Xarici Vətəndaşlar üçün
XARICI VƏTƏNDAŞLARIN UNIVERSITETƏ QƏBUL QAYDALARI
I. Əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsində təhsil
II. Universitetdə bakalavr pilləsində təhsil
III. Universitetdə magistr pilləsində təhsil
IV. Universitetdə doktoranturada təhsil
V. 2011/2012-ci tədris ili üçün təhsil haqqları (Əcnəbi vətəndaşlar üçün)
I. Əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsi
Hazırlıq fakültəsinə sənəd qəbulu hər tədris ili sentyabr ayının 1-dən oktyabr ayının 30-na kimidir. Dərslər sentyabr ayının 15-i başlanır.
Hazırlıq fakültəsində təhsil almaq üçün universitetə aşağıdakı sənədlər təqdim olunur:
- hazırlıq fakültəsinə qəbul üçün rektorun adına ərizə (ixtisas göstərilməklə və tədris dili göstərilməklə);
- keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən təhsil haqqında sənədlər
- tibbi arayış və tələbənin gəldiyi ölkənin rəsmi səhiyyə orqanları tərəfindən verilən QİÇS (AİDS) təhlil testi;
- pasport və ya şəxsiyyətini təsdiq edən sənədin surəti (Azərbaycan Respublikasına giriş vizası olmaqla);
- tərcümeyi-hal
- 8 ədəd 3x4 ölçüdə foto.
Qeyd: Yuxarıda göstərilən sənədləri həmçinin email vasitəsilə də təqdim edə bilərsiniz: htf@azmiu.edu.az; ipps@azmiu.edu.az
Sadalanan sənədlər azərbaycan dilinə tərcümə olunmalı və notarius tərəfindən təsdiq olunmalıdır.
Xarici vətəndaş ilə universitet arasında müqavilə bağlanır. Təhsil haqqı hər semestrin əvvəlində tələbənin özü tərəfindən Təhsil Nazirliyinin təsdiq etdiyi məbləğdə ABŞ dolları ilə ödənilir. Əcnəbi tələbə hər hansı üzürlü və üzürsüz səbəbdən təhsilini davam etdirə bilmədiyi və ya davam etdirmək istəmədiyi halda, habelə yuxarıda göstərilən əsaslara görə universitetdən xaric olunduqda ödənilmiş təhsil haqqı qaytarılmır. Xarici vətəndaşın universitetə qəbul əmri verildiyi gündən o, universitetin tələbəsi statusunu alır.
Universitetdə hazırlıq fakültəsində təhsil müddəti 1 ildir. Dil kurslarında təhsil müddəti 3-6 aydır.
Hazırlıq fakültəsində təhsil azərbaycan, rus və memarlıq ixtisası üzrə ingilis dilində də aparılır.
Xarici vətəndaşların Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində qeydiyyatı aparılır:
- 1 illik müvəqqəti yaşamaq hüququ
Xarici tələbə kitabxana, idman kompleksi, tibbi xidmət,yataqxana, habelə ödənişli əsaslarla təhsil alan azərbaycanlı tələbələ üçün müəyyən olunmuş digər hüquqlardan istifadə edir və xarici tələbə öz növbəsində:
- təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət edir;
- təhsil müəssisəsinin əmlakının korlanmasına yol vermir;
- onun təqsiri üzündən təhsil müəssisəsinə vurulmuş zərəri ödəyir.
Xarici tələbə hazırlıq fakültəsində müvəffəqiyyətlə təhsilini bitirdikdə ona müvafiq ixtisas və təhsil aldığı dilə uyğun şəhadətnamə verilir.
II. Universitetdə bakalavr pilləsində təhsil:
Universitetdə əyani şöbəyə sənəd qəbulu hər tədris ili sentyabr ayının 15-i və
qiyabi şöbəyə isə sənəd qəbulu oktyabr ayının 30-na kimidir.
əyani şöbədə dərslər sentyabr ayının 15-i başlanır.
1. Xarici vətəndaşlar universitetdə təhsil almaq üçün aşağıdakı sənədləri təqdim edir:
- hazırlıq fakültəsini bitirmək haqqında şəhadətnamə (tələbə hazırlıq fakültəsini bitirdiyi ixtisasa və diləuyğun təhsilini bakalavr pilləsində davam etdirməlidir.)
- universitetə qəbul üçün rektorun adına ərizə (ixtisas göstərilməklə);
- təhsil haqqında sənəd (keçilən dərslər göstərilməklə);
- tibbi arayış və tələbənin gəldiyi ölkənin rəsmi səhiyyə orqanları tərəfindən verilən QİÇS (AİDS) təhlil testi;
- pasport və ya şəxsiyyətini təsdiq edən sənədin surəti (Azərbaycan Respublikasına giriş vizası olmaqla);
- tərcümeyi-hal;
- 8 ədəd 3x4 ölçüdə foto;
Sadalanan sənədlər azərbaycan dilinə tərcümə olunmalı və notarius tərəfindən təsdiq olunmalıdır.
