Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi


 Respublikanın iqtisadiyyatında müstəsna rol oynayan neft-qaz sənayesi kompleksinə xidmət edən xüsusi mühəndis qurğularının tikintisi böyük sürətlə inkişaf edir. Stasionar platformaların, nəqliyyat estakadalarının və estakadayanı  meydançaların, neftin yığılması və saxlanılması üçün meydançaların, baza üçün meydançaların və yanalma qurğularını, neft nəqledən kəmərlərin inşası üçün Respublikamızda yerli mühəndis kadrlarına ehtiyac duyulurdu.

Neft-qaz sənayesinə xidmət edən mühəndis tikintisi üzrə ölkəmizdə milli kadr hazırlanmasını nəzərə alaraq 2003-cü ildə "Neft-qaz sənayesində mühəndis qurğuları tikintisi" istiqaməti açılmış və həmin ildən tələbə qəbulu aparılmağa başlamışdır.

İstiqamət və ixtisaslar:

Bakalavr pilləsi

İstiqamətlər:

T 20.00.00 İnşaat
T 21.00.00 Mühəndis sistemlərinin və qurğularının tikintisi
ET 01.00.00 Ekologiya və təbiətdən istifadə
T 37.00.00 Neft-qaz sənayesində mühəndis qurğularının tikintisi 


İxtisaslar:

T 20.02.00 Hidrotexniki tikinti
T 20.04.00 Meliorasiya-mühəndis sistemləri tikintisi
T 21.01.00 İstilik, qaz təchizatı və ventilyasiya
T 21.02.00 Su təchizatı və su ayırma
ET 01.06.00 Meliorasiya, rekultivasiya və torpaq mühafizəsi
ET 01.07.00 Su ehtiyatlarının mühafizəsi və kompleks istifadəsi
T 37.01.00 Dəniz neft-qaz hidrotexniki qurğuları tikintisi


Maqistratura pilləsi:

İxtisaslar:

TM 20.00.00 İnşaat
TM 21.00.00 Mühəndis sistemlərinin və qurğularının tikintisi
ETM 01.00.00 Ekologiya və təbiətdən istifadə
TM 37.00.00 Neft-qaz sənayesində mühəndis qurğularının tikintisi

İxtisaslaşmalar:

TM 20.00.03 Çay və yeraltı hidrotexniki qurğuları
TM 20.00.04 Dəniz hidrotexniki qurğuları və su yolları qurğuları
TM 20.00.07 Meliorasiya mühəndis sistemlərinin tikintisi
TM 20.00.08 Meliorasiya mühəndis sistemlərinin istismarı
TM 21.00.01 Bina və qurğularda mikroiqlimi təmin edən sistemlər
TM 21.00.02 Yaşayış məntəqələrinin və müəssisələrinin istilik-qaz təchizatı
TM 21.00.03 Yaşayış məntəqələrinin və sənaye müəssisələrinin su təchizatı
TM 21.00.04 Su ayırma və çirkab suların təmizlənməsi
ETM 01.00.11 Su ehtiyatlarının mühafizəsi və kompleks istifadəsi
ETM 01.00.05 Torpağın meliorasiyası
TM 37.00.01 Dəniz hidrotexniki qurğular

 yeni Azərbaycan Respublikasının Nazirlər kabinetinin 12 yanvar 2009-cu il tarixli 8 № li qərarı ilə Ali təhsilin bakalavr səviyyəsində 2009/2010 tədris ilindən hazırlanan ixtisaslar.

050635 – Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi
050637 – Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi
050649 – Ekologiya mühəndisliyi
050607 – Neft – qaz qurğuları mühəndisliyi

 

Fakültənin rəhbərliyi

Vəzifəsi Soyadı, adı, atasının adı Telefonlar
Daxili Şəhər
Dekan Musayev Zakir Səməd oğlu 1-61 (0099412) 439-06-19
Dekan müavini Zərbəliyev Mansur Sabir oğlu 1-08 (0099412) 439-06-19
Dekan müavini Yusifov Elxan Əliyusif oğlu 1-08

(0099412) 439-06-19 


Fakültənin kafedraları


Hidrotexniki qurğular və hidravlika kafedrasının müdiri Məmmədov Kamran Məmməd oğlu 1-58 2-17 1-83  
Hidrotexniki meliorasiya və hidrologiya kafedrasının müdiri Qəhrəmanlı Yaşar Vəli oğlu 1-82  
Ali riyaziyyat kafedrasının müdiri Cəbrayılov Allahverən Cəbrayıl oğlu 1-79  
İstilik təhcizatı və istilik texnikası kafedrasının müdiri Feyziyev Həsən Qulu oğlu 1-50 (0099412) 439-43-88
Qaz təhcizatı və mikroiqlimi təmin edən sistemlər kafedrasının müdiri Cəlilov Mərdan Fərəc oğlu 1-59 (0099412) 439-20-55 510-07-53
Su təhcizatı və işlənmiş suların kənarlaşdırılmasıkafedrasının müdiri Mahmudov Rafiq Sarı oğlu 2-15 (0099412) 439-10-92

 

 KAFEDRALAR

Hidrotexniki qurğular və hidravlika kafedrası.


