Ən böyük aviasiya, kosmos və texnologiya festivalı "Teknofest"ə qeydiyyata tələsin!

Hər il milyonlarla ziyarətçiyə ev sahibliyi edən Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı "Teknofest" üçün qeydiyyat başlayıb. 

May  ayında baş tutacaq “Teknofest”ə bu il Türkiyənin Adana şəhəri ev sahibliyi edəcək. 

Əziz tələbələr, gənclərin milli texnologiya istehsalına marağını artırmaq və bu sahələrdə çalışan minlərlə gəncin layihələrini dəstəkləmək məqsədi daşıyan  festivala qeydiyyat üçün Azərbaycan Memarlıq və İnşaat Universiteti İnnovativ Biznes İnkubator Mərkəzinə yaxınlaşa və ya linkə keçid edə bilərsiniz. 

https://docs.google.com/forms/d/e/1FAIpQLSc-B98Tt4quCcQk5gHkjt0mJRkg6LTKy9zXaxCWis-0Ywd4gg/viewform  

Qeyd edək ki, festival üçün son müraciət tarixi fevralın 20-dir.

Əlavə məlumat üçün AzMİU, İnnovativ Biznes İnkubator Mərkəzi, 1 korpus, 113-cü otağa yaxınlaşa bilərsiniz.
 

30-01-2024