Əcnəbi məzunlar
Dünyanın 60-a yaxın ölkəsində AzMİU-nun əcnəbi məzunları sənaye və iqtisadiyyatın müxtəlif sahələrinin inkaşafında xidmət göstərir,uğurlar qazanırlar.
AzMİU-nu bitirən əcnəbi məzunlar:
Erol Kaya-Türkiyə AK Parti MKYK üzvü. İstanbul Millət Vəkili |
|
Akram Tarxini-Livan İnkişaf və Yenidənqurma Şurası |
|
Abu Kharub Ayman-İordaniya Turizm üzrə Baş Katib köməkçisi. |
|
Tahsen AL Mufleh-İordaniya Baş Bələdiyyə müşaviri. |
|
Köksal Ayabakan-Türkiyə Kocaeli Belediyye Sədrinin müavini |
|
Ayham Abu Ennab-İordaniya Baş Bələdiyyə müşaviri |
|
Xaled Al Momani- İordaniya İnvestisiya Komissiyasınin Şəhərsalma və Ətraf Mühit üzrə direktoru |
|
Hüseyin Şimşek -Türkiyə Maltepe Universiteti Qəyyumlar Şurasının sədri |
|
Hasan Çakır-Türkiyə İstanbul Kagıthane Belediyyə Sədrinin müavini |
|
|
Yusuf Tanık-Türkiyə Nata Holding Şirkətinin İdarə Heyətinin üzvü
|
Nquen Çonq Çunq - Vyetnam Sosialist Respublikası Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin tikinti işləri üzrə katib müavini
|
Birol Turhan - Türkiyə Tekirdağ - Kapaklı ilçesi İnşaat Mühəndisləri odası Yönetim Kurulu
|
Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.
Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.
Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.
Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.
İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.