Kafedra 1951-ci ildə Azərbaycan Politexnik institutunun hidromeliorasiya fakültəsinin nəzdində yaradılmışdır. 1975-ci ildən sonrakı fəaliyyəti isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun, indiki Azərbaycan Memarlıq və İnşaat Universitetinin adı ilə bağlıdır. 
Kafedrada 2 professor, 15 dosent, 5 baş müəllim və 5 assistent çalışır.
Bakalavr və magistr pilləsində mütəxəssislər hazırlanır.
Kafedrada su təsərrüfatının müxtəlif sahələri üçün yüzlərcə “mühəndis hidrotexniklər” və bakalavr dərəcəli mütəxəssislər hazırlanmışdır. Hazırda kafedrada “Hidrotexniki tikintilər”, “Su ehtiyatlarının mühafizəsi və kompleks istifadəsi”, “Dəniz neft-qaz hidrotexniki qurğuları tikintisi” ixtisasları üzrə mütəxəssislər hazırlanır.
Kafedranın maddi-texniki bazası müasir tələblərə cavab verən cihaz və avadanlıqlarla təchiz olunmuşdur. Kafedrada “Hidravlika”, “Hidrotexniki qurğular” laboratoriyaları, kitabxana, diplomant otağı və magistr kabineti fəaliyyət göstərir.



Hidrotexniki meliorasiya və hidrologiya kafedrası.

Kafedra 1951-ci ildə “Hidromeliorasiya” adı ilə Azərbaycan Politexnik institutunun nəzdində yaradılmışdır. Kafedranin 1975-ci ildən sonrakı fəaliyyəti isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun, indiki Azərbaycan Memarlıq və İnşaat Universitetinin adı ilə bağlıdır. Kafedrada 2 professor, 4 dosent və 2 baş müəllim fəaliyyət göstərir. 
Kafedrada “Meliorasiya torpaqşünaslığı”, “Hidrometriya” və “Süzülmə” tədris laboratoriyaları fəaliyyət göstərir. Kafedranın tədris kabineti və laboratoriyaları müvafiq əyani və texniki vasitələrlə təchiz edilmişdir.
Bakalavr və magistr pilləsində mütəxəssislər hazırlanır. Bakalavr pilləsində bir ixtisas – meliorasiya mühəndis sistemlərinin tikintisi, magistr pilləsində isə iki ixtisaslaşma – “Meliorasiya mühəndis sistemlərinin tikintisi” və “meliorasiya sistemlərinin istismarı” üzrə mütəxəssislər hazırlanır.

Qaz təchizatı və mikroiqlimi təmin edən sistemlər kafedrası haqqında qısa məlumat.

 Kafedra 1961-ci il ildə “İstilik-qaz təchizatı və ventilyasiya” adı altında Azərbaycan Politexnik institutunda yaradılmışdır. 1983-cü ildə bu kafedranın bazasında “Qaz təchizatı və mikroiqlimi təmin edən sistemlər” kafedrası yaradılmışdır. Kafedrada 10 müəllim, o cümlədən 1 professor, 8 dosent və 1 baş müəllim çalışır.
Kafedra təhsilin bakalavr pilləsində “İstilik-qaz təchizatı və ventilyasiya” ixtisası üzrə, magistratura pilləsində isə “Yaşayış məntəqələrinin və müəssisələrin istilik-qaz təchizatı” ixtisaslaşması üzrə mütəxəssis hazırlayır.
Kafedranın geniş xarici əlaqələri vardır. Kafedranın Avstriyanın “Hers” firması ilə bağlanmış müqaviləyə əsasən “İsitmə” fənnindən tədris laboratoriyası müasir avadanlıqlarla təchiz olunmuşdur. Kafedranın istehsalat ilə əlaqələri genişlənir. 2005-ci ildə universitetlə “Azəriqaz” QSC arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.
Kafedrada Avropa İttifaqının ayırdığı qrant hesabına Azərbaycan Texniki Universiteti, Almaniyanın Köln Tətbiqi Elmlər Universiteti və Hollandiyanın Zuyd Tətbiqi Elmlər Universiteti ilə birlikdə təhsil üzrə TEMPUS layihəsi həyata keçirmişdir. Bu layihənin nəticəsi olaraq universitetdə magistr təhsil pilləsində “Binanın enerji menecment sistemləri” ixtisası üzrə mütəxəssis hazırlığı aparılır. 


