Prorektor Nigar Aslanova “Mükafat təyin edilmiş milleniumun 7 riyazi problemlərdən biri – Riman fərziyyəsi” mövzusunda elmi məruzə edib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) elm və innovasiya məsələləri üzrə prorektoru professor  Nigar Aslanova “Mükafat təyin edilmiş milleniumun 7 riyazi problemlərdən biri – Riman fərziyyəsi” mövzusunda elmi məruzə ilə çıxış edib.  

Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən  elmi seminarda  tələbələrlə yanaşı müəllim heyəti də iştirak ediblər. 

Professoru Nigar Aslanovanın geniş və əhatəli çıxışından sonra mövzu ilə bağlı suallar cavablandırılıb.

Qeyd edək ki, tələbələr üçün keçirilən elmi seminar onların elmə marağının artırılması məqsədini daşıyır və gələcəkdə də elmi populyar mövzularda seminarların keçirilməsi nəzərdə tutulur.
 

22-05-2023