Tələbələrimizə "Ayrı-seçkiliyin növləri və onlarla mübarizə" adlı təlim keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Gənclər Təşkilatı SDG klubun təşkilatçılığı ilə "Ayrı-seçkiliyin növləri və onlarla mübarizə" adlı təlim keçirilib.

Təlimdə tələbələrə hər gün milyonlarla insanın cinsi və etnik mənsubiyyəti, dini, irqi, yaşı, əlillik vəziyyəti, siyasi inancları və digər səbəblərdən dolayı ayrı-seçkiliyə məruz qaldığından və bunun yaratdığı problemlərdən bəhs edilib: “Ayrı-seçkilik, bütün mümkün formaları və ifadələri ilə birlikdə insan hüquqlarının pozulmasının və istismarının ən geniş yayılmış formalarından biridir. Ayrı-seçkiliyin icazə verildiyi və ya qəbul olunduğu bir cəmiyyət insanların özləri və cəmiyyət üçün tam potensialını sərbəst həyata keçirməkdən məhrum olduğu bir cəmiyyətdir.

Təlimdə nəzəri və praktiki məsələlər müzakirə olunub, beynəlxalq sənədlərə istinad edilərək konvensiyalardan ayrı-seçkiliyin bütün formalarının ləğvinə dair sitatlar gətirilib.

İnteraktiv müzakirələrlə keçən təlimin sonunda tələbələr ayrı-seçkiliyin yaranma səbəbi, yayılma növlər ilə bağlı qrup işi görüblər.

22-04-2024