Rəqəmsal marketinq

Rəqəmsal marketinq, təhsil müəssisələrinin özündə və xarici bazarda daha çox tanınmağını, həmçinin müştərilərin cəlb edilməsinin daha effektiv və sərfəli yolla həyata keçirilməsini təmin edən bir prosesdir. Bu proses, universitetlər və təhsil müəssisələri üçün çox vacibdir çünki digər sektorlarda olduğu kimi, təhsil sahəsində də rəqəmsallaşma prosesi həyata keçirilir və buna uyğun tədbirlər görmək vacibdir.

Rəqəmsal marketinq, universitetin auditoriyasının daha dəqiq şəkildə hədəflənməsinə kömək edir və auditoriya üzərində daha effektiv nəzarət edilməsinə imkan verir. Bu sayədə universitet, tələbələr və abituriyentlər üçün daha yaxşı xidmətlər təqdim edə bilər və onların maraqlarına uyğun xidmətlər göstərə bilər.

Rəqəmsal marketinq, sosial şəbəkə platformalarında effektiv trendlər üzərində formalaşdırılması və brendləşmə işlərinin həyata keçirilməsi yolu ilə universitetin mövcud imicinin daha da yüksəldilməsinə kömək edir. Bu sayədə universitet daha geniş auditoriyaya çatmağa və özünü daha effektiv şəkildə tanıtmağa imkan verir.

Rəqəmsal marketinq, universitetin xarici bazarda daha çox tanınmasına kömək edir və yerli və xarici potensial müştərilərin cəlb edilmə prossesini sürətləndirir. Bu sayədə universitet, xarici tələbələrin cəlb edilməsinə daha çox fokuslanaraq, özünü daha geniş auditoriyaya çatdırmağa imkan verir.

Əsas məqsəd universitetin rəqəmsal marketinq stratejisi, daha effektiv və sərfəli yolla müştərilərin cəlb edilməsi və universitetin imicinin daha da yüksəldilməsidir.

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.