AzMİU-da “1 mart – Ümumdünya Mülki Müdafiə Günü” qeyd olunub 

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “1 Mart –  Ümumdünya   Mülki Müdafiə Günü”nə  həsr olunmuş tədbir keçirilib.

Mərasimdən öncə tədbir iştirakçıları AzMİU-nun Mülki Müdafiə Qərargahı, Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrası tərəfindən birgə hazırlanan videoçarxı izləyiblər.

Universitetin Ümumi işlər üzrə prorektoru Aqil Məmmədov tədbiri açıq elan  edərək Ümumdünya Mülki Müdafiə Günü münasibətilə hər kəsi təbrik edib, bu günün əhəmiyyətini nəzərə çatdırıb. Prorektor çıxışında Azərbaycanda, o cümlədən AzMİU-da mülki müdafiə ilə bağlı genişmiqyaslı işlərin görüldüyünü və mütəmadi olaraq əhali arasında maarifləndirici tədbirlərin aparıldığını söyləyib. 

Daha sonra AzMİU-nun Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müəllimləri – dosent Emil Qafarovun “Mülki müdafiə fənni tədrisinin məqsədi” və dosent Səyavuş Gözəlovun “Fövqəladə hallara psixoloji dayanıqlığın formalaşdırılması” mövzularında çıxışları dinlənilib. 

Məruzələrdən sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş etdirilib.

Sonda Mülki Müdafiə Qərargahının rəisi Əhməd Abdullayev çıxış edərək dünyada baş verən hərbi, siyasi və ekoloji hadisələr fonunda mülki müdafiənin daha da aktuallaşdığını qeyd edib və tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib.

01-03-2024