AzMİU-da “Nanotexnologiya və nanomateriallar” mövzusunda elmi seminar keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Materialşünaslıq kafedrasında elmi seminar keçirilib. 
Elmi seminarda kafedranın professor-müəllim heyəti, gənc tədqiqatçılar və tələbələr iştirak ediblər. 

Kafedranın baş müəllimi, texnika üzrə fəlsəfə doktoru İqbal Fərmanov “Nanotexnologiya və nanomateriallar” mövzusunda geniş təqdimata çıxış edib. Məruzəçi nanoelminin tətbiq sahələri, nanotexnologiyanın inkişaf tarixi, nanotexnologiyanın inşaatda tətbiqi istiqamətində ətraflı məlumat verib.  Nanomaterialların ətraf mühitlə qarşılıqlı təsirindən də danışıb. 

Sonra məruzəçi tərəfindən auditoriyanın sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Seminarın sonunda tələbələr arasında bilik yarışması keçirilib. Yarışda iştirak edən nəqliyyat, inşaat, mexanika və informasiya texnologiyaları fakültələrinin tələbələri müxtəlif hədiyyələr qazanıb.

29-12-2023