Nəqliyyat fakültəsinin tələbələri tərəfindən Ulu Öndərə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Nəqliyyat fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib. 
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Nəqliyyat fakültəsinin tələbələri Nigar Allahverdiyeva və Nihad Əmirəliyev müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin siyasi irsi, şərəfli həyat və fəaliyyəti eləcə də Azərbaycanda milli özünüdərkin, intibahın yaranması və formalaşmasında Ulu Öndərin gördüyü işlər barədə təqdimatla çıxış ediblər.  

Sinay Məmmədli və Bəhram İbrahimovun qiraətində Ulu Öndərə həsr olunmuş şeirlər, vətənpərvərlik mövzusunda musiqilərlə səsləndirilib, Ümummilli Liderin çıxışlarından ibarət videoçarx nümayiş etdirilib. 

Sonda  Süleymanlı Vüqarın ifasında “Sən elə bir zirvəsən” adlı mahnı səsləndirilib.
 

22-05-2023