AzMİU-nun tələbə kollektivi II Şəhidlər Xiyabanını ziyarət edib

Azərbaycan Memarlıq və İnşaat Universiteti(AzMiU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin(THİK) fəal tələbələri Aprel döyüşlərinin ildönümü  ilə əlaqədar II Şəhidlər Xiyabanını ziyarət ediblər. 

AzMİU-nun tələbə kollektivi ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edib, onların ruhuna dualar oxuyub, məzarları önünə gül dəstələri düzüblər.
 

06-04-2024