Tələbələr üçün Qoşulmama Hərəkatı Gənclər Təşkilatı barədə infosessiya keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı barədə infosessiya keçirilib.

Tədbirdə TGT-nin sədri Tacir İsmayılzadə çıxış edərək görüşün məqsədi barədə məlumat verib. 

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının nümayəndəsi Ülvi Quluzadə təşkilatın təsis olunması, missiyası və fəaliyyət planı ilə bağlı ətraflı məlumat verib, strateji inkişaf prioritetlərindən söz açıb.

Qeyd edək ki, təşkilatın məqsəd və vəzifələri BMT-nin müvafiq qurumları və gənclərlə bağlı qurumlarla sıx əməkdaşlıq və tərəfdaşlıq şəraitində müxtəlif beynəlxalq forumlarda Qoşulmama Hərəkatının gənclərinin maraqlarını təmsil etmək, habelə sülh və təhlükəsizlik üçün artan çağırışlar fonunda Qoşulmama Hərəkatının daşıdığı mühüm missiya haqqında gənclər arasında məlumatlılığın artırılmasına dəstək göstərməyi ehtiva edir.

İnfosessiyadan sonra tələbələrin sualları cavablandırılıb. Daha sonra quiz intellektual oyunu keçirilib, fəal iştirakçılara hədiyyələr təqdim olunub.


 

27-02-2024