AzMİU tələbələrinə "Gənc İnşaatçılar Əmək Bazarına Necə Hazırlaşmalı" adlı master-klas keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) İnşaat fakültəsinin və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "PMD Projects MMC" şirkətinin HR rəhbəri və layihə rəhbəri tərəfindən "Gənc İnşaatçılar Əmək Bazarına Necə Hazırlaşmalı" adlı master-klas keçirilib.

Şirkətin mütəxəssisləri gənclərə tələbəlik dövrlərindən etibarən uğurlu karyera qurmağın yollarından bəhs ediblər. Məzun olduqdan sonra əmək bazarında seçilmək üçün CV doldurarkən diqqət yetirməli olduqları məqamlar, yolverilməz səhvlər haqqında danışıblar.

Həmçinin nümayəndələr öz karyeralarını qurarkən hansı yollardan keçdiklərini, hansı layihələrin rəhbərliyini etdiklərini və həmin layihələr barədə məlumatlar da veriblər.

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
 

09-04-2024