Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin kommunikasiya məsələləri müzakirə olunub

Ali təhsil müəssisələrinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) universitetin PR və Media bölməsinin rəhbəri Nicat Abdullayev təmsil edib. 

Söhbət zamanı ictimaiyyət və media ilə işin təkmilləşdirilməsi, media sahəsində peşəkar vərdişlərin inkişafına dəstək olmaq, ali təhsil müəssisələri arasında kommunikasiyanın gücləndirilməsi və bu istiqamətdə birgə əməkdaşlıq imkanları müzakirə olunub.

14-02-2024