AzMİU və Radiasiya Problemləri İnstitutu birgə təşkilatçılığı ilə “Radon təhlükəsizliyi problemi” mövzusunda elmi seminar keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrası və Radiasiya Problemləri İnstitutu birgə təşkilatçılığı ilə “Radon təhlükəsizliyi problemi” mövzusunda elmi seminar keçirilib.

Radiasiya təhlükəsizliyi probleminə həsr olunan seminarda Avropa komissiyasının HORIZON-MSCA-2021-SE-01 çağırışı üzrə qalib olmuş INNMEDSCAN layihəsi çərçivəsində Çexiyanın Texniki Universitetinin Eksperimental və Tətbiqi Fizika İnstitutunun əməkdaşı Fədahət Məmədov tərəfindən “Radon təhlükəsizliyi problemi” mövzusunda geniş məruzə dinlənilib. 

Seminarda Çexiya Respublikasında radon təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər planı, tikinti materiallarında və su ehtiyatlarında radon problemləri və həssas radon detektorları haqqında geniş məlumat verilib. Bununla yanaşı, gələcəkdə görüləcək işlər haqqında geniş müzakirələr aparılıb. 

Seminarda AzMİU-nun, Radiasiya Problemləri İnstitutunun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Səhiyyə Nazirliyinin mütəxəssiləri və universitetin tələbələri iştirak ediblər.
 

18-03-2024