AzMİU-nun magistrantları tezislərin hazırlanması barədə məlumatlandırılıb


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə magistrantlar üçün növbəti maarifləndirici seminar keçirilib. 

Dizayn fakültəsinin TEC sədri dosent Elşad Əliyev tərəfindən aparılan seminarda tezislərin hazırlanması qaydaları ilə bağlı baza bilikləri təqdim olunub. Gənc tədqiqatçılara konfrans üçün məqalə və tezislərə verilən tələblər, tərtibat qaydaları izah edilib, diqqət etməli məqamlar barədə məlumatlar verilib.  

Seminar Elşad Əliyevin magistrantların suallarının cavablandırılması ilə başa çatıb.
 

30-04-2024