Elanlar

I, II, III və IV kurs tələbələrinin 2012-2013 tədris ilinin yaz semestrində dərsə davamiyyəti haqqında məlumat yenilənib. TƏDRİS səhifəsinə baxın!

bayraq-dizaynƏziz müəllimlər və tələbələr, bildiyiniz kimi müstəqilliyimizin tərənnümü olan iki möhtəşəm bayramın astanasındayıq. Bunlardan biri Dövlət Bayrağı Günü, digəri isə Konstitusiya günüdür.

Dövlət Bayrağı GünüKonstitusiya Günü münasibətilə Azərbaycan Memarlıq və İnşaat Universiteti Nəqliyyat fakültəsi dekanlığı fakültənin Tələbə Həmkarlar İttifaqı Komitəsi ilə birgə bayram konserti təşkil edəcək. Konsert 2012-ci il noyabrın 8-də saat 15:00-da Universitetin idman zalında keçiriləcək.

Universitetin müəllim və tələbə heyətini həmin bayram konsertinə dəvət edirik!

 

Nəqliyyat fakültəsinin

Dekanlığı

 05.11.2012

Növbəti semestrdə altdan dərs almaq istəyən tələbələrin nəzərinə! II və III kurs tələbələri ərizə ilə dekanlığa müraciət etsinlər. Dərslər (2 fəndən artıq olmamaq şərti ilə) qruplar şəklində təşkil olunacaq. Ərizəni 17.09.2012 tarixindən 20.09.2012 tarixinə kimi dekanlığa təqdim etmək lazımdır.

14.09.2012


Akademik borcu olan tələbələrin nəzərinə!

Bütünkurslar üzrə akademik borcları olan tələbələr üçün iyulun 23-dən avqustun 31-dək ödənişli qaydada yay məktəbləri təşkil olunacaqş müraciət etmək istəyənlər dekanlığa ərizə ilə müraciət edə bilərlər.

 DEKANLIQ 

25.06.2012


 AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ

ƏMR № 95/t-m


Bakı ş.   “27” aprel 2012-ci il

   Töhmət elan edilməsi barədə

                 
2011/2012-ci tədris ilinin yaz semestrində “Nəqliyyat” fakultəsinin aşağıda adları göstərilən tələbələri dərslərə davamiyyətinin pis olduğunu  nəzərə alaraq şiddətli töhmət elan olunsun.

S/sAdı,Soyadı,Atasının adıQrup N-si Buraxdığı dərs saatı
1

Əliyev Anar Teymur oğlu 

451a92 saat
2
Həsənov Xəlil Mehdixan oğlu451a
80 saat
3
Ibadov Paşa Ramiz oğlu451a82 saat
4
Qasımlı Hafiz Məsim oğlu451a98 saat
5
Qədimov Anar Fərid oğlu451a98 saat
6
İsmayılov Ramil Kamiloviç471a98 saat
7
Qasımov İsgəndər Qasım oğlu480r98 saat
8
Rəhmətullayev Ziyad Sərdar oğlu480r88 ssat
9
Rzayev Rəhman Hafiz oğlu480r86 saat
10
Umudlu Vüsal qabil oğlu449a80 saat
11
Ağazadə Tural Fuad oğlu 459a198 saat
12Abuzərli Vasif Əbil oğlu459a176 saat

                        

REKTOR                              prof. G.H.MƏMMƏDOVA

Əmri hazırladı:                                    Razılaşdırılıb:
“Nəqliyyat” fakultəsinin dekanı               Tədris işləri üzrə prorektor
_______________Piriyev Y.M.                    _____________ Cəfərov F.M.
                            
Tədris şöbəsinin müdiri
                            ___________Məmmədov S.B.

Göndərilir:  Dəftərxana, Tədris şöbəsi, NF dekanlığı
 

Magistratura pilləsinə qəbul olmaq istəyən tələbələrin nəzərinə! 08.02.2012 tarixindən etibarən sənəd qəbulu başlanıb. Tələb olunan sənədlər:
  1. Şəxsiyyət vəsiqəsi.
  2. Elektron ödəmə kartı.
  3. Bal haqqında arayış (əvvəlki məzunlar üçün diplom)

08.02.2012


Kafedra müdirlərinin və  Elmi-Tədqiqat
laboratoriyalarının rəhbərlərinin nəzərinə
!

Kafedranızda (laboratoriyanızda) 2012-ci ildə yerinə yetirilməsi planlaşdırılan Elmi-Tədqiqat işlərinin sənədləri qeydiyyat üçün AMEA-nın Elmi İnnovasiyalar mərkəzinə göndərilməlidir. Bu məqsədlə aşağıda verilən sualları azərbaycan və rus dillərində cavablandıraraq 2012-ci il fevral ayının 10-na kimi ”Müasir informatika vasitələrinin tətbiqi” Elmi-Tədqiqat laboratoriyasına, dos. A.M.Bayramova təqdim etməyiniz xahiş olunur (I tədris binası 308-ci otaq).
 
Elm və Texnika İşləri üzrə Prorektor, A.R.ŞƏRİFOV
30.01.2012


Azərbaycan Memarlıq və İnşaat Universiteti
ƏMR № 09/t-m
 

Bakı şəhəri   16.01.2012

 Töhmət verilməsi barədə

“Nəqliyyat” fakültəsinin aşağıda adları sadalanan I kurs tələbələrinə Universitetin daxili nizam-intizam qaydalarına riayət etmədikləri üçün xəbərdarlıq edilməklə töhmət elan edilsin.

Qrup 451a
1.    Əliyev Elşən Elgiz oğlu
2.    Qasımlı Hafiz Məsim oğlu

ƏSAS: Rektorun dərkənarı ilə fakültə dekanının P-26 saylı 11.01.2012-ci il tarixli təqdimatı.

REKTOR:         prof. G.H.Məmmədova

 


Tələbələrin nəzərinə! İmtahana gələrkən tələbə bileti və şəxsiyyət vəsiqəsini özünüzlə götürməyi unutmayın. Əks təqdirdə tələbə imtahana buraxılmayacaq.
Dekanlıq
23.12.2011
 

 

 

Ünvan: Az 1073, Bakı, A. Sultanova küçəsi 5

Tel: (+994 12) 539 05 79

 

E-mail: ntf@azmiu.edu.az