaradıcı və rəqabətqabiliyyətli, xalqımızın milli-mənəvi dəyərlərinə sadiq, vətənpərvər gənc mütəxəssislər yetişdirməkdir.Azərbaycan Memarlıq və İnşaat Universiteti ölkəmizdə yüksək ixtisaslı memarlıq, inşaat, mühəndis sistemləri, hidrotexniki qurğular və digər sahələrdə mütəxəssis hazırlayan ən böyük elm-təhsil ocağıdır. Missiyamız professional biliklərə və müstəqil düşüncə tərzinə malik yaradıcı və rəqabətqabiliyyətli, xalqımızın milli-mənəvi dəyərlərinə sadiq, vətənpərvər gənc mütəxəssislər yetişdirməkdir.

Vizyonumuz:

Azərbaycanın yüksək templə inkişafını, cəmiyyətin milli və müasir demokratik ruhunu, ölkəmizin dünya ölkələri arasında layiqli yeri tutmasını təmin etmək üçün ali təhsilin həlledici rolunu əsas tutaraq universitetin bütün istiqamətlərdə inkişafını təmin etməklə gələcəyin mükəmməl kadr potensialını formalaşdırmaqdır.

Dəyərlərimiz:

Akademik mükəmməllik

• Dürüstlük

Şəffaflıq

Sosial məsuliyyət

Milli-mənəvi dəyərlərə bağlılıq

• Müasirlik























11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]