İnklüziv sosial inkişaf şöbəsinin müdiri AzMİU-da elmi seminar keçib
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AMİU) Sənayenin təşkili və idarə edilməsi kafedrasında “Sosial sahibkarlıq” mövzusunda elmi seminar keçirilib.
Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun İnklüziv sosial inkişaf şöbəsinin müdiri Rəsmiyyə Abdullayeva ixtisas qruplarında elmi seminar aparıb.
Rəsmiyyə Abdullayeva tərəfindən “Sosial sahibkarlıq” mövzusunda aparılan elmi seminar zamanı mütəxəssis təcrübi biliklərini tələbələrlə bölüşüb, sosial rifah, yoxsulluğun azaldılması, sosial sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı təqdimatlar edib. Çıxışın yekununda tələbələrin mövzu ilə bağlı suallarını cavablayıb, öz tövsiyələrini verib.
Elmi seminarda kafedranın müdiri, müəllim heyəti və tələbələr iştirak ediblər.
Sonda qeyd olunub ki, bu cür tədbirlər universitetlərlə elmi tədqiqat institutlarının inteqrasiyası və faydalı əməkdaşlığı baxımından əhəmiyyətlidir.