Tələbələrimizin Azərbaycan Dəmiryol Muzeyinə ekskursiyası təşkil olunub

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Nəqliyyat fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Azərbaycan Dəmiryol Muzeyinə ekskursiya təşkil olunub.

Fakültənin tələbələri muzeyin fəaliyyəti ilə yaxından tanış olub, burada nümayiş etdirilən eksponatlar haqqında ətraflı məlumat əldə ediblər. Ekskursiya zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, muzeyin 3 sərgi zalı var. Birinci sərgi zalında XIX əsrdə dəmir yolunun yaranması tarixini əks etdirən arxiv foto və video materiallar, maraqlı eksponatlar, dəmir yolu və qatar modelləri yer alır. İkinci zalda XX əsrdə dəmir yolunda gedən inkişaf prosesini görmək mümkündür. Üçüncü zalda isə dəmir yolu qatarlarının modelləri, müxtəlif dövrlərə məxsus sərnişin obrazlarının maketləri nümayiş olunur.

Həmçinin muzeydə Ulu Öndər Heydər Əliyevin ölkəmizdə dəmir yollarının inkişafına göstərdiyi misilsiz xidmətlərin yer aldığı fotoguşə də yerləşdirilib.

15-03-2024