1. Xarici vətəndaş ilə universitet arasında müqavilə bağlanır. Təhsil haqqı hər semestrin
əvvəlində tələbənin özü tərəfindən Təhsil Nazirliyinin təsdiq etdiyi məbləğdə ABŞ dolları ilə ödənilir.
Əcnəbi tələbə hər hansı üzürlü və üzürsüz səbəbdən təhsilini davam etdirə bilmədiyi və ya davam etdirmək istəmədiyi halda, habelə yuxarıda göstərilən əsaslara görə universitetdən xaric olunduqda ödənilmiş təhsil haqqı qaytarılmır.
1. Xarici vətəndaşın universitetə qəbul əmri verildiyi gündən o, universitetin tələbəsi statusunu alır.
Universitetdə əyani şöbədə təhsil müddəti 4 il,qiyabi şöbədə isə 5 ildir. (Memarlıq ixtisasında qiyabi şöbə yoxdur).Təhsil azərbaycan, rus və memarlıq ixtisası üzrə ingilis dilində də aparılır.
1. Əyani şöbədə təhsil alan əcnəbi tələbələrin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində qeydiyyatı aparılır:
- 1 illik müvəqqəti yaşamaq hüququ verilir.
5. Əcnəbi tələbə kitabxana, idman kompleksi, tibbi xidmət,yataqxana, habelə ödənişli əsaslarla təhsil alan azərbaycanlı tələbələr üçün müəyyən olunmuş digər hüquqlardan istifadə edir və xarici tələbə öz növbəsində.
- təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət edir;
- təhsil müəssisəsinin əmlakının korlanmasına yol vermir;
- onun təqsiri üzündən təhsil müəssisəsinə vurulmuş zərəri ödəyir.
6. Əcnəbi tələbə müvəffəqiyyətlə təhsilini bitirdikdən sonra ona müvafiq ixtisas və dərəcə almağına dair bakalavr diplomu verilir.
III. Universitetdə magistr pilləsində təhsil
Təhsildə yüksək göstəricilər əldə edən məzunlar bakalavr diplomlarına uyğun müvafiq istiqamətlərdə təhsillərini magistr pilləsində davam etdirə bilirlər. Bakalavr pilləsini Azərbaycan Respublikasında bitirməyən əcnəbi vətəndaşlar magistraturada təhsil almaq üçün Əcnəbi Tələbələrin Hazırlığı fakültəsində dil kurslarını keçməlidirlər. Magistraturada dərslər sentyabr ayının 15-də başlanır.
Xarici vətəndaş ilə universitet arasında müqavilə bağlanır. Təhsil haqqı hər semestrin əvvəlində magistrin özü tərəfindən Təhsil Nazirliyinin təsdiq etdiyi məbləğdə ABŞ dolları ilə ödənilir. Əcnəbi magistr hər hansı üzürlü və üzürsüz səbəbdən təhsilini davam etdirə bilmədiyi və ya davam etdirmək istəmədiyi halda, habelə yuxarıda göstərilən əsaslara görə universitetdən xaric olunduqda ödənilmiş təhsil haqqı qaytarılmır. Magistraturada təhsil müddəti əyani şöbədə 2 il, qiyabi şöbədə isə 2,5 ildir. Memarlıq istiqaməti üzrə qiyabi təhsil yoxdur. Əcnəbi magistr müvəffəqiyyətlə təhsilini bitirdikdən sonra ona müvafiq ixtisas və dərəcə almağına dair magistr diplomu verilir.
IV. Universitetdə doktoranturada təhsil
Magistr pilləsində təhsilini müvəffəqiyyətlə bitirən xarici vətəndaşlar
doktoranturada təhsil ala bilirlər. Magistraturanı Azərbaycan Respublikasinda bitirməyən
əcnəbi vətəndaşlar dil kurslarini keçməlidirlər.
Azərbaycan Memarlıq və İnşaat Universitetində 2012/2013-cü tədris ili üçün təhsil haqqları
(Əcnəbi vətəndaşlar üçün)
| Bakalavr Pilləsi | ||
| İxtisaslar | Əyani | Qiyabi |
| ÖSYS imtahanlarını qazanan TC vətəndaşları üçün | ||
| Memarlıq | 2000 | - |
| Digər ixtisaslar | 1700 | - |
| ÖSYS imtahanlarını qazanmayan TC və digər xarici ölkə vətəndaşları üçün | ||
| Memarlıq | 2200 |
|
| Digər ixtisaslar | 2000 | 1200 |
| Magistratura | ||
| Bütün ixtisaslar | 2000 | 1600 |
| Doktorantura | ||
| Bütün ixtisaslar | 3000 | 2500 |
|
| Hazırlıq | |
|
| 1200 | |
|
| Dil kursları | |
|
| 700 | |
Ünvan : AZ 1073, Bakı, A.Sultanova küç.5, bina 1
Tel: (+994 12) 539 05 97; 539 07 48; 538 94 01; 432 52 26; 434 58 60; 434 52 86
Email : foreign_prorector@yahoo.com
Xarici tələbələrin təhsili dekanlığı : ettf@azmiu.edu.az
Xarici tələbələrin hazırlıq fakültəsi :htf@azmiu.edu.az

