İnşaat fakültəsi
Fakültənin əsası 1920-ci ildə qoyulmuşdur.
1923-cü ildə Bakı Politexnik İnstitutu Azərbaycan Politexnik İnstitutu adlananda fakültə “Tikinti-mühəndis” fakültəsi adlandırılmışdır. Fakültə bu adla fəaliyyət göstərsə də onun nəzdində xalq təsərrüfatının müxtəlif sahələri üçün ixtisaslı kadrlar hazırlanmışdır.
1954-cü ildə bu fakültə Azərbaycan Politexnik İnstitutunun ən böyük fakültəsinə çevrilmiş və burada 1500 tələbə təhsil almışdır.
1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradılarkən fakültə bu ali məktəbin tərkibinə verilir və bir ildən sonra onun bazası əsasında “Sanitariya texnikası” və “İnşaat-texnologiya” fakültələri təşkil olunur.
Fakültədə sənaye və mülki tikinti, şəhər və bələdiyyə tikintisi və təsərrüfatı sahəsində çalışan mütəxəssislər hazırlanır.
İxtisas və istiqamətlər:
Bakalavr pilləsi:
İstiqamətlər:
T 20.00.00 İnşaat
T 38.00.00 Daşınmaz əmlakın idarə olunması və ekspertizası
İxtisaslar:
T 20.01.00 Sənaye və mülki tikinti
T 20.03.00 Şəhər bələdiyyə tikintisi və təsərrüfatı
T 38.01.00 Daşınmaz əmlakın idarə olunması və ekspertizası (sahələr üzrə)
Magistratura pilləsi
İstiqamətlər:
T 20.00.00 İnşaat
İxtisaslaşmalar:
TM 20.00.01 Bina və qurğuların nəzəriyyəsi və layihələndirilməsi
TM 20.00.02 İnşaatda təşkilati-texnoloji və iqtisadi məsələlərin nəzəri və təcrübi həlli
TM 20.00.05 Şəhərsalmada fəza sistemlərinin formalaşdırılması
TM 23.00.06 Bina və qurğuların texniki istismarı və rekonstruksiyası
Azərbaycan Respublikasının Nazirlər kabinetinin 12 yanvar 200-cu il tarixli 8 № li qərarı ilə Ali təhsilin bakalavr səviyyəsində 2009/2010 tədris ilindən hazırlanan ixtisaslar.
050634 – İnşaat mühəndisliyi
Fakültənin rəhbərliyi
| Vəzifəsi | Soyadı, adı, atasının adı | Telefonlar | |
| Daxili | Şəhər | ||
| Dekan | Məmmədov Hikmət Süleyman oğlu | 1-96 | (0099412) 439-07-36 |
| Dekan müavini | Eminov Yamən Məhəmməd oğlu | 1-20 | (0099412) 439-07-36 |
| Dekan müavini | Quliyeva Əzizə Mürsəl qızı | 1-20 | (0099412) 439-07-36 |
Fakültənin kafedraları
| Dəmir beton və daş konstruksiyaları | Seyfullayev Xanlar Qurban oğlu | 1-25 | |
| Metal ağac və plastik kütlə konstruksiyaları | Əsgərov Cahangir Vəli oğlu | 2-04 | |
| Bünövrələr, özüllər və yeraltı qurğular | Eyyubov Yaqub Abdulla oğlu | 1-21 | (0099412) 439-06-73 438-31-25 |
| Tikinti istehsalının texnologiyası | Salahov Muğan Ədil oğlu | 2-23 | (0099412) 439-10-63 |
| Tarix və sosial-siyasi fənlər | Mikayılov Nurqələm Mikayıl oğlu | 1-51 1-15 2-09 | (0099412) 438-40-12 |
| Qurğuların sınağı və zəlzələyə davamlılığı | Məmmədov Şakir Əhməd oğlu | 1-04 | (0099412) 439-07-96 |
| Şəhər bələdiyyə tikintisi və təsərrüfatı | Əliyev İlqar Qiyas oğlu | 1-34 |
KAFEDRALAR
Dəmir-beton və daş konstruksiyaları
Kafedranın yaranma tarixi: 
Kafedranın əsası 1920-ci ildə qoyulmuşdur. Kafedra 1 tədris və 1 elmi-tədqiqat laboratoriyasından ibarətdir. Kafedrada 1 professor və 7 dosent fəaliyyət göstərir.
