TEC-in “İnşaatçılar” dərnəyinə yeni üzvlər seçilir

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Elmi Cəmiyyətinin (TEC) İnşaat fakültəsinin tələbələri ilə görüşü keçirilib.

Görüşdə Elm və innovasiya məsələləri üzrə prorektor professor Nigar Aslanova, İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev, TEC-in sədri Günel İmamquliyeva və tələbələr iştirak ediblər. 

Nigar Aslanova tələbələrin elmə olan marağının artırılması istiqamətində TEC-in rolundan danışıb. Onların   elmi tədqiqatla məşğul olması üçün universitet rəhbərliyi tərəfindən lazımi şəraitin yaradıldığını deyib. 

Sahib Fərzəliyev tələbələri elmi tədqiqat və elmi-təşkilati işlərdə fəal iştiraka səsləyib. TEC-in istedadlı gənclərin dəstəklənməsində və onların yaradıcı bacarıqlarının üzə çıxarılmasındakı əhəmiyyətinə toxunub.

Günel İmamquliyeva rəhbəri olduğu cəmiyyətin üstünlükləri, vəzifələri, fəaliyyəti və gördüyü işlər barədə geniş təqdimatla çıxış edib. 

Görüşün sonunda TEC-in fakültədə fəaliyyətinin genişləndirilməsi məqsədilə  “İnşaatçılar” dərnəyinə üzvlərin seçilməsinə start verilib.
 

17-11-2023