AzMİU-da işğaldan azad olunmuş ərazilərdə turizmin sosial-iqtisadi aspektləri müzakirə edilib [23.11.2022]

İqtisadi nəzəriyyə və marketinq kafedrasında elmi seminar  keçirilib. Seminarda Tikinti-iqtisad fakültəsinin dekanı, dosent Rahad Qəribov, İqtisadi nəzəriyyə və marketinq kafedrasının müdiri, dosent Asəf Ağayev,  kafedranın əməkdaşları və  doktorantlar iştirak ediblər. 
Seminarda kafedranın müəllimi İsa Muradov  “İşğaldan azad olunmuş regionlarda turizm inkişafının sosial-iqtisadi problemləri” adlı mövzunda çıxış edib. İsa Muradov məruzəsində işğaldan azad olunmuş regionların zəngin iqtisadi potensialı, təbii sərvətləri,  geniş turizm imkanları və s. kimi aktual məsələlərə toxunub. 
Sonda elmi seminarda iştirak edən professor-müəllim heyəti məruzə ətrafında fikir mübadiləsi aparıblar, məruzəçi tərəfindən seminar iştirakçılarının sualları cavablandırılıb.
 

 

23-11-2022