Kafedrada yerinə yetirilən elmi-tədqiqat işləri respublikanın tikinti təşkilatları tərəfindən layihələndirilmə praktikasında tətbiq edilir.
Dəmir-beton və daş konstruksiyaları kafedrasında bakalavr və magistr hazırlığı aparılır. “İnşaat konstruksiyaları, bina və qurğular” istiqaməti üzrə elmlər doktoru və namizədləri hazırlanır.
Kafedra xarici ölkələrlə: Rusiya, İran, Türkiyə, Sudan, Əfqanıstan və Konqo ilə geniş əlaqələr yaratmışdır. Bu ölkələrin 20-dən artıq vətəndaşları kafedrada aspiranturada ödənişli əsaslarla təhsillərini alaraq texnika elmləri namizədi alimlik dərəcələrini almışlar.
Tədris olunan fənnlər:
Kafedrada bakalavr pilləsində "Dəmir-beton və daş konstruksiyaları", magistr pilləsində "Mühəndis dəmir-beton konstruksiyaları", "Nazikdivarlı dəmir-beton fəza konstruksiyaları", "Çoxmərtəbəli karkas binaların hesablanması və layihələndirilməsi"fənləri tədris olunur.
Kafedranın texniki təchizatı
Laboratoriyada aparılan sınaq işləri tələbələrinin praktiki vərdişlər əldə etməsi üçün böyük rol oynayır.
Kafedranın apadığı ETİ:
Dövlət büdcəsi ilə maliyəşən "Nazikdivarlı fəza 7konstruksiyalarının statika, dinamika və dayanıq məsələlərinin tədqiqi"mövzusunda elmi-tədqiqat işi aparılır. Mövzusunun rəhbəri: prof. X.Q. Seyfullayevdir. Elmi tədqiqat işinə çoxlu sayda aspirant və tədqiqatçılar və həmçinin magistrlər cəlb olunmuşdur.
Yerinə yetirilən elmi-tədqiqat işləri Respublikasının tikinti təşkilatları tərəfindən layihələndirilmə praktikasında tətbiq olunmuşdur. Eyni zamanda elmi işlərin nəticələri normativ sənədlərində tətbiq olunmaq üçün tövsiyyə edilmişdir.
Kadr hazırlığı:
"Dəmir-beton və daş konstruksiyaları"kafedrasında bakalavr və magistr hazırlığı da aparılır. "İnşaat"konstruksiyaları, bina və qurğular"istiqaməti üzrə elmlər doktorları və namizədləri hazırlanır.
Kafedra xarici ölkələrlə: Rusiya, İran, Türkiyə, Sudan, Əfqanistan və Konqo geniş əlaqələr yaratmışdır. Bu ölkələrin 20-yə qədər əməkdaşları kafedrada aspiranturada ödənişli əsaslarla təhsillərini alaraq texnika elmlər namizədi alimlik dərəcələrini almışlar. Elmi rəhbərlər prof. Seyfullayev X.Q və dos. Nəcəfov X.M olmuşdur.
Kafedra xarici vətəndaşlarla da magistratura pilləsində çoxlu sayda magistratlarla rəhbərlik edərək onların diplom almasına nail olmuşdur.
Yuxarı
Bünövrələr, özüllər və yeraltı qurğular
Kafedra 1964-cü ildə yaradılmışdır. Kafedrada 1 tədris, 1 elmi-tədqiqat laboratoriyası və geologiya muzeyi fəaliyyət göstərir. Kafedrada 1 professor, 7 dosent, 1 baş müəllim və 2 assistent çalışır.
