AzMİU-nun nəzdində Fizika-riyaziyyat təmayüllü liseyə qəbul qaydaları yenilənib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində Fizika-riyaziyyat təmayüllü liseyə qəbul qaydaları yenilənərək təkmilləşdirilib. 

Yeni qaydalara əsasən, 2023/2024-cü tədris ili üçün hazırda ümumtəhsil məktəbləri, lisey və gimnaziyalarda təhsil alan 6,7,8,9-cu sinif şagirdləri iştirak edə bilərlər.

Qəbul imtahanı 7 və 8-ci siniflər üçün tədris dili və riyaziyyat fənləri üzrə, 9 və 10-cu siniflər üçün isə  tədris dili, riyaziyyat və fizika fənlərindən keçirilir.
Liseyə qəbul imtahanı  aşağıdakı fənlər üzrə test üsulu ilə aparılır:

1) 7-ci sinfə qəbul:
- Tədris dili (Azərbaycan dili) – 20 sual; 
- Riyaziyyat – 30 sual.

2) 8-ci sinfə qəbul:
 - Tədris dili (Azərbaycan dili) – 25 sual;
 - Riyaziyyat – 35 sual.

3) 9-cu sinfə qəbul:
- Tədris dili (Azərbaycan dili) – 20 sual;
- Riyaziyyat– 20 sual;
- Fizika – 20 sual.

4) 10-cu sinfə qəbul:
 - Tədris dili (Azərbaycan dili) – 20 sual;
 - Riyaziyyat – 20 sual;
 - Fizika – 20 sual. 

Qeyd edək ki, sənəd qəbulu mayın 15-dən iyunun 10-a kimi aparılacaq. Liseydə təhsil ödənişlidir və illik təhsil haqqı 1500 manat təşkil edir. 

İmtahanda iştirak edəcək şagirdlər buraxılış vərəqi üçün iyun ayının 3-dən 7-nə kimi liseyə yaxınlaşmalıdırlar.

Lazım olan sənədlər: 
- 2 ədəd 3x4 şəkil;
- şəxsiyyət vəsiqəsinin surəti. 

Qəbul imtahanının keçiriləcəyi yer haqqında əvvəlcədən məlumat veriləcək.

Ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələri ilə əlaqə saxlaya bilərsiniz. 

Tel:  (012) 539 54 48
       (055) 551 51 63

E-Mail: [email protected]

 

22-01-2024