İstilik təhcizatı və texnikası kafedrası


 Kafedra 1961-ıi ildə “İstilik-qaz təchizatı və ventilyasiya” adı altında Azərbaycan Politexnik institutunda yaradılmışdır. 1984-cü ildə “İstilik-qaz təchizatı və ventilyasiya” kafedrasının bazası əsasında iki kafedra – “İstilik təchizatı və istilik texnikası” və “İsitmə, ventilyasiya və qaz təchizatı” kafedraları yaradılmışdır. Kafedrada 1 professor, 5 dosent, 1 baş müəllim çalışır. 
Kafedra əməkdaşlarının hazırladığı “Azaldılmış reagent sərfli axıntısız və axıntılı texnologiyalar” üzrə rekonstruksiya edilən qurğular “Azenerji”, “Mosenerli”, “Belorusenerji”, “Volqoqradenerji”, “Tatenerji”, “Başkirenerji”, “Tümenenerji” və başqa enerji birliklərinin müəssisələrində sınaqdan çıxarılıb tətbiq edilmiş və edilməkdədir. 
Kafedranın Almaniyanın Köln Tətbiqi Elmlər Universiteti, “Herz Armaturen” firması, “Buxar” firması, Azəristilik təchizatı ASC, İsitmə sistemlərinin servis mərkəzi (“İSSM”) ilə əlaqələri vardır.


Su təhcizatı və işlənmiş suların kənarlaşdırılması kafedrası

Kafedra 1951-ci ildə Azərbaycan Politexnik institutunun təşkili ilə bir vaxtda “Su təchizatı və santexnika” kafedrası adı altında yaradılmışdır. Kafedrada 8 əməkdaş çalışır: 7 dosent və 1 baş müəllim.
Kafedra təhsilin bakalavr pilləsində “Su təchizatı və suayırma” ixtisası üzrə, təhsilin magistratura pilləsində isə “Yaşayış məntəqələrinin və sənaye müəssisələrinin su təchizatı” və “Suayırma və çirkab sularının təmizlənməsi” ixtisaslaşmaları üzrə mütəxəssis hazırlayır. 
Kafedra Azərbaycan İnşaat Mühəndisləri İnstitunun tərkibinə keçdikdən sonra yeni istiqamətlər üzrə öz fəaliyyətini genişləndirmişdir. Xüsusilə, “Neft məhsulları ilə çirklənmiş suların təmizlənməsi”, “Təbii mineral sulardan elektroliz yolu ilə dezinfektantın alınması” istiqamətində yerinə yetirilmiş tədqiqat işləri böyük praktiki əhəmiyyət kəsb etmişdir. Belə ki, elektroliz üsulu ilə aparılan elmi-tədqiqat işlərinin nəticələrinin dənizdə quraşdırılmış neftçıxarma estakadalarında və neftli suların karkas filtrlərdə təmizlənməzi üzrə elmi-tədqiqat işlərinin nəticələrinin isə “Azərneftyağ” zavodunda tətbiqi səmərəli nəticələr vermişdir. Kafedra əməkdaşlarının dəniz suyundan sənaye təchizatı sistemində istifadə zamanı istilik-mübadilə cihazlarında ərp yaranması və metalın korroziyasının qarşısının alınmasına dair hazırladıqları təkliflər sənaye müəssisələrində tətbiq edilmişdir.


Ali riyaziyyat kafedrası

Kafedra 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yarananda təşkil olunub. Kafedrada 19 müəllim çalışır: 2 professor, 13 dosent, 4 baş müəllim və müəllim.
Kafedrada “Funksiyalar nəzəriyyəsi, funksional analiz və onun riyazi fizikaya və mexanikaya tətbiqi” və “Ali riyaziyyatın texniki universitetlərdə tədrisi problemləri” məvzularında daimi metodik seminarlar fəaliyyət göstərir. 
Kafedranın əməkdaşları ABŞ, Almaniya, Rusiya və başqa ölkələrdə keçirilən konfrans və simpoziumlarda mütəmadi olaraq iştirak edirlər.