Tədris və elmi-tədqiqat laboratoriyaları müasir cihaz və avadanlıqlarla təchiz edilmişdir.
Elmi-tədqiqat laboratoriyasında dövlət büdcəsi hesabına 2006-2010-cu illər üçün “Qrunt bünövrənin zədələnməsi və qeyri-xətt sürüngənliyini nəzərə almaqla yeraltı və yerüstü qurğu və konstruksiyaların hesablanması üsullarının işlənilməsi” mövzusunda elmi iş icra olunur. Bu işlərin nəticələri müxtəlif Beynəlxalq və Respublika elmi konfranslarında məruzə olunur. 1996-cı ildə Azərbaycan Qruntlar mexanikası və Geotexnik mühəndisliyi Milli Komitəsi yaradılmış və Beynəlxalq Cəmiyyətə (London şəhəri) üzv qəbul edilmişdir. Kafedra mütəmadi olaraq dünyanın müvafiq aparıcı elmi-tədqiqat müəssisələri və təhsil ocaqları ilə sıx əlaqə saxlayır.
Kafedra inşaat istiqamətində bakalavr və magistr hazırlıgı üçün ixtisas kafedrasıdır. Kafedrada keyfiyyətli mütəxəssis hazırlığı üçün müasir elmi-texniki informasiya və texnologiyaların mənimsənilməsi istiqamətində işlər aparılır.
Tədris olunan fənnlər:
Kafedrada təhsilin bakalavr pilləsində 7 fənn və magistratura pilləsində 2 fənn tədris olunur.
Kafedranın texniki təchizatı
Kafedranın tədris və elmi tədqiqat laboratoriyaları müvafiq cihaz və avadanlıqlarla təchiz edilmişdir. Laboratoriyalarda 20-ə qədər laboratoriya işi icra olunur.
Kafedranın apadığı ETİ:
Elmi-tədqiqat laboratoriyasında Dövlət Büdcəsi hesabına 2006-2010-cu illər üçün "Qrunt bünövrənin zədələnməsi və qeyri-xətti sürüncəkliyini nəzərə almaqla yeraltı və yerüstü qurğu və konstruksiyaların hesablanması üsullarının işlənilməsi"mövzusunda elmi iş icra olunur. Bu işlərin nəticələri müxtəlif Beynəlxalq və Respublika Elmi konfranslarında məruzə olunur. 1996-ci ildə prof. Y.A. Eyyubovun rəhbərliyi ilə Azərbaycan Qruntlar mexanikası və Geotexnik mühəndisliyi Milli Komitəsi yaradılmış və Beynəlxalq Cəmiyyətə (London ş.) üzv qəbul edilmişdir. Kafedra mütəmadi olaraq dünyanın müvafiq aparıcı elmi-tədqiqat müəssisələri, təhsil ocaqları və ayrı-ayrı görkəmli alim-mütəxxəsisləri ilə sıx yaradıcılıq əlaqəsi saxlayır. Kafedrada 1970-1990-cı illərdə iki ixtisas üzrə (01.02.07-"Dənəvər cisimlərin, dağ süxurlarının və qruntların mexanikası", 05.23.02 - "Bünövrələr və özüllər") ixtisaslaşdırılmış Şura fəaliyyət göstərmiş və bu şurada onlarla ölkə və xarici ölkə vətəndaşları uğurla namizədlik dissertasiyası müdafiə etmişdir.
Kadr hazırlığı:
Kafedra inşaat istiqamətində bakalavr və magistr hazırlığı üçün ixtisas kafedrasıdır. Kafedrada keyfiyyətli mütəxəssis hazırlığı üçün müasir elmi-texniki informasiya, nailiyyət və texnologiyaların mənimsənilməsi istiqamətində işlər aparılır.
Yuxarı
Tikinti istehsalının texnologiyası kafedrası
Kafedranın əsası 1920-ci ildə qoyulmuşdur. Kafedrada 1 professor, 2 dosent və 3 baş müəllim çalışır.
