Universitetimizdə keçiriləcək fənn olimpiadalarına hazırlıq davam edir


Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə universitetdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş fənn olimpiadaları keçiriləcək.

Keçiriləcək olimpiadalara hazırlıq işləri davam edir. Hər fənn üzrə müvafiq kafedraların müəllimləri tərəfindən olimpiadaya hazırlıq dərsləri keçirilir. Dərslər həftə içi əvvəlcədən elan olunmuş qrafiklər üzrə aparılır. 

Qeyd edək ki, fənn olimpiadaları materiallar müqaviməti, statika, inşaat mexanikası, riyaziyyat, fizika, ingilis dili (rus dili), informatika olmaqla 7 fənn üzrə keçirilir.

Olimpiadalarda qalib gələcək tələbələr pul mükafatı ilə mükafatlandırılacaq. Hər fənn üzrə I yerin qalibi 300 AZN, II yerin qalibi 200 AZN və III yerin qalibi isə 100 AZN qazanacaq. 

Olimpiada haqqında əlavə məlumat almaq üçün fakültələrin nəzdində müvafiq kafedralara yaxınlaşa bilərsiniz.
 

22-04-2024