“Teknofest” hazırlıqları – "İnnoverse Club” tələbələrlə individual görüşlər keçirir

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı "Teknofest" üçün hazırlıqlar uğurla davam edir.
"Teknofest" hazırlıqları çərçivəsində İnnovativ Biznes İnkubator Mərkəzinin nəzdində fəaliyyət göstərən "İnnoverse Club"ın təşkilatı dəstəyi ilə artıq 130-dan çox tələbə ilə individual görüşlər keçirilib.
Mərkəz tərəfindən göstərilən dəstək nəticəsində tələbələr arasında yeni ideyaların formalaşması və komandaların qurulması prosesi müvəffəqiyyətlə icra olunub.
Xatırladaq ki, gənclərin milli texnologiya istehsalına marağını artırmaq və minlərlə gəncin layihələrini dəstəkləmək məqsədi daşıyan festival Adana şəhərinin ev sahibliyi ilə may ayında baş tutacaq.

13-02-2024