2006-2010-cu illər üçün kafedra dövlət büdcəli “Seysmik tikinti şəraitində yüksək monolit binaların inşaasında müasir texnologiyanı nəzərə almaqla beton işlərinin intensivləşdirilməsinin bəzi məsələlərinin tədqiqatı və tövsiyyənin hazırlanması” adlı elmi-tədqiqat işini yerinə yetirir.
Kafedranın Moskva İnşaat Mühəndisləri Akademiyasının və Moskva Dövlət Açıq Universitetinin “Tikinti istehsalatının texnologiyası” kafedraları ilə, həmçinin Kiyevin “Tikintiyə texnoloji, təşkili və texniki kömək” elmi-tədqiqat institutu ilə əlaqələri vardır (dissertasiya, avtoreferat, informasiya materialları, texniki və normativ sənədlərin hazırlanması, texnoloji xəritələrin tərtibi və s. sahələr üzrə).
Tədris olunan fənlər:
- Tikinti proseslərinin texnologiyası.
- Bina və qurğuların quraşdırılmasının texnologiyası.
- Tikinti istehsalatının texnologiya texnologiyası.
- Seysmik rayonlarda binaların inşasının texnoloji proseslərinin düzgün yerinə yetirilməsinə nəzarət texnologiyası.
- Xüsusi bina və qurğuların tikintisinin texnologiyası.
- Monolit dəmir – beton binaların dikəldilməsi proseslərinin texnologiyası.
- Müasir texnologiya ilə yüksək bina və qurğuların tikintisinin texnologiyası.
- Elmi-texniki tərəqqinin effektivliyinin sənaye və mülki binaların inşasına tətbiqi.
Kafedranın apardığı ETİ:
2006-2010-cu illər üzrə “Tikinti istehsalı texnologiyası” kafedrası dövlət büdcəli ETİ “Seysmik tikinti şəraitində yüksək monolit binaların inşasında müasir texnologiyanı nəzərə almaqla beton işlərinin intensivləşdirilməsinin bəzi məsələlərinin tədqiqatı və tövsiyyənin hazırlanması”
Kadr hazırlığı:
Kafedrada əsas magistr müdafiəsiyerinə yetirilir
2006-cı ildə kafedradan 4 magistr müdafiə etmişdir. Professor və namizədlik adları alan olmamışdır. Plan üzrə kafedraya 2007-ci ildə 6 nəfər magistr ayrılmışdır. 2008-ci ildə 1 nəfər magistr müdafiə edəcək.
Metal, ağac və plastik kütlə konstruksiyaları kafedrası
Kafedranın əsası 1920-ci ildə qoyulmuşdur. Kafedrada 1 professor və 6 dosent çalışır.
Tədris laboratoriyasında aparılan sınaq işləri tələbələrin gələcəkdə elmi işlər aparması üçün praktik vərdişlərin əldə edilməsinə kömək edir.
Dövlət büdcəsi ilə maliyyələşən “Böyük aşırımlı müstəvi sistemlərin və bir tərəfli rabitələri olan qyrğuların metal konstruksiyalarının gərginlik-deformasiya halının tədqiqi” mövzusunda elmi-tədqiqat işi aparılır.
Kafedrada bakalavr və magistr hazırlığı ilə yanaşı “İnşaat konstruksiyaları, bina və qurğular” istiqaməti üzrə elmlər namizədləri hazırlanır.
Kafedra xarici ölkələrlə: Rusiya, Türkiyə və İran ilə əlaqələr saxlayır, bu ölkələrin elmi təşkilatlarında çalışan əməkdaşlarla birgə məqalələr hazırlayırlar.
İran və Türkiyə ölkələrindən olan çoxsaylı aspirantlar kafedrada ödənişli əsaslarla təhsil alaraq texnika elmləri namizədi alimlik dərəcələri alırlar.
Kafedranın quruluşu:
"Metal, ağac və plastik kütlə konstruksiyaları" kafedrası və 1 tədris laboratoriyasından ibarətdir.
