İxtisasartırma fakültəsi
1976 – cı ildən fəaliyyət göstərən bu fakültənin əsas təhsil istiqaməti idarə və təşkilatların rəhbər işçilərinin peşə və siyasi biliklərini artırmaqdan ibarətdir. Fakültəyə ardıcıl olaraq dosentlər S.Ə. Abdilov (1975 - 1996), R.S. Mahmudov (1996 - 1999) rəbərlik etmişlər. İxtisasartırma fakültəsinə 9 nazirlik və baş idarədən dinləyicilər göndərilir. Tədris iki formada: ihtehsalatdan ayrilmaqla və ayrılmamaqla aparılır.Təlimata görə istehsalatdan ayrılmaqla keçirilən kurs 3 ay müddətində, istehslalatdan ayrılmamaqla isə 6 ay müddətində davam edir. Bəzən istehsalatdan ayrılmaqla olan kurslar nazirlik və baş idarələr tərfindən 3 həftəyədək ixtisar edilir.
Universitetimizə göndərilən digər təhsil müəsissələrinin müəllimləri üçün stajkeçmə kursları təşkil edilir. Onlar univeristetin uyğun kafedralarında təcrübə mübadiləsi keçirlər, kitabxana, kompüter və digər müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalarda elmi- tədqiqat işi aparılır.
Universitetin tələbələri, müəllimləri, aspirantları və magistrları üçün “İxtisasartırma” fakültəsinin nəzdində təşkil olumuş kurslar:
1. “Xarici dil” (İngilis dili) kursu
2. Windows, Excel, Power Point, İnternet, Photoshop, Corol Draw proqramları üzrə informasiya texnologiyaları (kompüter) kursları
3. Autocad, Archicad, 3D Max proqramları üzrə (kompüter) kursları
4. Eyni zamanda “Uğur” adlı abituriyent hazırlığı və “Alman” dili kurslarının açılması nəzərdə tutulur.
Kənar təşkilatalar üçün yaradılmış ixtisasartırma kursları:
1. “Bina və qurğuların lahiyələndirlməsi, inşaası və yenidən qurulmasında zəlzələyə davamlığın təmin edilməsi” – “Qurğuların sınağı və zəlzələyə davamlılığı” kafedrasında. “Qərb İxrac Neft Boru kəməri trassası ətrafında ekoloji vəziyyət” – “Hidrotexniki qurğular və hidravlika” və “Hidrotexniki meliorasiya və hidrologiya” kafedrasında.
2. “Knauf sistemlərinin öyrənilməsi” - “İnşaat materialları” kafedrasında.
3. “Bakı qaz” – ın tabelyində olan müəssisə və təşkilatlarda mühəndis – texniki və xidməti işçiləri üçün ixtisasartırma kursu – “Qaz təchizatı və mikroiqlimim təmin edən sisitemlər” kafedrasında.
Kurslarda dərslər əsasən universitetin təcrübəli professor – müəllim heyəti tərəfindən aparılır. Bundan əlavə, fakültəyə müxtəlif elmi – tədqiqat və layihə institutlarından da yüksək ixtisaslı mütəxəssislər cəlb olunurlar.
İxtisasartırma fakültəsində hər il 250- 300 nəfər mühəndis – texnik ixtisasını artırır.
İXTİSASARTIRMA FAKÜLTƏSİ
| Vəzifəsi | Soyadı, adı, atasının adı | Telefonlar | |
| Daxili | Şəhər | ||
| Dekan | İmaməliyeva Cəmilə | 1-16 | (0099412) 439-10-48 |
Fakültələr
- Memarlıq fakültəsi
- İnşaat fakültəsi
- Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi
- Nəqliyyat fakültəsi
- İnşaat texnologiyaları fakültəsi
- Tikinti-iqtisad fakültəsi
- Mexanikləşdirmə və avtomatlaşdırma fakültəsi
- Əcnəbi vətəndaşların hazırlığı fakültəsi
- Əcnəbi Tələbələrin Təhsili dekanlığı
- İxtisasartırma fakültəsi

