Media-vizual işıqlandırma üzrə dünyaca tanınmış mütəxəssis AzMİU tələbələrilə görüşüb [01.11.2022]

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində fəaliyyət göstərən Azərbaycan – İtaliya Dizayn Mərkəzində "Perkins" MMC-nin təsisçisi, müasir media-vizual işıqlandırma üzrə dünyaca tanınmış mütəxəssis İsa Uzunlar və həmin şirkətin əməkdaşı Nicat Xəlilovla tələbələrin görüşü keçirilib. 
Görüşün məqsədi dünya üzrə memarlıq aləmində aktuallıq kəsb edən, ultramüasir media-vizual işıqlandırma texnologiyaları, onların tətbiqi imkanları və şəhərin estetik görkəminə bəxş etdiyi vizual təəssüratlar, bu sahədə olan yeni, ultramüasir  təmayüllər və müasir konservasiya problemləri ilə bağlı işığın təqdimat imkanları haqqında tələbələri marifləndirmək olub. 
Görüşdə tələbələrlə yanaşı pedaqoji heyətin nümayəndələri də iştirak ediblər.
Sonda dinləyicilərin çoxsaylı sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb. 
 

 

01-11-2022