Tədris olunan fənnlər:
Kafedrada bakalavr pilləsində "Metal konstruksiyaları", "Ağac və plastik kütlə konstruksiyaları", "İnşaat konstruksiyaları", magistr pilləsində "Xüsusi metal konstruksiyaları", "Metal vərəq və asma örtük konstruksiyaları", "Ağac konstruksiyalarının müasir problemləri" fənləri tədris olunur.
Kafedranın texniki təchizatı
Tədris laboratoriyasında müvafiq cihazlar, sınaq nümunələri vardır. Laboratoriyada aparılan sınaq işləri tələbələrin gələcəkdə elmi işlər aparması üçün praktik vərdişlərin əldə edilməsinə kömək edir.
Kafedranın apadığı ETİ:
Dövlət büdcəsi ilə maliyyələşən "Böyük aşırımlı müstəvi sistemlərin və birtərəfli rabitələri olan qurğuların metal konstruksiyalarının gərginlikli deformasiya halının tədqiqi mövzusunda elmi-tədqiqat işi aparılır. Mövzunun rəhbəri t.e.d. professor N.H.Ağayevdir. Elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə aspirant və magistrlər da cəlb edilmişdir.
Kadr hazırlığı:
"Metal, ağac və plastik kütlə konstruksiyaları" kafedrasında bakalavr, magistr hazırlığı ilə yanaşı "İnşaat konstruksiyaları, bina və qurğular" istiqaməti üzrə elmlər namizədləri hazırlanır.
Kafedra xarici ölkələrlə: Rusiya, Türkiyə kimi ölkələrlə əlaqələr saxlayır, bu ölkələrin elmi təşkilatlarında çalışan əməkdaşlarla birgə elmi məqalələr hazırlayırlar.
Yuxarı
“Tarix və sosial- siyasi fənnlər” kafedrası
Universitetin “Tarix və sosial-siyasi fənlər” kafedrası 1975-ci ildə yaranmışdır. Bu kafedra indiki ad altinda yalnız 1997-ci ildən fəaliyyətə başlamışdır.
Keçən müddət ərzində kafedrada 4 doktorluq və 10-dan artıq namizədlik dissertasiyası müdafiə edilmişdir.
Kafedra elmi-tədqiqat işini 5 illik plan əsasında 3 istiqamətdə yerinə yetirir: Azərbaycan tarixi, Sosiologiya və Politologiya elmləri istiqamətində.
Kafedra 2006-2010-cu illər üçün bu üç problem üzrə elmi iş planlaşdırmışdır: Şimali Azərbaycan XX əsrin əvvəllərində (1901-1914-cü illər); XX əsrin əvvəllərində Azərbaycanda sosial-siyasi fikrin inkişafı; Müasir siyasi proseslər və siyasi fəaliyyətin ideoloji təminatı.
“Tarix və sosial-siyasi fənlər” kafedrası Respublikamızın digər ali məktəblərinin “Tarix”, “Sosiologiya”, “Politologiya”, “Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları” kafedraları ilə əlaqələr saxlayır.
Yuxarı
Qurğuların sınağı və zəlzələyə davamlığı
Kafedra 1990-cı ildə yaradılmışdır. Kafedranın 1 ixtisaslaşdırılmış ayditoriyası və 1 tədris laboratoriyası vardır. Kafedrada 4 dosent, 3 baş müəllim və 1 assistent fəaliyyət göstərir.
Tədris laboratoriyası müvafiq qurğu və avadanlıqlarla təchiz edilmişdir ki, bu da tələbələrin prakttiki vərdişlər əldə etməsi üçün böyük rol oynayır.
Kafedrada “Qurğuların dinamikasının və zəlzələyə davamlılığının nəzəri-eksperimental” mövzusunda elmi tədqiqat işi aparılır. Kafedra elmi işlər üzrə Rusiya, İran, Türkiyə, Fransa və respublikamızın bir çox elmi-tədqiqat, tədris və tikinti təşkilatları ilə six əlaqə saxlayır və əməkdaşlıq edir.
