“Norm” şirkətinin mütəxəssisi AzMİU-da master-klas keçib – Tələbələr sement istehsalı ilə bağlı qiymətli biliklər əldə ediblər

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə “Norm” ASC arasında qurulan işgüzar əməkdaşlıq çərçivəsində İnşaat fakültəsində təhsil alan tələbələr üçün master-klas təşkil olunub.

Şirkətin Quyu-tamponaj sementi və texniki satış üzrə qrup rəhbəri Fuad Məmmədov tərəfindən aparılan master-klas tələbələrin böyük marağına səbəb olub. Şirkət təmsilçisi Cənubi Qafqazda ən böyük sement zavodu olan “Norm” ASC barədə ümumi məlumatlar verib, zavodun vizyonu, missiyası, dəyərləri barədə danışıb. 

Daha sonra Fuad Məmmədov əsas mövzuya keçid edib. Tələbələrlə istehsalçı şirkətlər tərəfindən betonun hazırlanması, betonla davranışı qaydaları, betonun yoxlanılması prosesi ətrafında real təcrübələrini bölüşüb, nəzəri və praktik məlumatlar verib. 

Master-klasın sonunda tələbələrin maraq dairəsində olan suallar cavablandırılıb, mövzu ətrafında diskusiya aparılıb.
 

22-12-2023