“Gənc rəssamlar” dərnəyinin təşkilatçılığı ilə növbəti görüş keçirilib

AzMİU-da “Gənc rəssamlar” dərnəyinin təşkilatçılığı ilə rəssam Arslan Məmmədov ilə görüş keçirilib. 

Görüşdə rəssam öz yaradıcılığı, rəssamlıq sənəti haqqında məlumat verib və tələbələrin suallarını cavablandırıb. 

Görüşün məqsədi tələbə gənclərin rəssamların yaradıcılığı ilə yaxından tanış olmasına bilavasitə imkan yaradaraq, onlarda bədii zövqün formalaşması, yaradıcılıq duyğularının inkişafı, əhatə olunmuş mühitə münasibətin təkmilləşməsinə dəstək vermək olub.

Daha sonra Arslan Məmmədov “Gənc rəssamlar” dərnəyinin üzvlərinin yaradıcılıq sərgisində nümayiş olunan rəsm işləri ilə tanış olub.
 

29-12-2023