Kafedrada dövlət büdcəli, istehsalat problemli mövzular üzrə Fövqəladə Hallar Nazirliyi ilə birlikdə mövcud çoxmərtəbəli yaşayış binalarının sınağı və zəlzələyə davamlılığı üzrə tədqiqat aparılır.
Salyan şəhəri yaxınlığında Kür çayı üzərindəki körpünün buraxılış-təhvil sınaqları kafedranın əməkdaşları tərəfindən aparilmiş, eksperimental-nəzəri nəticələrinin hesabatı mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
Kafedranın əməkdaşları xaricdə (Moskva, İstanbul, Soçi, Təbriz) və respublikada keçirilən treninqlərdə, konfrans və simpoziumlarda fəal iştirak edir, elmi məruzələrlə çıxış edirlər.
Tədris olunan fənnlər:
Kafedrada 7 fənn tədris edilir (Bakalavr yönümü üzrə 5, magistr yönümü üzrə2).
Kafedranın texniki təchizatı:
Tədris laboratoriyası müvafiq qurğu və avadaqlıqlarla təchiz edilmişdir. Tədris laboratoriyasında "Qurğuların zəlzələyə davamlığı", "Qurğuların sınağı və zəlzələyə davamlığı" və "Metrologiyanın əsasları" fənlərini əhatə edən sınaq stendləri, avadanlıqlar və cihazlar mövcuddur, bu da tələbələrin praktiki vərdişlər əldə etməsi üçün böyük rol oynayır.
Kafedranın apadığı ETİ:
Kafedrada "Qurğuların dinamikasının və zəlzələyə davamlığının nəzəri-eksperimental tətqiqi" mövzusunda elmi tədqiqatlar aparılır. Kafedra inşaat elmləri üzrə Rusiya, İran, Türkiyə, Fransa və respublikamızın bir çox elmi-tədqiqat, tədris və tikinti təşkilatları ilə sıx əlaqə saxlayır və əməkdaşlıq edir. Kafedrada dövlət büdcəli, istehsalat problemli mövzular üzrə kafedra tərəfindən Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi mövcud çoxmərtəbəli yaşayış binalarının sınağı və zəlzələyə davamlığı üzrə tədqiqat aparılır. Səlyan şəhəri yaxınlığında Kür çayı üzərindəki körpünün buraxılış-təhvil sınaqları kafedranın əməkdaşları tərəfindən aparılmış, eksperimental-nəzəri nəticələrinin hesabatı mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Kafedra əməkdaşları xaricdə (Moskva, İstanbul, Soçi, Təbriz) və respublikada keçirilən treninqlərdə, konfrans və simpoziumlarda fəal iştirak edir, elmi məruzələrlə çıxış edirlər. Kafedra əməkdaşları tərəfindən 250-yə yaxın elmi əsər və 4 dərs vəsaiti çap edilmiş, 1 monoqrafiya, bir neçə dərs vəsaiti çapa hazırlanmışdır.
Kadr hazırlığı:
1990-cı ildən indiyə qədər kafedranın 8 aspirant və dissertantı namizədlik dissertasiyaları müdafiə etmişlər. Magistr, dissertant və aspirantların hazırlığı davam etdirilir.
Yuxarı
Şəhər bələdiyyə tikintsi və təsərrüfati kafedrası
Kafedra 1991-ci ildə yaradılmışdır. Kafedrada 7 dosent və 2 baş müəllim fəaliyyət göstərir.
Kafedrada “Şəhərlərin rekonstruksiyası zamanı tikililərin diaqnostikası”, “Müxtəlif konfiqurasiyalı mühəndis sistemlərinin rekonstruksiyasının tədqiqi”, “Bina və mühəndis sistemlərinin texniki istismarında bəzi defektlərin aradan qaldırılması üsulları” mövzularında elmi-tədqiqat işləri aparılır.
