Tələbə həyatı
Universitetin əsaslı kitabxanası və internet şəbəkəsi var. Bütün tədris korpuslarında kompyuter otaqları və oxu zalları fəaliyyət göstərir. AzMİU-da magistratura və aspirantura şöbəsi, elmi-tədqiqat bölməsi, istehsalat təcrübə şöbəsi fəaliyyət göstərir.
AzMİU-nun fəaliyyətində ictimai təşkilatların rolu böyükdür. 1300 nəfərlik Azad Tələbə Həmkarlar İttifaqı, və Tələbə Gənclər təşkilatı fəaliyyət göstərir. Tələbələr öz asudə vaxtlarını da xoş keçirə bilirlər. Bunun üçün onlar "Ocaq" tələbə klubu, şahmat klubu, idman meydançaları, tələbə kafelərindən istifadə edə bilirlər. Tələbə şəhərciyində sanatoriya-profilaktoriya, universitetin nəzdində tələbə poliklinikası fəaliyyət göstərir.
Tələbələrin həyatını öz səhifələrində işıqlandıran "İnşaatçı kadrlar" qəzeti buraxılır.
Fakültələr
- Memarlıq fakültəsi
- İnşaat fakültəsi
- Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi
- Nəqliyyat fakültəsi
- İnşaat texnologiyaları fakültəsi
- Tikinti-iqtisad fakültəsi
- Mexanikləşdirmə və avtomatlaşdırma fakültəsi
- Əcnəbi vətəndaşların hazırlığı fakültəsi
- Əcnəbi Tələbələrin Təhsili dekanlığı
- İxtisasartırma fakültəsi

