Elmi tədqiqat
Elmi-Tədqiqat laboratoriyaları
"Abidələrin mühafizəsi və bərpası" elmi-tədqiqat laboratoriyası
Ünvan: Bakı, Az-1073 A.Sultanova küçəsi 5, I tədris binası, III mərtəbə.
Telefon: (+994 12) 430 21 20
Email: sabina_qadjieva@yahoo.com
Elmi rəhbər,memarlıq doktoru,professor G.H.Məmmədova
Laboratoriyada ayrı-ayrı memarlıq abidələrinin qorunub saxlanılmasına dair tövsiyyələrin hazırlanması onların eskiz, bərpa və konservasiya layihələrinin tərtib olunması və qədim şəhərlərin tarixi mühitinin tədqiqi kimi işlər yerinə yetirilir.
"Müasir informatika vasitələrinin tətbiqi" elmi-tədqiqat laboratoriyası
Ünvan: Bakı, Az-1073 A.Sultanova küçəsi 5, I tədris binası, II mərtəbə.
Telefon: (+994 12) 439 07 15
Elmi rəhbər, texnika elmləri doktoru, professor A.R.Şərifov.
Laboratoriya əməkdaşları universitetin professor-müəllim heyətinin, aspirantların və tədqiqatçıların elmi informasiyalar ilə məlumatlandırılması müxtəlif layihələrin sənədləşdirilməsi və müxtəlif fondlara təqdim edilməsi İnternet şəbəkənin fəaliyyətinə dair əyani metodik vasitələr hazırlamaqla məşğul olurlar.
"Metal ərintilər fizikası" elmi-tədqiqat laboratoriyası
Ünvan: Bakı, Az-1073 A.Sultanova küçəsi 5, I tədris binası, 10-cu mərtəbə
Telefon: (+994 12) 438 35 04
Elmi rəhbər, f.r.e.d.,professor T.M.Pənahov.
Laboratoriyanın fəaliyyəti "Keçid elementləri ilə legirlənmiş Fe-Co əsaslı nizamlanan ferromaqnit ərintilərinin optik və maqnitoptik xassələri və ölçülmə rejimlərinin avtomatlaşdırılması məsələlərinin tədqiqinə həsr olunmuşdur.
Nüvə qamma - Rezonansı spektroskopiyası" elmi-tədqiqat laboratoriyası
Ünvan: Bakı, Az-1073 A.Sultanova küçəsi 5, I tədris binası, 10-cu mərtəbə.
Telefon: (+994 12) 438 35 04
Elmi rəhbər, f..r.e.n.,dosent İ.İ.Əlizadə.
Laboratoriyada "Qövslü elektrik sobalarında polad ərintilərin, müxtəlif mərhələlərində posada dəmir oksidlərinin miqdarının nüvə qamma-rezonansı üsulu ilə tədqiqatı aparılır.
"Yüksəktemperaturlu ifratkeçiricilər" elmi-tədqiqat laboratoriyası
Ünvan: Bakı, Az-1073 A.Sultanova küçəsi 5, I tədris binası, 10-cu mərtəbə
Telefon: (+994 12) 438 35 04
Elmi rəhbər, f..r.e.d.,professor V.Y.Əliyev Laboratoriyada yüksək temperaturlu ifratkeçiricilərin sadə üsullarla alınma texnologiyasının işlənib hazırlanması, müxtəlif texniki məqsədli örtük və məmulatları almaq üçün tədqiqat işləri aparılır.
Fakültələr
- Memarlıq fakültəsi
- İnşaat fakültəsi
- Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi
- Nəqliyyat fakültəsi
- İnşaat texnologiyaları fakültəsi
- Tikinti-iqtisad fakültəsi
- Mexanikləşdirmə və avtomatlaşdırma fakültəsi
- Əcnəbi vətəndaşların hazırlığı fakültəsi
- Əcnəbi Tələbələrin Təhsili dekanlığı
- İxtisasartırma fakültəsi