Kafedra ölkə daxilində Fövqəladə Hallar Nazirliyi, Nazirlər Kabineti yanında Daşınmaz Əmkakın Dövlət Reyestri Xidməti, Bakı Dövlət Layihə İnstitutu və “MEDEYA” MMC” layihə şirkəti ilə tikinti layihələrinin hazırlanması və tikililərin ekspertizası istiqamətlərində əməkdaşlıq edir. Kafedranın xarici dövlətlərin müvafiq təhsil ocaqları ilə də sıx əlaqələri vardır. Bunun nəticəsi olaraq kafedrada 10 nəfərdən artıq əcnəbi tələbə magistr pilləsində təhsil alır və magistrlik dissertasiyası üzərində müvəffəqiyyətlə çalışırlar.
Kafedrada təhsilin bakalavr pilləsində “Şəhər bələdiyyə tikintisi və təsərrüfatı”, “Daşınmaz əmlakların idarə olunması və ekspertizası” ixtisasları üzrə mütəxəssislər hazırlanır. Magistratura hilləsində isə “Şəhərsalmada məkan sistemlərinin formalaşdırılması”, “Bina və qurğuların texniki istismarı və rekonstruksiyası” ixtisaslaşmaları üzrə magistrlər hazırlanır.
Tədris olunan fənnlər:
"Bina və mühəndis sistemlərinin rekonstruksiyası", "Ərazilərin mühəndis hazırlığı və abadlaşdırılması", "Şəhər təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı", "Bina və yaşayış məntəqələrinin mühəndis sistemləri" fənləri ilə yanaşı iki ixtisas üzrə 20 -yə yaxın fənlər üzrə mühazirələr oxunur.
Kafedranın apadığı ETİ:
Kafedranın nəzdində "Şəhərlərin rekonstruksiyası zamanı tikililərin diaqnostikası", "Müxtəlif konfiqurasiyalı mühəndis sistemlərinin rekonstruksiyasının tədqiqi", "Bina və mühəndis sistemlərinin texniki istismarında bəzi deffektlərin aradan qaldırılması üsulları" mövzularında elmi-tədqiqat işləri aparılır.
Kafedranın əlaqələri:
Kafedra ölkə daxilində Fövqəladə Hallar Nazirliyi, Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestiri Xidməti, Bakı Dövlət Layihə İnstitutu və "MEDEYA" MMC" layihə şirkəti ilə tikinti layihələrinin hazırlanması və tikililərin ekspertizası istiqamətlərində əmakdaşlıq edir. Kafedranın xariji dovlətlərin müvafiq təhsil ojaqları ilə də sıx əlaqələri vardır. Bunun nətijəsi olaraq hal-hazırda 10 nəfərdən çox əjnəbi tələbə magistr pilləsində təhsil alır və magistr dissertasiyası üzərində müvəffəqiyyətlə çalışırlar.
Kadr hazırlığı:
Bu kafedrada təhsilin bakalavr pilləsində "Şəhər bələdiyyə tikintsi və təsərrüfatı", "Daşınmaz əmlakların idarə olunması və ekspertizası" ixtisasları üzrə mütəxəssislər hazırlanır. Magistratura pilləsində isə "Şəhərsalmada məkan sistemlərinin formalaşdırılması", "Bina və qurğuların texniki istismarı və rekonstruksiyası" ixtisaslaşmaları üzrə magistrantlar hazırlanır. Bunlardan başqa kafedrada 3 aspirant və dissertant hazırlanır.
Yuxarı
Fakültələr
- Memarlıq fakültəsi
- İnşaat fakültəsi
- Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi
- Nəqliyyat fakültəsi
- İnşaat texnologiyaları fakültəsi
- Tikinti-iqtisad fakültəsi
- Mexanikləşdirmə və avtomatlaşdırma fakültəsi
- Əcnəbi vətəndaşların hazırlığı fakültəsi
- Əcnəbi Tələbələrin Təhsili dekanlığı
- İxtisasartırma fakültəsi

